Fyord

Fyord - ensiz, dərin, yamacları dik və qayalıq dəniz körfəzi. Fyordlar 4-cü materik buzunun fəaliyyəti, sonralar isə çay dərələrini və tektonik çökəklikləri dənizin basması nəticəsində əmələ gəlmişdir. Belə körfəzlərin olduğu sahil fiord tipli sahil adlanır. Fyord tipli sahilə Norveç, Qrenlandiya, Yeni Torpaq, Alyaska, İslandiya, Çili sahillərində rast gəlinir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.