Fuad Babayev
Fuad Babayev (tam adı: Fuad Yavər oğlu Babayev; 14 avqust 1967, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Fuad Babayev | |
---|---|
Fuad Yavər oğlu Babayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | SSRİ |
Atası | Yavər |
Anası | Həqiqət |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan İnşaat Mühəndisləri İnstitutu |
Fəaliyyəti | Tələbə, tikinti idarəsində işçi |
Həyatı
1967-ci il avqustun 14-ü Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Tikinti-iqtisad fakültəsinə daxil olmuşdur. 1985-1987-ci illərdə Çexoslovakiyada hərbi xidmətə yollanmış, hərbi xidməti başa vurduqdan sonra Fuad Babayev təhsilini yenidən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Tikinti-iqtisad fakültəsində davam etdirmişdir. Qanlı Yanvar faciəsi ərəfəsində IV kurs tələbəsi idi.[2]Bundan əlavə, 6 nömrəli tikinti idarəsində işləyirdi.[3]
Subay idi.
Qanlı Yanvar faciəsi
Həmin gecə güllə səslərinə bayıra çıxmışdır. Yoldan keçən şəxslərdən Biləcəri yoxuşunda, XI Qızıl Ordu meydanında dinc əhalinin atəşə məruz qaldığını eşidən 23 nəfər cavan oğlan məsləhətləşirlər ki, Qızıl Ordu meydanına gəlib yaralananlara kömək etsinlər.[4] Onlar Qızıl Ordu meydanına çatanda artıq əsgərlər dinc əhaliyə divan tutmağa başlamışdı. Gənclər Respublika Xəstəxanasına tərəf qalxırlar. Üzərinə tank gələrkən Fuad dəmir köşkün[3]arxasında qorunmağa çalışsa da, atılan güllələr ona orada dəymişdir. Güllələrdən biri dizindən dəyib dabanından çıxmış, digəri isə boğazından dəyərək onurğa sümüyünü çilik-çilik etmişdir. Fuadın dostu Cavadov Səfər Fuadın öldürüldüyünü səhər saat 7-də telefonla qardaşı Cabbara xəbər vermiş, qardaşı Cabbar Respublika Xəstəxanasına gələrək Fuadın meyidini xəstəxananın ölüxanasında tapmışdır.
Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ünvan
Bakı, Talıblı küçəsi 318, mənzil 79.
Qeyd
- ^ İlham Allahverdiyevin qardaşı Elxan Fuadın telefon budkasının yaxınlığında öldürüldüyünü demişdir.[5]
Həmçinin bax
İstinadlar
- ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
- "AzMİU-nun 20 Yanvar Şəhidləri". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
- "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.
- "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.
- "İlham və Fərizənin günü…". femida.az. femida.az. 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2018.