Göy cisimlərinin fırlanması haqqında

"Göy cisimlərinin fırlanması haqqında" (lat. De revolutionibus orbium coelestium) Nikolay Kopernikin şahəsəri . İlk dəfə 1543cü ildə Nürnberqdə nəşr edilmiş olan əsərin məzmunu Ptolemeyin geosentrik sistem yəni Dünya mərkəzli modelinə qarşı Günəş-mərkəzli yeni bir model ortaya qoyurdu. Kopernik bu əsərindən əvvəl Güneş-mərkəzli modelini Commentariolus adlı risaləsində açıqlamış və dostlarına tanıdmışdır. Əsər Kopernikin əl yazısı günümüzə gəlib çatmışdır. Bu əl yazmasının araşdırılması nəticəsində sonucu əsərin keçirdiyi inkişaf və var olmaq prosesinə dair daha çox məlumat əldə edilmişdir. Papa III Pavelə ithaf edilən əsər, altı bölümdən ibarətdir:

  • İlk fəsildə Günəş mərkəzli nəzəriyyə ümümi olaraq açıqlanmışdır.
  • Daha çox nəzəri olan ikinci hissədə müxtəlif qlobal astronomiya qaydaları açıqlanmış və bir ulduz siyahısı verilmişdir.
  • Üçüncü bölümdə Günəşin hərəkətləri izah edilmişdir.
  • Dördüncü bölmədə əvvəlki bölmədəki tərzə bənzər şekildə Ayın hərəkətləri izah edilmişdir.
  • Son iki bölüm olan beşinci və altıncı bölümlərdə isə sistemin konkret bir açıqlamasına yer verilmişdir.
Göy cisimlərinin fırlanması haqqında
lat. De revolutionibus orbium coelestium
De revolutionibus orbium coelestium, Nürnberq, 1543
De revolutionibus orbium coelestium, Nürnberq, 1543
Müəllif Nikolay Kopernik
Janr Elm
Mövzu Astronomiya
Orijinalın dili Latınca
Ölkə
Orijinalın nəşr ili 1543[1]
Səhifə 529
ISBN 9789944888790
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.