Gölkənd (Qaraqoyunlu)
Gölkənd kəndi — Qaraqoyunlu elinin (dərəsinin) kəndlərindən biri.
Gölkənd | |
---|---|
40°41′03″ şm. e. 45°10′23″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Qaraqoyunlu dərəsi |
Rayon | Çəmbərək rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.416 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Gölkənd kəndi Qaraqoyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR-in Mixaylovka – Çəmbərək (Krasnoselo-Qırmızıkənd) rayonunda, rayon mərkəzindən 16 km şimal-qərbdə, Tərsəçay sahilində meşə ilə örtülü səfalı bir yerdə azərbaycanlılar yaşamış kənddir. Kəndin azərbaycanlı əhalisi 1831-ci ildə 357, 1886-cı ildə 2157, 1914-cü ildə 1866, 1922-ci ildə 1015, 1931-ci ildə 1279, 1959-cu ildə 1123, 1979-cu ildə 2022 nəfər olub. Gölkənd kəndindəki son azərbaycanlılar 1988-ci ildə faciəli olaylar zamanı kənddən bütünlüklə qovulmuş və orada ermənilər məskunlaşdırılmışdır. Kəndin adı 1991-ci ildə "Ayqut" olaraq dəyişdirilmişdir. Hazırda Göyçə mahalının da daxil olduğu Geğarkunik marzına daxildir.
Gölkənd Qaraqoyunlu dərəsinin ən böyük və möhtəşəm kəndlərindən biri olub. Adından da məlum olduğu kimi, bu kənd öz adını burada olan təbii göllərdən almışdır. Gölkənddə Uzungöl, Göygöl, Çatalgöl, Tağılar gölü adlı dörd göl var idi.
Qərbi Azərbaycanda "Kiçik akademiya" adını almış orta məktəb məhz Gölkənd orta məktəbi olmuşdur. Gölkənd orta məktəbinin məzunlarından iyirmidən çox elmlər doktoru, yüzdən çox elmlər namizədi fəxri ada layiq görülənlər var.
Tarixi
Gölkənd kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda Sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselo), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Elektrik işığı ilə ən tez təmin olan kənd Çaykənd və Gölkənd olmuşdur. 1951–1953-cü illərdə həmin kəndlərdə tikilmiş xırda su-elektrik stansiyası vasitəsilə evlərə elektrik işığı verilmişdi.
Qaraqoyunlu dərəsində ən böyük kənd Gölkənd olmuşdur.
Əhalisi
23 fevral 1988-ci ildə ermənilər Dilicanda Gölkənddən olan bir neçə nəfər azərbaycanlını döyüb və yaraladılar.[2]
Gölkənd kəndindən çıxmış elm adamları
- Kərimov Şövkət Manaf oğlu — Filologiya üzrə fəlsəfə doktoru.
- Tanrıverdi Mustafayev — "Bakı Elektrikşəbəkə ASC"nin Mətbuat xidmətinin rəhbəri, biologiya elmləri namizədi.
- Qocayev Vəli Muğan oğlu — Azərbaycan ali texniki məktəblərində fizika kursunun məzmunu, tədris metodikası və onun təkmilləşdirilməsi istiqamətləri : pedaqogika üzrə elm. dok
- Allahverdiyev Həsən Bəkir oğlu — İqtisadiyyat üzrə elmlər doktoru, professor,2002-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
- İsgəndərov Qayıbverdi Bəşir oğlu — Əczaçılıq elmləri doktoru, professor
- Əliyev Sabir Cahan oğlu — Azərbaycan Tibb Universiteti-nin tədris işləri üzrə prorektoru , tibb elmləri doktoru, professor.(Gölkənd kənd orta məktəbini qızıl medalla bitirmişdir).
- Yəhya Hacıyev — Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti.
- Məmməd Məmmədov (Qaraqoyunlu) — "Ümumi coğrafiya" adlı kitabın müəllifi (Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir) , Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir.
- Şahmurad Zöhtün oğlu Məmmədov (Qaraqoyunlu) — Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tərbiyə işləri üzrə direktor müavini. 3 şer kitabının, orta ixtisas təhsil müəssisələrinin tələbələri üçün 1 dərslik və 2 proqramın müəllifi.
Gölkənd kəndinin Qarabağ müharibəsi şəhidləri və itkin düşənlər
- Rizvan Pirnəzərov — şəhid
- Dinar Mustafayev — şəhid
- Xaqani Qocayev — şəhid
- Zamin Əfəndiyev — itkin
- Elçin Mustafazadə — şəhid
- Ruslan Məmmədov — şəhid
- Nurlan Mustafayev (kapitan) — şəhid
- Əhmədzadə Rüfət Əbülfət oğlu — şəhid
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- Eldar İsmayıl. "Ermənistan türklərinin 1988-ci il soyqırımı" (yenidən işlənmiş ikinci nəşri); Redaktor: Arif Məmmədli. Bakı, "Səda" nəşriyyatı, 2014. ISBN 5-86874-125-0. səh.227