Gödəkdərə
Gödəkdərə — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Gödəkdərə kəndi Şəkərbəy kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əmiraslanlı kəndi mərkəz olmaqla, Əmiraslanlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Gödəkdərə | |
---|---|
40°36′ şm. e. 45°44′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Yaşayış məntəqəsini XIX əsrin ortalarında yaxınlıqdakı Sarıhəsənli kəndindən qarqarlı nəslinə mənsub ailələr Gödəkdərə adlı yerdə salmışlar. Sonralar Şəmkir rayonunun Qapanlı (indiki Məmmədalılar) kəndindən danaçılar nəslinə mənsub ailələr də buraya köçüb məskunlaşmışlar. Kənd salındığı yerin adını daşıyır. Güman etmək olar ki, bir zamanlar gödəkli nəslinə mənsub maldar ellər bu ərazidən otlaq kimi istifadə etmişlər.[2]
Coğrafiyası və iqlimi
Kənd dağlıq ərazidə yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 313 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
- "Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
- Gödəkdərə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629