Göy məscid (Kazan)
Göy məscid — Kazanda Qədim Tatar qəsəbəsində yerləşən, tatar məbəd memarlığının bir nümunəsi. Adını divarlarının rənginə görə alıb.[1] 1815–1819-cu illərdə klassisizm üslubunda kazanlı tacir Əhməd Aitov-Zamanovun vəsaitinə tikilib.[2] 2 mərtəbəli, 2 zallı və damında 3 pilləli minarəsi olan məscidin memarı məlum deyil.
Göy məscid | |
---|---|
tatar. Zəŋgər məçet | |
55°46′38″ şm. e. 49°06′45″ ş. u. | |
Ölkə | Tatarıstan |
Şəhər | Kazan |
Yerləşir | |
Tikilmə tarixi | 1815-1819 |
Üslubu | Klassizm |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1864-cü ildə tacir Q. Müstəqimov öz torpaq sahəsini məscidə bağışlayaraq onun binasını dah 3 pəncərə böyütmüş və ətrafında isə memar P. Romanovun layihəsi ilə hasar çəkdirmişdir. 1907-ci ildə tacir Q. İşmuratov məscidin mehrab hissəsini və digər texniki bölmələri böyütmüşdür. Tatarıstan Mərkəzi İcraiyyə Komitəsinin 10 mart 1932-ci il qərarı ilə məscid bağlanmış onun minarəsi isə sökülmüşdür. Sovet dövründə məscid binasından yaşayış evi kimi istifadə olunub. 1993-cü ildən təyinatı üzrə məscidi kimi fəaliyyət göstərməyə başlasa da minarəsi 2009-cu ildə yenidən tikilib.[2]
Bu ərazidə ibadətgahın yaranması 1778-ci ilə dayanır. Xırman ərazisi olan burada ilk dəfə taxta məscid tikilib. Bu məscid o dövrdə şəhərdə tikilən dördüncü məscid olduğu üçün bəzən elə Dördüncü məscid kimi də adlanır. Bu ərazi "qullar məhəlləsi" kimi tanınırdı çünki Qədim Tatar qəsəbəsinin bu hissəsində müsəlman əhalisinin ən kasıb və hüquqsuz üzvləri yaşayırdılar. 1815-ci ildə əvvəl tikilmiş taxta məscidi Suıksu kəndində köçürdülər. Köçürmədən sonra köhnə məscidin yerində tacir Əhməd Aitov-Zamanovun vəsaiti hesabına kərpicdən yeni binanın inşasına başladılar. Əhməd bəy özü Birinci məscidin məhəlləsində yaşamağına baxmayraq bu məscidin tikintisi üçün əlindən gələni əsirgəməyib.[2]
Həmçinin bax
İstinadlar
- Alfiya Kudyakova. "Голубая мечеть / Göy məscid" (rus. ). karaakkosh.com. 15 oktyabr 2015. 11 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
- "Голубая мечеть / Göy məscid" (rus. ). russian-mosques.com. 22 fevral 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.