Fuad Abbasov

Fuad Abbasov (15 dekabr 1976, Bakı) — Azərbaycan jurnalisti.[1]

Fuad Abbasov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili İstanbul Universiteti
Fəaliyyəti jurnalist
Mükafatları "Vətən Övladı" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Fuad Abbasov 1976-cı il dekabr ayının 15-də Bakı şəhərində doğulub. 1990-cı illərdə İstanbul Universitetinin jurnalistika fakultetini bitirib.[2]

Geniş ictimaiyyət Fuad Abbasovu 2015-ci ildə Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması zamanı tanıyıb.[3] Onda Türkiyə Rusiya təyyarəsinin onun sərhədini pozduğunu iddia etmiş, Rusiya isə bunu inkar etmişdi. Həmin vaxt Rusiya ilə Türkiyə arasında gərgin münasibət yaranmışdı. Rusiya televiziyalarında tez-tez bu məsələ müzakirə edilir, Türkiyənin də mövqeyini çatdırmaqdan ötrü ora, əsasən, jurnalist Fuad Abbasov dəvət olunurdu.

Fuad Abbasov Rusiya televiziyalarında tək Türkiyənin yox, elə Azərbaycanın mövqeyindən də dəfələrlə çıxış edib.[3]

Rusiyadan deportasiyası

Fuad Abbasov 2019-ci il mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb.[3] Moskva Şəhər Məhkəməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaqdan ötrü icazəsini ləğv edib.[3]

İyunun әvvәlində Moskva Apellyasiya mәhkәmәsi birinci institutiyası mәhkәmәsinin qәrarını qüvvәdә saxlayıb.[3] Jurnalist saxlanarkən təzyiqlərə məruz qalıb.[3] İyunun 19-da Rusiyanın Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində 12 gündür aclıq edən Fuad Abbasov aksiyanı dayandırıb.[4]

İyunun 25-də Azərbaycanın yerli saytlarının məlumatına görə, jurnalist Fuad Abbasovu gətirən təyyarə təqribən saat 23: 10 radələrində Bakıya enib.[5] Verilən məlumata görə, Fuad Abbasov Azərbaycannın Rusiya Federasiyasındakı səfirliyinin nəzarəti altında Vnukovo hava limanından Moskva-Bakı reysi ilə yola salınıb.[5]

İstinadlar

  1. "Azerbaijani journalist in Russia starts hunger strike after being re-arrested as he was being deported". oc-media.org. oc-media.org. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2019.
  2. "Фуад Аббасов: турецкий журналист азербайджанского происхождения на российском телевидении". natroix.ru. natroix.ru. 2021-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2019.
  3. "AZƏRTAC: Azərbaycan Rusiya XİN-ə Fuad Abbasovla bağlı nota göndərib". www.azadliq.org. www.azadliq.org. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2019.
  4. "Fuad Abbasov aclıq aksiyasını dayandırdı". qafqazinfo.az. qafqazinfo.az. 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2019.
  5. "Jurnalist Fuad Abbasov Azərbaycana göndərilib". www.azadliq.org. www.azadliq.org. 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyun 2019.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.