Fuad Hacıyev (rejissor)

Fuad Rauf oğlu Hacıyev (22 iyul 194231 iyul 2023) — Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, təhsil işçisi və məşhur rejissor.

Fuad Hacıyev
Doğum tarixi 22 iyul 1942(1942-07-22)
Vəfat tarixi 31 iyul 2023(2023-07-31) (81 yaşında)
Vətəndaşlığı
Fəaliyyəti rejissor
Mükafatları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

Həyatı

1993-cü ildə Türkiyənin Selçuk Universitetinin rektoru Xəlil Cinin dəvəti ilə həyat yoldaşı Zaminə Hacıyeva ilə birlikdə Türkiyəyə gediblər. Orada teatr bölümünün əsasını qoyub. Konya Səlcuk Universitetinin Dilek Sabançı Dövlət Konservatoriyasında 25 ildən artıq müəllimlik edib. Bununla yanaşı Ankara Dövlət Teatrı, Antalya və Mersin Dövlət Opera və Balet Teatrında müxtəlif əsərləri səhnələşdirib. Ustad rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib. Hazırda Türkiyədə fəaliyyət göstərən teatrların böyük əksəriyyətində Fuad və Zəminə Hacıyevaların tələbələri rejissorluq edir. Qeyd edək ki, Fuad Hacıyev SSRİ Xalq artisti, dünya şöhrətli azərbaycanlı bəstəkar Rauf Hacıyevin oğludur. Rauf Hacıyev vəfat etdikdən sonra oğlu Fuad Hacıyev atasının adını özünə təxəllüs götürüb – Fuad Raufoğlu. [1]

Rauf Hacıyevi görkəmli maarifçi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin qızı Qəribsoltan Məlikova böyüdüb, analıq edib.[2] Fuad Hacıyev də daxil olmaqla Rauf Hacıyevin bütün övladlarına Qərib Soltan Məlikova nənəlik edib.[3]

Fuad Hacıyev 31 iyul 2023-cü ildə 81 yaşında Konya şəhərinďə vəfat edib.[4]

Fəaliyyəti

Rejissorluq etdiyi tamaşalar

  • Çox bilmiş: Aleksandr Ostrovski: Dilek Sabancı Dövlət Konservatoriyası - 2013
  • Kəndli kürəkən: Mösyo De Peargennac: Dilek Sabancı Dövlət Konservatoriyası - 2012
  • Arvadının yanına qaç: Ray Kooney: Dilek Sabancı Dövlət Konservatoriyası - 2011
  • İki bəyin uşağı: Karlo Qoldoni: Dilek Sabancı Dövlət Konservatoriyası - 2010
  • Qaranlıqda komediya: Peter Şaffer - Dilek Sabancı Dövlət Konservatoriyası - 2009
  • Qaç ata, qaç: Ray Kooney - Dilek Sabancı Dövlət Konservatoriyası - 2008
  • Sevimli həkim: Anton Çexov - Komya Dövlət teatrı - 2005
  • Kral Lear: Uilyam Şekspir: Selçuk Universiteti Dövlət Konservatoriyası - 2005
  • Milyonerlər şəhəri Napoli: Eduardo De Fillipo: Selçuk Universiteti Dövlət Konservatoriyası - 2004
  • Dəlixadan qaşmış şəxs: Ankara Dövlət teatrı - 1998
  • Qağayıkimilər: Anton Çexov: Ankara Dövlət teatrı - 1995

Rejissorluq etdiyi opera və operettalar

  • Ana, mən evlenirəm: Rauf Hacıyev: Bakı - 1977
  • Ana, mən evlenirəm: Rauf Hacıyev: Moskva - 1978
  • Yolayrıcı: Rauf Hacıyev: Bakı - 1981
  • Yolayrıcı: Rauf Hacıyev: Moskva - 1982
  • Arşın mal alan (operetta): Üzeyir Hacıbəyov - 2006
  • Ana, mən evlenirəm: Rauf Hacıyev: Ankara Dövlət Opera və Balet teatrı - 2016

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.