Fundament
Fundament (rus. фундамент ing. basement, basal complex, fundamental complex) — geologiyada, nisbətən daha qədim adətən intensiv qırışmış və metamorfizləşmiş süxur kompleksləri platformaların, kratonların, eləcə də okeanlarda və qırışıq vila-yətlərdə ona ekvivalent törəmələrin əsasını təşkil edir. F. yer qabığının platformayaqədərki geosinklinal inkişaf mərhələsində əmələ gəlir. Qədim platformaların F. kristallik, cavan platformalarınkı isə qırışıqlı özül adlanır; Baykal və Fanerozoy geosinklinal vilayətlərində qədim platformaların F. kompleks özülə uyğun gəlir.[1]
Həmçinin bax
İstinadlar
- Geomorfoloji Terminlərin İzahlı Lüğəti "Elm" Bakı 2012 səh.106
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.