Göyəmli
Göyəmli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Göyəmli | |
---|---|
40°40′00″ şm. e. 45°25′00″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Göyəmli oykonimi Gədəbəy rayonunun Düz Rəsullu inzibati ərazi vahidində kənd. İstidərə adlanan ərazidə, Köçdərə çayının (Axınca çayının qolu) sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Düz Rəsullu kəndindən ayrılmış ailələr Göyəmli adlanan yerdə saldığı üçün belə adlanmışdır. Ərazidə çoxlu göyəm kolları var.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 122 nəfər yaşayır.[2]
Tanınmış şəxsləri
- Qara Məşədiyev — dilçi alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. AMEA Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı: 2007, səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: 2010, səh.629
Xarici keçidlər
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.