Fucivara no Kamatari
Fucivara no Kamatari (藤原 鎌足, 614[1][2][…] – 14 noyabr 669[1]) – Asuka dövründə yaşamış yapon siyasətçi, Fucivara klanının qurucusu. Onun qurduğu klan əsrlər boyunca Yaponiya imperatorluq sarayında öz təsirini qorumuşdur. Tayka islahatının keçirilməsində vacib rol oynamış, Yaponiyada mərkəzi dövlətin qurulmasında iştirak etmişdir.[3]
Fucivara no Kamatari | |
---|---|
yap. 藤原鎌足 | |
Doğum tarixi | 614[1][2][…] |
Vəfat tarixi | 14 noyabr 669[1] |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əsl soyadı Nakatomi, adı isə Kamako olmuşdur. Mənsub olduğu Nakatomi klanı əslində şintoizm rahibliyi funksiyalarından məsul idi.[3] Kamatari Monobe klanı ilə birlikdə buddizmin Yaponiyada yayılmasına qarşı çıxmış və buddizmin böyük dəstəkçisi olan Soqa klanı ilə mübarizə aparmışdır.[3] Şahzadə Nakano Oe (daha sonra İmperator Tenci) ilə birlik olan Kamatari sarayda güclü nüfuza malik olan Soqa no İruka və Soqa no Emişini öldürmək planı qurmuşdur.[3]
645-ci ildə Koreya nümayəndəliyini qəbul etmələrindən faydalanan Şahzadə Nakano Oe və Kamatari İruka ilə Emişini öldürmüşdürlər.[3] Həmin il İmperator Kotoku taxta çıxmış və Kamatarini daxili işlər naziri təyin etmişdir.[3] Kamatari bu vəzifədən istifadə edərək ölkədə Tayka islahatını keçirmişdir.[3] Nüfuzlu şəxslər saraya çağırılmış və mütləq monarxiya doktrini elan edilmişdir.[3] İslahat çərçivəsində evlərin qeydiyyatı, əkin üçün yararlı torpaqların siyahıyaalması, keşişləri nəzarət etmək üçün qaydalar kimi yeniliklər gətirilmişdir.[3]
Son illəri
İmperator Tencinin taxta çıxmasından sonra Kamatari mövcud qanunları da sistemə salmışdır.[3] İmperatorluq sarayı Omi əyalətində yerləşdiyi üçün bu qanunlar Omi qanunları adlanmışdır.[3] İmperator Tencinin hakimiyyətinin ikinci ilində Kamatari xəstələnmişdir.[3] Vəziyyətinin ağırlaşmasından sonra İmperator ona yeni nazir titulu, saraydakı ən yüksək rütbə olan tayşokukan rütbəsi və Fucivara soyadını vermişdir.[3]
İstinadlar
- Fujiwara Kamatari // Encyclopædia Britannica (ing.).
- Kamatari Fujiwara // Faceted Application of Subject Terminology.
- Gale, 1998. səh. 145
Ədəbiyyat
- Encyclopedia of World Biography (6-cı cild) (ingiliscə). Gale. 1998. ISBN 0-7876-2546-9. (#accessdate_missing_url)