FİFA Dünya Kuboku
FİFA Dünya Kuboku — Futbol üzrə ən əhəmiyyətli turnir. 1930-cu ildən bəri hər dörd ildən bir təşkil olunur. (İkinci dünya müharibəsi ilə əlaqədar 1942 və 1946-cı illər istisna olmaqla.)
Tarixi
Dünyadakı ilk beynəlxalq futbol oyunu 20 noyabr 1872-ci ildə Qlazqo şəhərində Şotlandiya və İngiltərə arasında oynanıldı və 0–0 başa çatdı. İlk beynəlxalq turnir 1884-cü ildə başlayan British Home Championship-i idi. 20-ci əsrdə dünyada populyarlaşdıqdan sonra, futbol 1900 və 1904 Yay Olimpiya Oyunlarında medalsız şou idman növü kimi iştirak etdi (sonradan Beynəlxalq Olimpiya Komitəsi rəsmi bir yarış olaraq qəbul etdi). Dünyanın birinci kuboku və ya o vaxt rəsmi olaraq adlandırıldığı kimi, "Jül Rime mükafatı" uğrunda yarışlar 1930-cu ilin iyulunda Montevideoda keçirilmişdir. Lakin dünya birinciliyi yarışlarının prinsipi daha əvvəl, 1920-ci ilin aprelində FİFA-nın Antverpendəki konqresində razılaşdırılmışdı. Bu yarışın təşkilatçısı, onun ideyalarının müəllifi Fransa Futbol Federasiyasının prezidenti, eləcə də o zaman Antverpendə FİFA prezidenti seçilmiş Jül Rime idi. Turnirə onun adı verilmişdi.
Futbol üzrə dünyanın birinci çempionatının keçirilməsi haqqında son qərar 1928-ci ildə FİFA-nın Amsterdamdakı konqresində qəbul edilmişdi. Olimpiya Oyunlarında, demək olar ki, bütün komandalar gizli peşəkarlıq nümayiş etdirdiyindən dünyanın bütün yığma komandalarının həvəskar statusu tam formal xarakter daşımağa başlamışdı. Peşəkarların və həvəskarların bərabər olduqları müntəzəm dünya çempionatlarının keçirilməsi bu problemi həll etdi. O vaxtdan milli assosiasiyalarının rəhbərləri daha yüksək yarışda – dünya çempionatında çıxış etməkdə maraqlı oldular və peşəkar oyunçuları yığma Olimpiya komandalarına "itələmədilər". Peşəkar və həvəskar futbolçular üçün açıq olan belə çempionatların təşkili o vaxtlar riskli iş idi. Həm də FİFA elə bir ölkə axtarırdı ki, bu işə tamahkarlıq məqsədi ilə girişməsin. Olimpiya turnirləri ona, demək olar ki, gəlir gətirmirdi. Dünya çempiontlarının keçirilməsinə rəhbərlik etməklə Beynəlxalq Futbol Federasiyası gəlirin bölüşdürülməsində iştirak edə bilərdi və borca düşməzdi.
Nəticələr
Qeyd:
(1) 1930-cu ildə III yer uğrunda təsəlliverici final oyunu keçirilməyib. ABŞ və Yuqoslaviya yarımfinalda məğlub olub.
(2) 1950-ci ildə rəsmi final və təsəlliverici final oyunları keçirilməyib. Çempionluq uğrunda mübarizə 4 komandanın iştirakı ilə keçirilən qrup turnirindən ibarət olub. Lakin Uruqvayın Braziliyaya 2:1 hesabı ilə qalib gəldiyi oyunu de-fakto final oyunu adlandırmaq olar.
Rekordları
Ən böyük hesablı qələbələr
- 1954-cü il. Macarıstan – Cənubi Koreya – 9:0, 1974-cü il. Yuqoslaviya – Zair – 9:0, 1982-ci il: Macarıstan – Salvador – 10:1
Ən erkən qolun müəllifi
- Hakan Şükür: 2002-ci il. Türkiyə — Cənubi Koreya – 3:2 (11-ci saniyə)
Ən çox iştirak edən futbolçu
- Antonio Karbaxal (Meksika, 1950–1966), Lotar Matteus (Almaniya, 1982–1998) – hərəsi 5 dəfə
Ən çox oyun keçirən futbolçu
- Lotar Matteus – 25 oyun
Ən çox qol vuran
- Miroslav Kloze (Almaniya, 2002–2014) – 16 qol
Bir turnirdə ən çox qol vuran
- Jüst Fonten (Fransa, 1958-ci il) – 13 qol
Bir oyunda ən çox qol vuran
- Oleq Salenko (Rusiya, 5 qol). 1994-cü il. Rusiya – Kamerun – 6:1
Ən gənc futbolçu
- Pele (Braziliya), 17 yaş 249 gün. "Futbol Kralı" bu yaşda qol vurmaqla da rekordçudur.
Ən yaşlı futbolçu
- Fərid Mondraqon (Kolumbiya), 43 yaş 3 gün
Futbolçu kimi ən çox dünya çempionu
- Pele (Braziliya), 3 qat dünya çempionu (1958, 1962, 1970)
Futbolçu və məşqçi kimi ən çox dünya çempionu
- Mario Zaqallo (Braziliya), 1958 və 1962-ci illərdə futbolçu, 1970-ci ildə baş, 1994-cü ildə ikinci məşqçi kimi
Tam medal komplektinə (qızıl, gümüş, bürünc) sahib olanlar
- Frans Bekkenbauer, Xorst-Diter Xettqes, Volfqanq Overat, Miroslav Kloze (hamısı Almaniya)
Ən çox iştirak edən yığma
- Braziliya – 20 dəfə (bütün turnirlərdə iştirak edən yeganə yığmadır)
Ən çox uduzan yığma
- Meksika – 21 dəfə
Finalda ən çox oynayan yığma Almaniya – 8 dəfə
Ən çox oyun keçirən məşqçi
- Helmut Şön (Almaniya, 1966–78) – 25 oyun. O, eyni zamanda ən çox qalib gələn məşqçidir (16 dəfə)
Baş məşqçi kimi ən çox dünya çempionu olan
- Vittorio Pottso (İtaliya, 1934 və 1938) – 2 dəfə
Ən çox oyun idarə edən hakim
- Ravşan İrmatov (Özbəkistan, 2010–2014) – 8 dəfə
Ən erkən sarı vərəqə
- Campyero Marini (İtaliya) DÇ-82-də Polşa, Sergey Qorlukoviç (SSRİ) DÇ-1994-də İsveçlə görüş, hər ikisi oyun başlamamış
Ən erkən qırmızı vərəqə
- Xose Batista (Uruqvay) DÇ-86-da Şotlandiya ilə oyun, 56-cı saniyə
Ən çox sarı və qırmızı vərəqə olan mundial
- DÇ-2006–56 oyunda 310 sarı, 25 qırmızı. Bir oyunda ən çox sarı və qırmızı vərəqə da həmin mundialda olub. Belə ki, rusiyalı hakim Valentin İvanov Portuqaliya – Hollandiya görüşündə hər komandaya 2 olmaqla 4 qırmızı vərəqə göstərib. O, portuqaliyalı futbolçulara 9 sarı vərəqə verib.
Xarici keçidlər
- DFÇ Rəsmi Saytı Arxivləşdirilib 2007-03-13 at the Wayback Machine