Görkəmli çiriş

Görkəmli çiriş (lat. Eremurus spectabilis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin çiriş cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükə həddinə yaxın olanlar" kateqoriyasına aiddir – EN B1ab (i, ii, iii, iv, v) + 2ab (i, ii, iii, iv, v).

Görkəmli çiriş
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Yarımfəsilə:
Asphodeloideae
Cins:
Növ:
Görkəmli çiriş
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  122943
EOL  1087960

Botaniki təsviri

Çoxillik, iyşəkilli kökümsovlu ot bitkisidir. Yarpaqlar 6–15, xətvari, kənarları girintili, çəpinə yuxarı yönəlmiş çılpaq, gövdədən qısa, 1–4 sm enindədir. Gövdə 120 sm hündürlüyündədir. Çiçəkqrupu sıx, çoxçiçəkli salxımdır. Çiçəkyanlığı iyşəkilli-zəngvari, uzunsov xətvari, sarıtəhər, 8–9 mm uzunluğunda, kənarlıdır. Erkəkcik sarı, tünd-qırmızı rəngdə, tozcuqla birlikdə çiçəyalığından 2 dəfə uzundur. Qutucuq şarvari, 2 dəfə meyvə saplağından kiçikdir, qırışlıdır. Toxum üçtilli, qırışlı, zəif qanadlıdır.

Hündürlüyü 120 sm-ə və qalınlığı 1sm-ə qədər olan, düz, budaqlanmayan çoxillik bitkidir. Kökləri ətli olub, iyşəkilli qalınlaşmışdır, uzunluğu 25 sm-ə qədərdir. Boyuncuq köhnə yarpaqların lifli qalıqları və pərdəciyəoxşar qınla əhatə olunmuşdur.

Çiçəkləri bəzək əhəmiyyətli olub özünəməxsus iyi vardır. Suda 8–10 gün qalır. Çiçəklərindən gül dəstəsi düzəltmək üçün istifadə etmək olar. Çiçəkləri salxımşəkilli olub üzərində 180-ə qədər ağ rəngli çiçəkləri olur. Uzunluğu 25 sm-dir.

Toxumları iyun ayının birinci ongünlüyündə yetişir. Toxumları yetişən vaxt çiçək oxu üzərində 142 toxum qutucuğu olur. Qutucuq şarşəkilli olub, baş tərəfdən yarılaraq açılır. Bitkinin yerüstü hissəsi tam quruyana qədər qutucuqlar gövdə üzərində qalır. Bir qutucuqda 8 toxum olur. Bir bitkidə 1136 toxum yetişir. Toxumların 1000 ədədinin quru çəkisi 16 qramdır. Bitkinin illik vegetasiya müddəti 227 gün davam edir.

Ekologiyası

Çiçəkləmə və meyvə əmələgəlmə dövrü may-iyun aylarına təsadüf edir. Kökümsovla və toxumla çoxalır. Mezokriptofit bitkidir, duza davamlıdır. Orta dağ qurşağına qədər quru-gilli və gilli, daşlı yamaclarda, kolluqlarda bitir. Qida və bəzək bitkisidir. Meyvə — qutucuq şarşəklillidir, 2–3 dəfə meyvə saplağından qısadır, köndələnqırışlıdır. Toxumları üçtillidir, köndələn-qırışlıdır, zəif qanadlıdır.

Quru gilli və gilli-daşlı yamaclarda, kolluqlarda, əsasən tut ağacıları sıx olan yerdə rast gəlinir. Təbii ehtiyatı azalır. Əhali tərəfindən intensiv toplanması azalma tendensiyaını artırır.

Məhdudlaşdırıcı amillər antropogen və zoogen amillərdir. Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Qida və bəzək bitkisi kimi intensiv toplanıldığından xüsusi qoruyucu tədbirlər görülməlidir. Bunun üçün yasaqlıqlar təşkil olunmalı, təbii populyasiyalar xüsusi nəzarətə götürülməlidir.

Azərbaycanda yayılması

Azərbaycanın nadir növüdür. Bu növ Azərbaycan növündən qabaq – 1818-ci ildə müəyyən edilib. Azərbaycan əksər rayonlarında bitir. Abşeronda kultura şəraitində görkəmli çiriş növündə vegetasiya fevralın ikinci ongünlüyündə, qönçələrin əmələ gəlməsi aprelin başlanğıcında, çiçəkləmə aprelin üçüncü ongünlüyündə başlayır və 25 gün davam edir.

Naxçıvanın dağlıq hissəsi, Naxçıvan düzənliyi (Şərur, Şahbuz, Ordubad rayonlarında Qaraquş, Kükü, Aracıq dağları), Kiçik Qafqazın şimalı (Ağtafa rayonu) və cənubu (FüzuliCəbrayl rayonları), Lənkəranın dağlıq hissəsi (LerikYardımlı rayonları), BQ (Quba), BQ şərq, Qobustan, Kür-Araz ovalığında yayılmışdır.

İstinadlar

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.