Görüntü
Görüntü (en. image ~ ru. изображение ~ tr. imge, görüntü) – 1.Qrafikada: şəklin, rəsmin və s. proqram vasitələri ilə emal olunan təsviri. Belə görüntü müxtəlif cür saxlanıla bilər: bit xəritəsi (BIT MAP) (piksellər çoxluğu, rastr) kimi və ya metafayl (görüntü almaq üçün komandalar toplusu) kimi.
2. Hesablama texnikasında: obyektin dublikatı, kopyası və ya təmsiledicisi. Məsələn, virtual diskin (RAM DISK) köməyilə kompüterin yaddaşında yumşaq və sərt disklərdəki verilənlərin müəyyən hissəsinin görüntüsünü yerləşdirmək olar; yaxud tərsinə, virtual yaddaş proqramının (VIRTUAL RAM PROGRAM) köməyilə kompüterin əsas yaddaşının müəyyən hissəsinin sərt diskdə görüntüsünü yaratmaq olar; bundan başqa, proqram yolu ilə yaddaşın müəyyən bölümünün görüntüsünü etibarlıq məqsədilə yaddaşın başqa bir yerinə köçürmək olar.
Ədəbiyyat
- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
[[Kateqoriya:İnformatika]