Fyodor Bondarçuk
Fyodor Bondarçuk — (rus. Фёдор Бондарчук) (d. 9 may 1967-ci il, Moskva, Rusiya) — SSRİ və Rusiya aktyoru, rejissor, kino və televiziya prodüseri, musiqi video direktoru, teleaparıcısı və teleakademik.
Fyodor Bondarçuk | |
---|---|
Фёдор Бондарчук | |
| |
Doğum adı | Фёдор Сергеевич Бондарчук |
Doğum tarixi | |
Doğum yeri | Rusiya , Moskva |
Vətəndaşlığı | |
Atası | Sergey Bondarçuk |
Anası | İrina Skobseva |
Fəaliyyəti | Rejissor, Aktyor , Kinoprodüser |
Fəaliyyət illəri | 1986-indiyədək |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0094080 |
art-pictures.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fyodor 1967-ci ildə mayın 9-u Moskvada doğulub. Sənətçi ailəsində doğulan Fyodorun atası sovet aktyoru, rejissor və ssenarist, SSRİ xalq artisti Sergey Bondarçuk və anası (Sovet və Rusiya aktrisası) İrina Skobseva olmuşdur. 1985-ci ildə məktəbi qurtarıb, rejissorluq fakültəsinə ümumrusiya dövlət kinematoqrafiya institutuna daxil oldu, və iki ilini donduraraq orduya getdi. İnstituta 1989-cu ildə qayıtdı, və dərhal Yuri Ozerovun çəkdiyi "Stalinqrad" (1989)-cu il filmində İvan adı rolunda yer aldı. Bu rol Fyodorun aktyor karyerasında ikinci oldu, çünki onun ilk debüt rol aldığı film olan "Boris Qodunov" filmində 1986-cı ildə kiçik rol ilə çıxış etmişdi. Bundan sonra Fyodor inustuta qayıdaraq inustutu uğurla başa vurduqdan sonra, onun uşaqlıq dostuları Stepan Mixalkov və Sergey Kojevnikovım ilə "Art Pictures" adlı Televiziya və film üçün çəkiliş, bundan başqa, müxtəlif TV proqramları, film və musiqi layihələr istehsalı ilə fəaliyyət göstərən şirkət qurdular.
Qazandığı uğurlar
Fyodor Bondarçuk 2005-ci ildə çəkdiyi "9-cu bölük" — (rus. «9 рота») adlı film Fyodor üçün çox uğurlu bir iş oldu. Fyodor bu filmdə xaxol əsgər rolunda yer almışdır. Filmin büdcəsi 9,5 milyon dollar təşkil etdi, filmdə təyyarənin (450 min dollar) partlayışı ən bahalı səhnə oldu. Bu filmin ardında Rusiyada bu film ilin ən yaxşı film statusu əldə etdi və bir sıra mükafatlar qazandı. Buda Fyodorun məşhurlaşmasında böyük naliyyət oldu.
Bu uğurdan sonra Fyodorun 2013-cü il istehsalı olan Stalinqrad adlı filmi Fyodor üçün daha önəmli oldu. Bu film Fyodor Bondarçuk tərəfindən IMAX formatında, yüksək dərəcəli keyfiyyətlə çəkilmiş ilk Rus filmidir. Büdcəsi 30 000 000 $ dollar olan filmin, büdcə gəliri 66 130 000 $ dollar olmuşdur (2013-cü il 2 dekabr tarixinə əsasən). Bu film 2013-cü ildə film mükafat üçün "Ən Yaxşı Xarici Film" və "Oskar" mükafatı üçün Rusiya tərəfindən namizədliyini irəli sürülüb.
Filmoqrafiya
Çəkdiyi filmlər
- Dörd mövsüm (2014)
- Stalinqrad (2013)
- Yaşayan ada. Döyüş (2009)
- Yaşayan ada (2009)
- 9-cu bölük (2005)
- Sevirəm (1993)
- Yay səhərində yuxu (1989)