Göytala

Göytala (əvvəlki adı: Qanaçtala)— Azərbaycan Respublikasının Şuşa rayonunun Göytala kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Yextsahoğ kənd Sovetinin Qanaçtala kəndi Göytala kəndi adlandırılmışdır. Göytala kəndi Yextsahoğ kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göytala kənd Soveti yaradılmışdır.[2] 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Göytala kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir.[3] 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.

Göytala
39°40′41″ şm. e. 46°36′53″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.314 m[1]
Saat qurşağı
Göytala xəritədə
Göytala
Göytala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toponimikası

XIX əsrdə gəlmə ermənilər burada yerləşdikdən sonra kəndi Qanaçtala adlandırmışdılar (qanaç erm. "göy, yaşıl" deməkdir). 1991-ci ildə kəndin keçmiş adı bərpa edilmişdir. Kənd salındığı ərazinin adını daşıyır. Göytala "yaşıl çəmən" deməkdir.[4]

Tarixi

Bu ərazi 2000-ci il dekabrın 14-də qəbul edilmiş Ermənistanın nüvə proqramının 4-cü maddəsində Ermənistanın nüvə zonalarına aid olunmuşdu.[5][6]

Coğrafiyası və iqlimi

Kənd Yağlıdərəçayın (Həkəri çayının qolu) sahilində, Qarabağ silsiləsinin yamacında yerləşir.

İstinadlar

Xarici keçid

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.