Göyəbaxan

GöyəbaxanAzərbaycan Respublikasının Tovuz rayonunun Göyəbaxan kənd inzibati ərazi dairəsində kənd.[2]

Göyəbaxan
40°40′39″ şm. e. 45°30′52″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 92 nəf. (2009)[1]
Göyəbaxan xəritədə
Göyəbaxan
Göyəbaxan

Toponimikası

Yerli əhalinin yozumuna görə, yaşayış məntəqəsi hər tərəfdən dağlarla əhatə olunduğundan və qonşu kəndlərdən görünmədiyindən belə adlandırılmışdır. Göyəbaxan (Gora, Günəbaxan da adlanır) maldarlıqla əlaqədar təsərrüfat tikilisi olub, "yeni doğulmuş quzuların salındığı yer"ə deyilir.[3]

Digər bir iddiaya görə, Göyəbaxan kəndinin adının mənası "Göy əbalı xan" deməkdir. Kənd əhalisinin sözlərinə görə XIX əsrin əvvəlində ruslardan qaçaq düşmüş beş qardaş Tovuz rayonunun dağlıq ərazisində yerləşirlər. Qardaşlardan biri hazırkı Göyəbaxan kəndi ərazisində yerləşir. Həmin qardaş göy rəngli geyimlərə (əbalara) üstünlük verdiyindən onun yaşadığı yer də əvvəllər "göy əbalı xanın yeri" adlanır. Zaman keçdikcə bu ad "Göyəbaxan" deyə səslənir.

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Çınqıldağ silsiləsinin (Kiçik Qafqaz) ətəyində yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999[4] 92 45 47
2009[5] =92 ↗46 ↘46

Mədəniyyəti

Kənddə Göyəbaxan kənd klubu[6] fəaliyyət göstərir.

Təhsil

Kənddə Göyəbaxan kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[7][8]

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=107.
  2. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  3. Göyəbaxan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 208. ISBN 978-9952-34-155-3.
  4. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 157.
  5. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 210". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  6. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  7. "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
  8. "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.

Xarici keçidlər


Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.