Fuad Əliyev (həkim)

Fuad Şamil oğlu Əliyev (1 yanvar 1965, Dmanisi) — Rusiya Federasiyasının əməkdar həkimi (2017), professor.

Fuad Əliyev
Fuad Şamil oğlu Əliyev
Doğum tarixi 1 yanvar 1965(1965-01-01) (59 yaş)
Doğum yeri
Atası Şamil Əliyev
Təhsili Tümen Dövlət Tibb Universiteti
Mükafatları Rusiya Federasiyasının əməkdar həkimi

Həyatı

Fuad Əliyev 1965-ci il yanvar ayının 1-də Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) şəhərində həkim ailəsində anadan olub. 1981-ci ildə Dmanisidə orta məktəbi bitirib və həmin il Tümen Dövlət Tibb Universitetinə daxil olub. Universitetin Müalicə işi fakültəsini Cərrah ixtisası üzrə bitirib.

Fəaliyyəti

Fuad Əliyev ali təhsilini başa vurduqdan sonra elmi tədqiqatla məşğul olub. 1992-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə, daha sonra isə professor elmi adına layiq görülüb. Fuad Əliyev 5 monoqrafiyanın, 280 elmi məqalənin, 10 ixtiranın müəllifidir. Fuad Əliyev hal-hazırda Tümen Dövlət Tibb Universitetində kafedra müdiri, professorudur. O, 2017-ci il noyabr ayının 4-də Rusiya Federasiyasının Prezidenti V. Putinin sərəncamı ilə Rusiya Federasiyasının "Əməkdar həkim" adına layiq görülüb. 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının I Qurultayında Tümendən gəlmiş nümayəndə heyətinə başçılıq edərək qurultayda çıxış etmişdir.[1]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. "Putin azərbaycanlı həkimlə bağlı sərəncam imzalayıb". 2017-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-07.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.