Göyçə mahalı
Göyçə mahalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahal. Göyçə mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olmuşdur. 1747–1828-ci illərdə İrəvan xanlığının mahalı olmuşdur.
Bu məqalə Göyçə mahalı haqqındadır. Göyçə gölü üçün Göyçə gölü səhifəsinə baxın. |
Göyçə mahalı | |
---|---|
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu.
Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918–1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min km². olmuşdur. 1920-ci ildən ADR-i işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Zəngəzur mahalı, Göyçə mahalı, Şərur mahalı, Dərələyəz mahalı, Dilican rayonu ərazisini qanunsuz şəkildə Ermənistana vermişdir.
Göyçə mahalı
"Kitabi-Dədə Qorqud"da rast gəlinən yer-yurd adlarının izini Göyçə gölü boyunca hər tərəfdə tapmaq olar. Bu eposda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin izidir. Göyçə mahalı cənubdan – Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimalda isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunmuşdur. Şah dağından baxanda bu mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladırdı. Göyçə mahalı çox qədim zamanlardan bəri el şairlərinin vətəni olmuşdur. Göyçə mahalında yaşayıb-yaratmış saz ustaları aşıq sənətinə yenilməzlik gətirmişlər. Buranın əhalisi şad günlərdə, qəmli anlarda qədim qopuzun varisi olan sazı kökləmiş və onun sədaları ilə ürək çırpıntısını, daxili sızıltısını ifadə etmişdir. Göyçənin elə bir guşəsi yoxdur ki, orada türk-oğuz izlərinə rast gəlinməsin. Toxluca kəndindəki Qanqalı dağı, Göyərçin kəndinin örüşündə Qara Quzeyadlı dağı, Zod aşırımında soyuq bulaq uzaq keçmişdən bu günə kimi oğuz türklərinin daş yaddaşı idi. Göyçə elinin şifahi xalq ədəbiyyatı nümunələrindəki mifoloji varlıqlar haqqında inanclarının kökü qədim dövrə gedərək tanrıçılıq, şamançılıq dünyagörüşünə söykənir. Əyə inancı insanlara sağlamlıq, səadət, bərəkət gətirən ocaq hamisi sayılırdı. Qaraçuxa isə tale, bəxt tanrısıdır. Bu tanrıların simvolları xalça sənətinə də keçmiş, onun naxış-kompozisiya həllində iştirak etmişdir.
Göyçə mahalı Basarkeçər, Çəmbərək, Aşağıqaranlıq, Kəvər kimi bölgələri əhatə edirdi. Bu mahalın Çəmbərək deyilən hissəsində, Ağbulaq, Ardanış, Qaraqaya, Yanıqpəyə, Gölkənd, Toxluca, Çaykənd, Cil, Şorca kimi məşhur və böyük kəndləri var idi.
İrəvan ərazisindəki dilbər guşələrdən biri də Aşağı Qaranlıq bölgəsi idi. Tamamilə dağlıq ərazidə yerləşən bu bölgənin rəngarəng çiçəkləri sanki təbiətin özünün toxuduğu bir xalı idi. Yanıx, Yuxarı Alçalı, Əyricə, Xartlıq kəndlərində yaşayan Azərbaycan türkləri rəngarəng al-əlvan xalçalar ərsəyə gətirmiş, həmin nümunələr bu günə qədər gəlib çatmışdır.
Göyçə mahalının kəndləri
Bu siyahı 1829–1832-ci illərdə İ. Şopen tərəfindən aparılmış kameral siyahıyaalınmanın nəticələrinə əsasən tərtib edilmiş siyahılardan götürülmüşdür.[1]
Bığlı Hüseyn, Zeynalağalı, Rəhmankənd, Ağqala, Əyrivəng, Qızılcıq (Əbulkəndi), Noradüz, Qışlaq, Kəvər, Qul Əli, Kosa Məmməd, Paşakəndi, Dəliqardaş, Küzəcik, Başkənd, Heyranıs, Atamxan, Vəliağalı, Təzəkənd, Dəlikdaş, Göl, Aşağı Adyaman, Yuxarı Adyaman, Əbdülağalı, Gözəldərə, Ağqıraq, Aşağı Qaranlıq, Yuxarı Qaranlıq, Zolağac, Kolanlıqırılan, Alçalı, Qarasaqqalqışlağı, Yarpızlı, Zağalı, Qızılbulaq, Qırxbulaq, Qanlı Allahverdi, Basarkeçər, Qoşabulaq, Aşağı Keyti (Salman kəndi), Baş Keyti, Ellicə, Daşkənd, Daş Keyti, Tatlı Qışlağı, Zərzibil, Zod, Ağyoxuş, Əyricə, Böyük Məzrə, Kiçik Məzrə, Kəsəmən, Şişqaya, Cil, Ardanış, Adatəpə, Şor Əli, Ağbulaq, Toxluca, Əzizli (Qaraqoyunlu), Nərimanlı, Gölkənd (Qaraqoyunlu dərəsi).
1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Göycə ərazisində dağıdılmış kəndlərin siyahısı[1]
Buğdatəpə, Hacımumuxan, Allahverdibəy, Üçtəpə, Kərimkənd, Yuxarı Altuntaxt, Aşağı Altuntaxt, Dəmirçi Poğos, Əyricə, Atdaş, Axsaxtovuz, Karvansara, Qasımbaşı, Mədinə, Baş Gözəldərə, Xancığazoğlu, Qızılkilsə, Böyükağa, Ağkilsə, Göyçə, Sultanəli, Sətənağac, Karvansara, Əyricə, Kərimkənd, Dəli Harutyun, Qəməsar, 19 kəndin adı unudulub.
Tanınmış şəxsləri
- Miskin Abdal
- Ağ Aşıq Allahverdi
- Aşıq Alı
- Aşıq Ələsgər
- Növrəs İman
- Aşıq Əsəd
- Aşıq Nəcəf
- Səmənd Ağa
- Qlava Balı
- Hacı Nağı
- Talıb Musayev
- Yunis Rzayev
- Rəşid İbrahimov
- Tapdıq Əmiraslanov
- Qəşəm Aslanov
Ədəbiyyat
- Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı
- Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı
- Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX в., Ленинград, 1949
- Байбуртян В.А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969
- Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963
- Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898
- Мамедов С.А., Азербайджан по источникам XV – первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852
- Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989
- Enikolopov İ. K., Qriboedov i Vostok, İrəvan 1954
- Qлинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831
- Kemal Beydilli, 1828–1829. Osmanlı – Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T. T. K. konqresinde sunulan tebliğ, Ankara,1986
- Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976
- Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836
- Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885
- Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904
- "Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992
- Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992
- Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992
- Заварян С., Экономические условия Карабаха и голод 1906–1907 г., Перевод с армянского, С.Петербург, 1907
- Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960
- Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989
- Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990
- Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918–1920-ci illər, Bakı, 1993
- Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il.
- Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993
- Грибоyедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.
- Kalvalı Həsənov, "And Yerimiz", Bakı-2001
İstinadlar
- Шопен И.И. "Исторический памятник состояния Армянской области в эпоху присоединения к Российской империи", SPb, 1852.
Mənbə
- Vaqif Arzumanlı, Nazim Mustafa. "Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq". Bakı: Qartal, 1998
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikasının qısa tarixi, coğrafi mövqeyi, sərhədləri
- Daşkəsən rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının bəyanatı
- HADISƏLƏR
- Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine
- Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine
- Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.
- İndiki Ermənistan qədim türk yurdu idi
- Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı
- http://www.goyche.info/ Arxivləşdirilib 2011-02-17 at the Wayback Machine
- https://www.facebook.com/subatan.info