Göbələk qayası
Göbələk qayası[2] (ing. Fungus Rock, malta Il-Ġebla tal-Ġeneral) — Malta arxipelaqına daxil olan ada. 60 metr hündürlüyə malik ada Qozo adasından 50 metrlik boğazla ayrılır.
Göbələk qayası | |
---|---|
malta Il-Ġebla tal-Ġeneral | |
Ümumi məlumatlar | |
Sahəsi | 0.007[1] |
Uzunluğu |
|
Eni | 0,082 km |
Hündür nöqtəsi | 60 m |
Əhalisi | 0 nəfər (2013-cü il) |
Yerləşməsi | |
36°02′48″ şm. e. 14°11′22″ ş. u. | |
Ölkə | Malta |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Malta cəngavərlərinin generalı qaya üzərində nadir bitki növünü aşkar edir (Cynomorium coccineum). Cəngavərlər bu bitkidən yaralar üçün qan kəsici məlhəm kimi və Dizenteriyanın müalicəsində istifadə edirdilər. Bitki o qədər qiymətli idi ki, onu ali aristokratlar və adanı ziyarətə gələnlərə verirdilər. Böyük maqistr Manuel Pinto de Fonmseka 1746-cı ildə qanı ziyarət etməyi qadağan etmişdir. O, burada gözətçi məntəqəsi təşkil edir. Ada kanat yoluna bənzər 50 metrlik kəndirlərlə Qozo adasına nirləşdirilir. Sonradan isə məlum olur ki, Cynomorium coccineum heç bir müalicə əhəmiyyəti kəsb etmir.
Hazırda Göbələk qayası bir yasaqlıqdır. Bununla belə onun sahillərində üzmək və dalışlar etməyə icazə verilir.
İstinadlar
- "State of the Environment Report for Malta 1998". 2015-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.
- Ganado, Albert. "Bibliographical notes on Melitensia - 3". Journal of the Malta Historical Society. Melita Historica. 14 (2). 2005: 178. 21 April 2014 tarixində arxivləşdirilib.