Göykilsə

Göykilsəİrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.[2][3]

Kənd
Göykilsə
40°19′28″ şm. e. 44°41′38″ ş. u.
Ölkə  Ermənistan
Region Qırxbulaq mahalı
Rayon Ellər rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.210 nəf. (2011)[1]
Rəsmi dili
Göykilsə xəritədə
Göykilsə
Göykilsə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Rayon mərkəzindən 8 km şimal-şərqdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[4], Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir. 1590-cı ildən mə'lumdur[6][7].

Toponim

Toponim rəng bildirən göy sözü ilə kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponidmdir. Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Kaputan (kaput göy deməkdir) qoyulmuşdur.

Əhalisi

Burada 1828-ci ilə kimi yalnız azərbaycanlı əhalisi yaşamışdır. Ermənilər buraya 1828–1829-cu illərdə Türkiyədən köçürülmüşdür. Kənddə ermənilərdən başqa 1873-cü ildə 293 nəfər, 1886-cı ildə 333 nəfər, 1897-ci ildə 424 nəfər, 1914-cü ildə 890 nəfər azərbaycanlı yaşamışdır[8]. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya edilmişdir. Burada 1922-ci ildə 94 nəfər, 1926-cı ildə 100 nəfər, 1931-ci ildə 170 nəfər azırbaycanlı yaşamışdır[8]. 1918-ci ildə kəndin əhalisi qovulmuşdu[9][10]. 1922-ci ildə bir hissəsi geri qayıtmışdır. 1935-ci ildə kənd ermənicə Kaputan (əsli farsca kabud-"göy") sözündən adlandırılmışdır. 1949-cu ildə kəndin əhalisi Azərbaycana köçürülmüşdür. XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə çəkilir.[11]. Əsli Göy Kilsə. Türkcə köy "kənd" və kilsə sözlərindən ibarət olmaq е'tibarilə "Kilsə kənd" mə’nasındadır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948–1949-cu illərdə zorla tarixi-etnik torpaqlarından deportasiya edilib Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.80
  5. 348,Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.59
  6. Iravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633.
  7. Армянская ССР. Административно-территориальное деление. Ереван, 1976.
  8. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.44–45, 124–125
  9. Budaqov B.Ə. Türk uluslarının yer yaddaşı. Bakı "Еlm": Bakı, 1994.
  10. Hubschmann H.Die Altarmenische grammatik, I. Jaepzig, 1985.
  11. Симеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М., 1958.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.