Fuad Rüstəmov

Fuad Qara oğlu Rüstəmov — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1987–1990).

Fuad Rüstəmov
bayraq
Azərbaycan SSR avtomobil nəqliyyatı naziri
bayraq2
2 dekabr 1987 4 aprel 1990
ƏvvəlkiYuri Şedrin
SonrakıArif Aslanov
Şəxsi məlumatlar
Doğum tarixi 1947
Partiya
Təhsili

Təltifləri "Şərəf nişanı" ordeni

Həyatı

Fuad Qara oğlu Rüstəmov 1947-ci ildə anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.[1]

Əmək fəaliyyətinə 1968-ci ildə Azərbaycan Dəmir Yolu İdarəsində başlamış, qovşaq avtobazasının ustası, mühəndis-mexaniki, baş mexaniki, baş mühəndisi vəzifələrində işləmiş, sonra Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyi Sərnişin Daşımaları İstehsalat İdarəsinin baş dispetçeri, sənaye müəssisələri idarəsinin mühəndisi, yük daşımaları idarəsinin aparıcı böyük mühəndisi, idarə rəisinin müavini vəzifələrində çalışmışdır. Təqribən iki il elmi-tədqiqat işi ilə məşğul olmuşdur.[1]

Fuad Rüstəmov 1981-ci ildə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyi Avtomobil Nəqliyyatı Birliyinin ("Bakısənayenəqliyyat") baş direktoru vəzifəsinə irəli çəkilmişdir. 1987-ci ilin dekabr ayından isə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri vəzifəsində işləmişdir.[1]

İstinadlar

  1. Фуад Гара оғлу Рүстәмов: [Азәрбајҹан ССР автомобил нәглијјаты назири] // Коммунист. № 287 (20447). 3 декабр 1987-ҹи ил. С. 1.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.