UEFA Avro 2000

Futbol üzrə 11-ci Avropa çempionatı (nid. UEFA Europees Voetbalkampioenschap België/Nederland 2000; fr. UEFA Championnat Européen du Football Belgique/Pays Bas 2000; alm. UEFA Fußball-Europameisterschaft Belgien/Niederlande 2000) — final turniri 2000-ci il 10 iyun-2 iyul tarixində Belçika və Niderlandın toplam səkkis şəhərində keçirilən futbol yarışı.

UEFA Avro 2000
Yarış məlumatları
Ev sahibi Belçika Belçika
Niderland Niderland
Tarix 10 iyun-2 iyul 2000
Başlama tarixi 10 iyun 2000
Bitmə tarixi 2 iyul 2000
Komanda sayı 16
Stadion sayı Niderland: Amsterdam Arena (Amsterdam), Feyenoord (Rotterdam), Filips (Eyndhoven), Gelredom (Arnem)
Belçika: Kral Boduen (Brüssel), Yan Breydel (Brügge), Moris Düfran (Lyej), Stad dü Pei de Şarlerua (Şarlerua)
Yekun nəticəsi
Çempion  Fransa
İkinci  İtaliya
Üçüncü yer  Portuqaliya
 Niderland
Yarış statistikası
Oyun sayı 31
Qol sayı 85 (matç başına: 2.74)
Tamaşaçı sayı 1122833 matç başına: 36220
Mükafat sahibləri
Bombardir(lər) Niderland Patrik Klüvert
Serbiya və Monteneqro Savo Miloşeviç (hər ikisi 5 qol)
Ən yaxşı oyunçu Fransa Zinəddin Zidan
1996
2004
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

11-ci Avropa çempionatı ilk dəfə olaraq iki ölkədə — Niderlandda və Belçikada keçirilirdi. Bu final mərhələsində 16 komandanın iştirakı ilə baş tutan ikinci turnir idi.

Yarışdan öncə UEFA qaydalarda dəyişiklik etmişdi: Qrup mərhələsindən sonra sarı və qırmızı vərəqələrin hesabı yenidən aparılırdı.

Çempionatın qalibi adına finalda İtaliyanı əlavə vaxtda 2 : 1 hesabı ilə məğlub edən Fransa yığması layiq görüldü. Bu, Fransa yığmasının Avropa çempionatları tarixində ikinci uğuru idi. Avropa çempionatları tarixində son "qızıl qol"un müəllifi David Trezege oldu.

Çempionatın rəsmi himni E-Type adlı isveçli musiqiçinin "Campione 2000" mahnısı seçilmişdi.

Yarımfinallarda 4 güclü yığmanın qarşılaşmasına baxmayaraq çempionat bəzi favorit yığmalar üçün uğursuz keçdi. Onlardan bəziləri mübarizəni elə qrup mərhələsindəcə dayandırdılar. Bəzi oyunların taleləri son saniyələrdə bəlli oldu, bəzilərinin isə taleyini vurula bilməyən penaltilər müəyyənləşdirdi.[1]

Qısa xülasə

  • A qrupunda gözlənilmədən son çempion Almaniya yalnız 1 xal toplayaraq sonuncu pilləni tutdu.[2] İngiltərə qrupun sonuncu oyununda son dəqiqələrdə penaltidən qol buraxaraq turnirə erkən vida etməli oldu.[3][4] Qrupdan 1/4 mərhələyə Rumıniya və Portuqaliya vəsiqə qazandı.
  • B qrupunda İtaliya hər 3 görüşü qələbə ilə başa vuraraq qrup birincisi oldu.[5] İkinci yeri isə sürpriz şəkildə Türkiyə millisi tutdu.[6] Avropa çempionatları tarixində ilk dəfə qrup mərhələsini keçə bilməyən ev sahibi komanda Belçika oldu. İsveç qrupda sonuncu yerlə kifayətləndi.
  • Ən mürəkkəb vəziyyət C qrupunda yaşandı. Bütün komandalar 1 dəfə məğlub oldular. Qrupdan növbəti mərhələyə İspaniya və Yuqoslaviya FR komandaları çıxdı. Son turda Yuqoslaviya FR ilə görüşdə hesabda 3 dəfə geri düşən İspaniya (0:1, 1:2, 2:3), 92-ci (penaltidən) və 95-ci dəqiqədə vurduğu qollarla qələbə qazandı.[7]
  • D qrupunda Niderland və Fransa ilk iki yeri tutdu. Niderland son turda ikinci heyəti oyuna çıxaran Fransanı da məğlub edərək 100%-lik nəticə ilə qrup mərhələsini başa vurdu.[8] Ötən çempionatın finalçısı Çexiya və 1992-ci ilin Avropa çempionu Danimarka milliləri yarışı erkən tərk etməli oldular.
  • Play-off mərhələsi də maraqlı oyunlara səhnə oldu. Yuqoslaviya FR Niderlanda 1:6 hesabı ilə məğlub olarkən Klüvert het-triklə yadda qaldı. Portuqaliya və İtaliya milliləri rəqiblərini rahatlıqla məğlub etdilər. Oyunun son dəqiqələrdə İspaniya millisinin hücumçusu Raul Qonsales penaltini qola çevirə bilmədiyi üçün ispanlar Fransaya məğlub oldu.
  • Yarımfinalda Niderland İtaliya ilə oyunda 90 dəqiqə ərzində 2, oyun sonrası isə 3 penaltini qola çevirə bilmədi və turnirlə vidalaşdı. Fransa isə əlavə vaxtda təyin olunan penalti sayəsində qələbə qazandı.[9]
  • Finalda İtaliya millisi irəlidə olsa da, ikinci hissəyə əlavə olunmuş vaxtın son saniyələrində Viltor hesabı bərabərləşdirdi. Daha sonra isə Trezege "qızıl qol" vuraraq komandasına kuboku qazandırdı.[10]

Seçmə mərhələsi oyunları

UEFA Avro 2000-in seçmə mərhələsinin oyunları 1998 və 1999-cu illərdə baş tutdu. 49 milli komanda 9 qrupa bölündü. Komandalar ev-səfər prinsipi ilə biri-biriləri ilə oyunlar keçirdi. Qrupda birinci yeri tutmuş komandalar və ikinci yeri tutmuşlar arasından ən yaxşı nəticə göstərən bir komanda final mərhələsinə vəsiqə qazandı. Qalan 8 komanda isə pley-off matçlarında mübarizə apararaq digər 4 komandanı müəyyənləşdirdi. Belçika və Niderland yığmaları ev sahibləri kimi avtomatik olaraq final mərhələsində iştirak hüququ qazanmışdılar.

1-ci qrup 2-ci qrup 3-cü qrup 4-cü qrup 5-ci qrup
6-cı qrup 7-ci qrup 8-ci qrup 9-cu qrup 10-cu qrup

Püşkatma

Final mərhələsinin püşkatması 12 dekabr 1999-cu ildə Brüsselin Sərgi zalında keçirilmişdir.[11][12] Komandaların torbalar üzrə bölgüsü həmin ilin sonuna olan UEFA reytinq cədvəlinə əsasən aparılmışdır.[13][14]

1-ci səbət
KomandaReytinqYer
 İspaniya2.6111
 Almaniya2.2787
 Niderland2.2508
 Belçika2.3755
2-ci səbət
KomandaReytinqYer
 Rumıniya2.6002
 Norveç2.5003
 İsveç2.3894
 Çexiya2.3006
3-cü səbət
KomandaReytinqYer
 Yuqoslaviya FR2.2229
 Portuqaliya2.10011
 Fransa2.10012
 İtaliya2.06313
4-cü səbət
KomandaReytinqYer
 İngiltərə2.00015
 Türkiyə1.93818
 Danimarka1.93819
 Sloveniya1.00037

Püşkatmanın nəticələri:

A qrupu
SıraKomanda
A1 Almaniya
A2 Rumıniya
A3 Portuqaliya
A4 İngiltərə
B qrupu
SıraKomanda
B1 Belçika
B2 İsveç
B3 Türkiyə
B4 İtaliya
C qrupu
SıraKomanda
C1 İspaniya
C2 Norveç
C3 Yuqoslaviya FR
C4 Sloveniya
D qrupu
SıraKomanda
D1 Niderland
D2 Çexiya
D3 Fransa
D4 Danimarka

Şəhərlər və stadionlar

Belçika Niderland
Brüssel Brügge Amsterdam Rotterdam
Kral Boduen Yan Breydel Amsterdam Arena Feyenoord
Tutumu: 50 000 Tutumu: 30 000 Tutumu: 52 000 Tutumu: 51 000
Lyej Şarlerua Eyndhoven Arnem
Moris Düfran Stad dü Pei de Şarlerua Filips Gelredom
Tutumu: 30 000 Tutumu: 30 000 Tutumu: 33 000 Tutumu: 30 000

Hakimlər

15 fevral 2000-ci ildə UEFA Avropa çempionatında iştirak edəcək 12 hakim, 16 hakim köməkçisi və 4 4-cü hakimi təyin etdi. Hakimlər arasına Afrika Fubol Konfederasiyasına daxil olan bir əsas hakim və bir yan hakim də dəvət edildi.[15]

Açılış oyunu olacaq Belçika-İsveç matçı üçün alman hakim Markus Merk təyin olundu.[16]

Hakimlər Yan hakimlər 4-cü hakimlər
Avstriya Günter Benko Belarus Yuri Dupanov Belçika Mişel Piro
Danimarka Kim Milton Nilsen Belçika Roland Van Nilen Yunanıstan Kiros Vassaras
Misir Camal Əl-Qandur Bolqarıstan İvan Lekov Norveç Terye Hauge
İngiltərə Qrem Poll Danimarka Yens Larsen Slovakiya Lüboş Mixel
Fransa Jil Vesye İngiltərə Filip Şarp
Almaniya Markus Merk Fransa Jak Poudevin
İtaliya Pyerluici Kollina Almaniya Kurt Ertl
Niderland Dik Yol İtaliya Sercio Zukolini
Portuqaliya Vitor Melo Pereyra Mali Dramane Dante
Şotlandiya Hyu Dallas Malta Emanuel Zammit
İspaniya Xose Mariya Qarsiya-Aranda Niderland Yaap Pul
İsveç Anders Frisk İrlandiya Eddi Foli
İsveçrə Urs Mayer Rumıniya Nikolae Qriqoresku
Slovakiya İqor Sramka
İspaniya Karlos Martin Nieto
İsveç Leyf Lindberq
Türkiyə Turqay Güdü

Komandaların heyətləri

Final turniri

A qrupu

Komanda O Q B M Q.v Q.b Xallar
 Portuqaliya330072 9
 Rumıniya311144 4
 İngiltərə310256 3
 Almaniya301215 1
12 iyun 2000
18:00 UTC+1
Almaniya  1 : 1
Hesabat
 Rumıniya
Şoll Qol 28' Qollar Moldovan Qol 5'
Moris Düfran, Lyej
Tamaşaçı: 28 500
Hakim: Danimarka Kim Milton Nilsen

12 iyun 2000
20:45 UTC+1
Portuqaliya  3 : 2
Hesabat
 İngiltərə
Fiqu Qol 22'
Joao Pintu Qol 37'
Qomeş Qol 59'
Qollar Skoulz Qol 3'
Makmanaman Qol 18'
Filips, Eyndhoven
Tamaşaçı: 31 500
Hakim: İsveç Anders Frisk

17 iyun 2000
18:00 UTC+1
Rumıniya  0 : 1
Hesabat
 Portuqaliya
Qollar Koştinya Qol 90+5'
Gelredom, Arnem
Tamaşaçı: 18 200
Hakim: Fransa Jil Vessyer

17 iyun 2000
20:45 UTC+1
İngiltərə  1 : 0
Hesabat
 Almaniya
Şirer Qol 53' Qollar
Stad dü Pei de Şarlerua, Şarlerua
Tamaşaçı: 27 700
Hakim: İtaliya Pyerluici Kollina

20 iyun 2000
20:45 UTC+1
İngiltərə  2 : 3
Hesabat
 Rumıniya
Şirer Qol 41' (pen.)
Ouen Qol 45'
Qollar Kivu Qol 22'
Muntyanu Qol 48'
Qanya Qol 89' (pen.)
Stad dü Pei de Şarlerua, Şarlerua
Tamaşaçı: 27 000
Hakim: İsveçrə Urs Mayer

20 iyun 2000
20:45 UTC+1
Portuqaliya  3 : 0
Hesabat
 Almaniya
Qollar Konseysau Qol 35', 54', 71'
Feyenoord, Rotterdam
Tamaşaçı: 51 504
Hakim: Niderland Dik Yol

B qrupu

Komanda O Q B M Q.v Q.b Xallar
 İtaliya330062 9
 Türkiyə311132 4
 Belçika310225 3
 İsveç301224 1
10 iyun 2000
20:45 UTC+1
Belçika  2 : 1
Hesabat
 İsveç
Qor Qol 43'
E. Mpenza Qol 46'
Qollar Myelbyu Qol 53'
Kral Boduen, Brüssel
Tamaşaçı: 46 700
Hakim: Almaniya Markus Merk

11 iyun 2000
14:30 UTC+1
Türkiyə  1 : 2
Hesabat
 İtaliya
Okan Qol 62' Qollar Konte Qol 52'
F. İndzagi Qol 70' (pen.)
Gelredom, Arnem
Tamaşaçı: 22 500
Hakim: Şotlandiya Hyu Dallas

14 iyun 2000
20:45 UTC+1
İtaliya  2 : 0
Hesabat
 Belçika
Totti Qol 6'
Fyore Qol 66'
Qollar
Kral Boduen, Brüssel
Tamaşaçı: 44 500
Hakim: İspaniya Xose Mariya Qarsiya-Aranda

15 iyun 2000
20:45 UTC+1
İsveç  0 : 0
Hesabat
 Türkiyə
Filips, Eyndhoven
Tamaşaçı: 28 560
Hakim: Niderland Dik Yol

19 iyun 2000
20:45 UTC+1
Türkiyə  2 : 0
Hesabat
 Belçika
Hakan Qol 45', 70' Qollar
Kral Boduen, Brüssel
Tamaşaçı: 43 000
Hakim: Danimarka Kim Milton Nilsen

19 iyun 2000
20:45 UTC+1
İtaliya  2 : 1
Hesabat
 İsveç
Di Biyaco Qol 39'
Del Pyero Qol 88'
Qollar H.Larsson Qol 77'
Filips, Eyndhoven
Tamaşaçı: 29 500
Hakim: Portuqaliya Vitor Melo Pereyra

C qrupu

Komanda O Q B M Q.v Q.b Xallar
 İspaniya320165 6
 Yuqoslaviya FR311177 4
 Norveç311111 4
 Sloveniya302145 2
13 iyun 2000
18:00 UTC+1
İspaniya  0 : 1
Hesabat
 Norveç
Qollar İversen Qol 65'
Feyenoord, Rotterdam
Tamaşaçı: 41 500
Hakim: Misir Camal Əl-Qəndur

13 iyun 2000
20:45 UTC+1
Yuqoslaviya FR  3 : 3
Hesabat
 Sloveniya
Miloşeviç Qol 67', 70'
Druloviç Qol 73'
Qollar Zaxoviç Qol 23', 57'
Pavlin Qol 52'
Stad dü Peyi de Şarlerua, Şarlerua
Tamaşaçı: 16 478
Hakim: Portuqaliya Vitor Melo Pereyra

18 iyun 2000
18:00 UTC+1
Sloveniya  1 : 2
Hesabat
 İspaniya
Zaxoviç Qol 59' Qollar Qonsales Qol 4'
Eçeberria Qol 60'
Amsterdam Arena, Amsterdam
Tamaşaçı: 42 500
Hakim: Almaniya Markus Merk

18 iyun 2000
20:45 UTC+1
Norveç  0 : 1
Hesabat
 Yuqoslaviya FR
Qollar Miloşeviç Qol 8'
Moris Düfran, Lyej
Tamaşaçı: 27 250
Hakim: Şotlandiya Hyu Dallas

21 iyun 2000
18:00 UTC+1
Yuqoslaviya FR  3 : 4
Hesabat
 İspaniya
Miloşeviç Qol 30'
Qovedaritsa Qol 51'
Komlenovuç Qol 75'
Qollar Peres Qol 38', 90+5'
Munitis Qol 52'
Mendyeta Qol 90+2' (pen.)
Yan Breydel, Brügge
Tamaşaçı: 24 000
Hakim: Fransa Jil Vessyer

21 iyun 2000
18:00 UTC+1
Sloveniya  0 : 0
Hesabat
 Norveç
Gelredom, Arnem
Tamaşaçı: 22 500
Hakim: İngiltərə Qrem Poll

D qrupu

Komanda O Q B M Q.v Q.b Xallar
 Niderland330072 9
 Fransa320174 6
 Çexiya310233 3
 Danimarka300308 0
11 iyun 2000
18:00 UTC+1
Fransa  3 : 0
Hesabat
 Danimarka
Blan Qol 16'
Anri Qol 64'
Viltor Qol 90'
Qollar
Yan Breydel, Brügge
Tamaşaçı: 28 100
Hakim: Avstriya Günter Benkö

11 iyun 2000
20:45 UTC+1
Niderland  1 : 0
Hesabat
 Çexiya
F. de Bur Qol 89' (pen.) Qollar
Amsterdam Arena, Amsterdam
Tamaşaçı: 50 833
Hakim: İtaliya Pyerluici Kollina

16 iyun 2000
18:00 UTC+1
Çexiya  1 : 2
Hesabat
 Fransa
Poborski Qol 35' (pen.) Qollar Anri Qol 7'
Corkayeff Qol 60'
Yan Breydel, Brügge
Tamaşaçı: 28 100
Hakim: İngiltərə Qrem Poll

16 iyun 2000
20:45 UTC+1
Danimarka  0 : 3
Hesabat
 Niderland
Qollar Klüvert Qol 57'
R. de Bur Qol 66'
Zenden Qol 77'
Feyenoord, Rotterdam
Tamaşaçı: 51 117
Hakim: İsveçrə Urs Mayer

21 iyun 2000
18:00 UTC+1
Danimarka  0 : 2
Hesabat
 Çexiya
Qollar Şmitser Qol 64', 67'
Moris Düfran, Lyej
Tamaşaçı: 18 000
Hakim: Misir Camal Əl-Qəndur

21 iyun 2000
20:45 UTC+1
Fransa  2 : 3
Hesabat
 Niderland
Düqarri Qol 8'
Trezege Qol 31'
Qollar Klüvert Qol 14'
F. de Bur Qol 51'
Zenden Qol 59'
Amsterdam Arena, Amsterdam
Tamaşaçı: 51 000
Hakim: İsveç Anders Frisk

Pley-off mərhələsi

 
1/4 final1/2 finalFinal
 
          
 
25 iyun – Brügge
 
 
 İspaniya1
 
28 iyun – Brüssel
 
 Fransa2
 
 Fransa (ə.v.)2
 
24 iyun – Amsterdam
 
 Portuqaliya1
 
 Türkiyə0
 
2 iyul – Rotterdam
 
 Portuqaliya2
 
 Fransa (ə.v.)2
 
24 iyun – Brüssel
 
 İtaliya1
 
 İtaliya2
 
29 iyun – Amsterdam
 
 Rumıniya0
 
 İtaliya (pen.)0 (3)
 
25 iyun – Rotterdam
 
 Niderland0 (1)
 
 Niderland6
 
 
 Yuqoslaviya FR1
 

1/4 final

24 iyun 2000
18:00 UTC+1
Türkiyə  0 : 2
Hesabat
 Portuqaliya
Qollar Qomeş Qol 44', 56'
Amsterdam Arena, Amsterdam
Tamaşaçı: 42 000
Hakim: Niderland Dik Yol

24 iyun 2000
20:45 UTC+1
İtaliya  2 : 0
Hesabat
 Rumıniya
Totti Qol 33'
F. İndzagi Qol 43'
Qollar
Kral Boduen, Brüssel
Tamaşaçı: 40 000
Hakim: Portuqaliya Vitor Melo Pereyra

25 iyun 2000
18:00 UTC+1
Niderland  6 : 1
Hesabat
 Yuqoslaviya FR
Klüvert Qol 24', 38', 54'
Qovedaritsa Qol 51' (avt.q)
Overmars Qol 78', 90'
Qollar Miloşeviç Qol 90+1'
Feyenoord, Rotterdam
Tamaşaçı: 47 700
Hakim: İspaniya Xose Mariya Qarsiya-Aranda

25 iyun 2000
20:45 UTC+1
İspaniya  1 : 2
Hesabat
 Fransa
Mendyeta Qol 38' (pen.) Qollar Zidan Qol 32'
Corkayeff Qol 44'
Yan Breydel, Brügge
Tamaşaçı: 30 000
Hakim: İtaliya Pyerluici Kollina

İspaniya-Fransa oyununda 90-cı dəqiqədə Raul 11 metrlik cərimə zərbəsini doğru icra edə bilməmişdir (Topu qapı tirinin yuxarı göndərmişdir).

1/2 final

28 iyun 2000
20:45 UTC+1
Fransa  2 : 1
ə.v.
Hesabat
 Portuqaliya
Anri Qol 51'
Zidan Qol 117' (pen.)
Qollar Qomeş Qol 19'
Kral Boduen, Brüssel
Tamaşaçı: 50 000
Hakim: Avstriya Günter Benkö

29 iyun 2000
18:00 UTC+1
İtaliya  0 : 0
11 m. 3 : 1
Hesabat
 Niderland
Di Byaco Vurulub
Pessotto Vurulub
Totti Vurulub
Maldini Qaçan penalti
11 metrlik cərimə zərbələri Qaçan penalti de Bur
Qaçan penalti Stam
Vurulub Klüvert
Qaçan penalti Bosvelt
Amsterdam Arena, Amsterdam
Tamaşaçı: 51 300
Hakim: Almaniya Markus Merk

Niderland-İtaliya oyununda Frank De Bur (39-cu dəqiqədə, qapıçı çıxrmış) və Patrik Klüvert (62-ci dəqiqədə, dirəyə dəymiş) 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməmişlər.

Final

2 iyul 2000
20:00 UTC+1
Fransa  2 : 1
ə.v.
Hesabat
 İtaliya
Viltor Qol 90+3'
Trezege Qol 103'
Qollar Delvekkio Qol 55'
Feyenoord, Rotterdam
Tamaşaçı: 48 200[17]
Hakim: İsveç Anders Frisk
Fransa
İtaliya
Q16Fabyen Bartez
RB15Lilian TüramBooked in the 58-ci minute 58'
CB8Marsel Desai
CB5Loran Blan
LB3Biksant Lizarazyu86-cı dəqiqədə əvəz olunub 86'
CM4Patrik Viera
CM7Didye Deşam (k)
RW6Yuri Corkayeff76-cı dəqiqədə əvəz olunub 76'
AM10Zinəddin Zidan
LW12Tyerri Anri
CF21Kristof Düqarri58-ci dəqiqədə əvəz olunub 58'
Əvəzetmələr:
FW13Silven Viltor58-ci dəqiqədə əvəzetmədən daxil olub 58'
FW20David Trezege76-cı dəqiqədə əvəzetmədən daxil olub 76'
MF11Rober Pires86-cı dəqiqədə əvəzetmədən daxil olub 86'
Baş məşqçi:
Roje Lemer
Q12Françesko Toldo
CB5Fabio KannavaroBooked in the 42-ci minute 42'
CB13Alessandro Nesta
CB15Mark Yuliano
RWB11Canluka Pessotto
LWB3Paolo Maldini (k)
CM4Demetrio Albertini
CM14Luici Di ByacoBooked in the 31-ci minute 31'66-cı dəqiqədə əvəz olunub 66'
AM18Stefano Fyore53-cü dəqiqədə əvəz olunub 53'
SS20Françesko TottiBooked in the 90-cı minute 90'
CF21Marko Delvekkio86-cı dəqiqədə əvəz olunub 86'
Əvəzetmələr:
FW10Alessandro Del Pyero53-cü dəqiqədə əvəzetmədən daxil olub 53'
MF16Massimo Ambrozini66-cı dəqiqədə əvəzetmədən daxil olub 66'
FW19Vinçenzo Montella86-cı dəqiqədə əvəzetmədən daxil olub 86'
Baş məşqçi:
Dino Zoff
Avropa çempionu
2000
 Fransa
İkinci titul

Bombardirlər

5 top[18]

4 top

  • Portuqaliya Nunu Qomeş

3 top

Statistika

Simvolik yığma komanda[19]

Turnirin rəmzi yığması

Qızıl Buts sahibi

Turnirin oyunçusu

Pul mükafatları

Pul mükafatları
YerKomandaMilyon İsveçrə frankı[20]
1 Fransa14.4
2 İtaliya13.2
3 Niderland
 Portuqaliya
10.2
5 Rumıniya
 İspaniya
 Türkiyə
 Yuqoslaviya FR
7.8
9 Belçika
 Çexiya
 İngiltərə
 Norveç
5.4
13 Danimarka
 Almaniya
 Sloveniya
 İsveç
4.8

Turnirin pul mükafatı olan 120 milyon İsveçrə frankı (CHF) final mərhələsində iştirak edən 16 komanda arasında bölüşdürüldü.[20][21]

Mükafatların bölgüsü:

  • Çempion: 14,4 milyon CHF
  • Finalçı: 13,2 milyon CHF
  • Yarımfinalçılar: 10,2 milyon CHF
  • 1/4 finalçılar: 7,8 milyon CHF
  • Qrup mərhələsi:
    • Üçüncü yerin sahibi: 5,4 milyon CHF
    • Dördüncü yerin sahibi: 4,8 milyon CHF

9 iyul 2000-ci ildə UEFA Yuqoslaviya FR-nin pul mükafatını ölkənin futbol federasiyasının hesabına köçürtməkdən imtina etdi. Buna səbəb kimi Yuqoslaviya Futbol Federasiyasının ölkənin prezidenti Slobodan Miloşeviçlə əlaqələrinin olduğu göstərilirdi.[22] Lakin bir müddət sonra əlaqələrin olmadığı aşkarlandı və federasiyanın hesabına pul mükafatı köçürüldü.[23]

Maraqlı faktlar

  • Avro 2000-dəki qələbədən sonra Fransa prezidenti Jak Şirak yığmanın 4 oyunçusunu — Silvan Viltoru, Yohan Mikuyu, Nikolya Anelkanı və Ulrix Rameni Fəxri Legion Ordeni ilə mükafatlandırmışdır. Bu 4 oyunçu 2 il əvvəl dünya çempionu olan və ordenlə mükafatlandırılmış heyətdə yox idilər.
  • Fransa-Portuqaliya yarımfinal görüşündən öncə təşkilatçılar Fransa yığması üçün Vaterloo yaşayış məntəqəsindəki "Qrand Hoteli" bron etmişlər. Lakin Vaterloonun Napoleonun son məğlubiyyət yeri olması səbəbindən yığma buradakı hotelə getməyə razılıq verməmişdir.
  • Avropa çempionatından dərhal sonra, iyulun 9-da Françesko Toldonun nikah mərasimi baş tutmuşdur. Mərasimda qapıçıya başa çatmış turnirdə penaltiləri mahir dəf etməsi səbəbilə 11 metr uzunluğunda tort təqdim edilmişdir.
  • Bir ingilis qəzeti azarkeşlərin kəsib televizorlarına yapışdıra bilmələri üçün Avro 2000 boyunca müxtəlif uğur gətirəcək fotolar yayımlamışdır. Bunların arasında nal, dovşan quyruğu, taxta və hətta Tofiq Bəhramovun şəkli də var idi.
  • Yarımfinal matçından öncə UEFA Portuqaliya yığması ilə oynayan Fransa yığmasına əsas forması olan göy rəngli formadan istifadə etməyə qadağa qoymuşdur. Belə ki, 150-dən çox ölkədə yayımlanması planlaşdırılan oyunu izləyənlər arasında rəngsiz televizoru olacaq vətəndaşları düşünərək UEFA Fransa millisinin oyunçularının rəqibdən fərqlənə bilməsi üçün ağ forma ilə çıxmasını tövsiyə etmişdir.
  • Sloveniya yığma komandasının baş məşqçisi Sreçko Katanets Avropa çempionatlarının final mərhələsində məşqçilik edən ən gənc baş məşqçi olmuşdur. İlk oyun zamanı Katanets 36 yaş 333 günün içində idi.[24]

İstinadlar

  1. Delaney, Miguel. "The debate: was Euro 2000 the greatest international tournament ever?". 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  2. "Holders Germany suffer heavy defeat". BBC Sport. British Broadcasting Corporation. 20 iyun 2000. 12 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
  3. "England crushed in five-goal classic". BBC Sport. British Broadcasting Corporation. 13 iyun 2000. 12 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
  4. "Late penalty breaks English hearts". BBC Sport. British Broadcasting Corporation. 20 iyun 2000. 1 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
  5. "Italy head for quarter-finals". BBC Sport. British Broadcasting Corporation. 14 iyun 2000. 30 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
  6. "Turks through as Belgium crash out". BBC Sport. British Broadcasting Corporation. 19 iyun 2000. 23 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
  7. "Spain survive in seven-goal classic". BBC Sport. British Broadcasting Corporation. 21 iyun 2000. 8 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
  8. "Group D goes Dutch". BBC Sport. British Broadcasting Corporation. 21 iyun 2000. 23 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
  9. "UEFA suspends Portuguese trio". BBC Sport. British Broadcasting Corporation. 2 iyul 2000. 2003-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2008.
  10. Born, Matt; Bishop, Patrick. "Golden goal gives France victory in Euro 2000". The Daily Telegraph. 3 iyul 2000. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2014.
  11. "Big names thrown in deep end". New Straits Times. 14 dekabr 1999. səh. 44. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2013.
  12. "EURO 2000™ final tournament draw". UEFA.com. Union of European Football Associations. 29 fevral 2000 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2016.
  13. Moore, Glenn; Harris, Nick. "England sent to the bottom of Euro 2000 class". The Independent. Independent Print. 19 noyabr 1999. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2012.
  14. "Blow for England's Euro hopes". BBC Sport. British Broadcasting Corporation. 10 dekabr 1999. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2012.
  15. "Referees for Euro 2000 Final Tournament appointed". UEFA.com. Union of European Football Associations. 15 fevral 2000. 7 aprel 2000 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2012.
  16. "German referee takes charge of opening game". Hürriyet Daily News. Associated Press. 10 iyun 2000. 2016-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2016.
  17. "France - Italy 2:1 (EURO 2000 Holland/Belgium, Final)". worldfootball.net. HEIM:SPIEL. 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2017.
  18. "Leading goalscorers". UEFA.com. Union of European Football Associations. 2 iyul 2000. 11 iyul 2000 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2012.
  19. "UEFA Euro 2008 Information" (PDF). UEFA. səh. 88. 18 October 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 June 2008.
  20. "Euro 2000 finalists to share 120 million francs". UEFA.com. Union of European Football Associations. 6 July 2000. 7 July 2000 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 June 2016.
  21. "Major financial rewards for finals participants". UEFA.com. Union of European Football Associations. 20 January 2000. 29 April 2001 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 September 2014.
  22. "Swiss blocking Yugoslav Euro 2000 income says official". Reuters. 9 iyul 2000. 2015-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2014.
  23. "Swiss release Yugoslav payments". BBC Sport. British Broadcasting Corporation. 9 iyul 2000. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2014.
  24. "Kataneç ən gənc məşqçidir". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.