Gövhər Baxşəliyeva

Gövhər Baxşəli qızı Baxşəliyeva (26 noyabr 1954, Bərdə) — filologiya elmləri doktoru, professor, AMEA-nın Akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, İctimai Elmlər Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü (2017)[1]

Gövhər Baxşəliyeva
Şəxsi məlumatlar
Doğum tarixi 26 noyabr 1954(1954-11-26) (69 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti akademik[d], siyasətçi
Atası Baxşəli Baxşəliyev
Həyat yoldaşı
Elmi fəaliyyəti
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor

Təltifləri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı"Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı

Həyatı

Gövhər Baxşəliyeva 1954-cü ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olmuşdur. C. M. Kirov adına Azərbaycan Dövlət Universiteti (Bakı Dövlət Universiteti), şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.1977-ci ildən h/v kimi AMEA Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor vəzifələrində çalışıb. Hazırda AMEA-nın İctimai Elmlər Bölməsinin sədri, akad. Z. Bunyadov adına Şərqşünaslıq İnstitutunun baş direktorudur.

Elmi fəaliyyəti

  • Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 260-dan artıq məqalə və məruzə, 5 monoqrafiya, 18 kitab
  • Xaricdə çıxmış elmi əsərlərin sayı: 24
  • Əsas elmi nailiyyətləri: Klassik və müasir ərəb ədəbiyyatı, ərəbdilli Azərbaycan ədəbiyyatı, ərəb-Azərbaycan ədəbi əlaqələri, müqayisəli ədəbiyyatşünaslıq, mənbəşünaslıq, habelə şərqşünaslığın digər istiqamətlərinə aid tədqiqatlar.

Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı) ixtisası üzrə 21 fəlsəfə doktorları yetişdirmişdir. Azərbaycan elmini bir çox xarici ölkələrdə uğurla təmsil edib (Türkiyə, Rusiya, İran, Misir, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Fransa, İngiltərə, İtaliya, Macarıstan, Rumıniya, Çin, Malaziya, İndoneziya və s.).

10.01.02 — "Türk xalqları ədəbiyyatı" və 10.01.03 — "Dünya ədəbiyyatı" ixtisasları üzrə Müdafiə Şurasının sədridir. Şərqşünaslıq sahəsində Respublikada aparılan elmi işlərin koordinasiyası üzrə Problem Şurasının sədridir. "Şərq araşdırmaları" və "Azərbaycan şərqşünaslığı" dərgilərinin baş redaktorudur.

Əsas elmi əsərləri

Monoqrafiyalar

1. Абд ас-Салам Уджейли. Очерки жизни и творчества, Монография, Баку, "Элм", 1989

2. "Книга песен" Абу-л-Фараджа ал-Исфахани и классическая азербайджанская литература", Монография, B.,"Иршад", 1998

3. Современный сирийский рассказ, Монография, Баку, АNЭ, 2007

4. Литературные взгляды Тауфика ал-Хакима, Баку, "Элм", 2012

5. Этническая идентичность Низами Гянджеви. Баку, "Элм", 2021

Kitablar

  • Əbdüsslam əl-Useyli. Həyat və yaradıcılığı. Bakı, "Elm", 1989.
  • Əbülfərəc İsfahani. Bir Məcnun vardı… Ərəb dilindən tərcümə, ön söz və şərhlər G. Baxşəliyevanındır. Bakı, "Yazıçı", 1990.
  • Əbulfərəc əl-İsfahani. Nəğmələr kitabı, ərəbcədən tərcümə və şərhlər. Bakı, "Elm", 1994.
  • Əbdülfərəc əl-İsfahani. "Nəğmələr kitabı" və klassik Azərbaycan ədəbiyyatı. Bakı, "Elm", 1998.
  • İlahi eşq dastanları. Tərcümə və şərhlər G. B. Baxşəliyevanındır. Bakı, 2001.
  • Hamıdan ucadır alimin yeri. Məqalələr. Müsahibələr. Rəylər., Kitab, Bakı, "Nurlan", 2003.
  • Akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutu. Məlumat kitabı, Bakı, 2005.
  • Абу-л-Фарадж ал-Исфахани. Рассказы о Кайсе ибн Мулаввахе по прозвищу Меджнун и арабоязычных азербайджанских поэтах. Филологический перевод с арабск., предисловие, исследование, комментарии и указатели Г.Б. Бахшалиевой, Баку, Элм, 2006.
  • Современный сирийский рассказ. Баку, АNЭ, 2007.
  • S. Baxşəliyeva. Məhəmmədtağı Qaraqoyunlunun "Fərhəngi-türki" lüğəti və Azərbaycan dilinin tarixinin öyrənilməsində onun əhəmiyyəti. Tərtib edəni və öz sözün müəllifi G. Baxşəliyeva, Bakı, 2009.
  • Ölməzliyə aparan yol. Tədqiqat, tərcümə və şərhlər, Kitab, Bakı, 2009.
  • Cübran Xəlil Cübran. Qırılmış qanadlar. Ərəbcədən tərcümə, Kitab, Bakı, BÇE 2010, həmmüəllif Ə. Məmmədova.
  • Məqalələr, məruzələr, müsahibələr… 2 cilddə, Kitab, Bakı Çap Evi, 2011, I və II cild.
  • Taufiq əl-Həkimin ədəbi görüşləri. Bakı, Elm, 2012, 508 səh. (rus dilində).
  • İslam. Ensiklopedik lüğət, Kitab, Bakı, Elm, 2013, həmmüəllif Ə. Abbasov.
  • Əsassız erməni iddiaları və tarixi faktlar. İngilis dilindən tərcümə, Bakı, Elm, 2016.
  • Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar. İngilis dilindən tərcümə, Bakı, Elm, 2016.
  • Армянские инсинуации и исторические факты. Вопросы и ответы". Перевод с английского языка Говхар Бахшалиевой. Баку, "Элм", 2021, 128 стр.

Pedaqoji fəaliyyəti

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatı fənni üzrə xüsusi kurs aparıb.

27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvüdür[2].

Təltif və mükafatları

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 1205 nömrəli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı. 27 may 2019-cu il

2. "Azərbaycan polisinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı. 5 iyun 2018-ci il

3. Azərbaycan Respublikası Milli Məclisinin "Parlament" medalı. 24 dekabr 2018-ci il

4. "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı. 7 mart 2019-cu il

5. "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı. 9 iyul 2019-cu il

6. "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı. 6 dekabr 2019-cu il

7. Nizami Gəncəvi irsinin tədqiqi və təbliği sahəsində elmi fəaliyyətinə görə AMEA-nın Fəxri fərmanı. 22 dekabr 2021-ci il

Xarici keçidlər

Mənbə

  1. "AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  2. Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının tərkibi təsdiq edilib Arxivləşdirilib 2020-08-04 at the Wayback Machine. scwra.gov.az, 27.12.2018  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.