Göycələr dağı

Göycələr dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1193,3 m).  Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ  qolunun cənuba istiqamətlənmiş Gəvək şaxəsinin şərq yamacında zirvə. Gilançayın sağ sahilində, Biləv kəndindən 3,5 km-dək cənub-qərbdədir. Zirvə hissəsi Alt Miosen yaşlı subqələvi bazalt tərkibli, ellipsvari kiçikölçülü sillə təmsil olunmuş günbəzvari yüksəklikdir. Yamaclarında Orta Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir.  [1]

Göycələr dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1193,3 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Həmçinin bax:

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.