Fuad Əbdürəhmanov

Fuad Həsən oğlu Əbdürrəhmanov (28 aprel (11 may) 1915, Nuxa15 iyun 1971[1], Bakı) — heykəltaraş, Azərbaycan SSR xalq rəssamı (1955), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1949), Stalin mükafatı laureatı (1947, 1951).

Fuad Əbdürrəhmanov
Fuad Həsən oğlu Əbdürrəhmanov
Doğum tarixi
Doğum yeri Nuxa, Yelizavetpol quberniyası, Rusiya imperiyası
(hazırkı Şəki, Azərbaycan)
Vəfat tarixi (56 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Fəaliyyəti heykəltaraş
Təhsili
  • Repin adına Rəssamlıq İnstitutu[d] (19351940)
Janr portret
Tanınmış işləri
Üzvlüyü
Mükafatları "Azərbaycan SSR xalq rəssamı" fəxri adı  — 1955 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1943 "Stalin" mükafatı  — 1947 "Stalin" mükafatı  — 1951
"Şərəf nişanı" ordeni  — 1959 "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Fuad Əbdürrəhmanov 1915-ci il may ayının 11-də Nuxada (indiki Şəki şəhəri) anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1929–1932) və İ. Y. Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda (1935–1939) təhsil almışdır.1942–1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir.

Yaradıcılığı

Fuad Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlamış, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhimbəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin "Atıcı" (1934), "Gənc aşıq" (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaratmışdır. Sovet İttifaqı Qəhrəmanları G. Əsədovun, İ. Məmmədovun, Q. Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H. Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir.

O, həm də mahir portret ustası kimi tanınmışdır. Səttar Bəhlulzadə (1947), R. Mustafayev (1947), Həzi Aslanov (qəbirüstü abidə, 1949), B. Bağırova (1951), Səməd Vurğun (1957), kubalı Xesus (1962) və başqalarının portretləri obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnir.

Fuad Əbdürrəhmanovun xatirə lövhəsi (Bakı)

Fuad Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltaraşlıq mühüm yer tutmuşdur. Nizaminin Gəncədə və Bakıdakı abidələri (hər ikisi tunc, qranit, 1946, 1949; memarlar S. Dadaşov və M. Hüseynov), Bakıda S. Vurğunun abidəsi (tunc, qranit, 1961, memar M. Hüseynov) və s. əsərləri Azərbaycan monumental heykəltaraşlığının ən yaxşı nümunələrindəndir. 1950–1960-cı illərdə yaratdığı "Çoban" (gips, 1950, Azərbaycan İncəsənət Muzeyi; tunc , 1951, Tretyakov qalereyası, Moskva), "Azərbaycanlı qadın" (gips, 1951), "Azadlıq" (tunc, 1957; hər ikisi Azərbaycan İncəsənət Muzeyi), "Azad qadın" (tunc, qranit, 1960, memar Mikayıl Hüseynov) və s. əsərlərində milli xüsüsiyyətlər zəngindir.

Geniş yaradıcılıq diapazonuna malik olan Fuad Əbdürrəhmanov elm və mədəniyyət xadimlərinin, həmçinin müharibə və əmək qəhrəmanlarının surətlərini canlandıran heykəl qalereyası yaratmışdır.

Monqolustanın görkəmli dövlət xadimləri Suxe-Bator və marşal X. Çoybalsanın büst-abidələri (hər ikisi mərmər, 1954, MXR, Ulan-Bator), Rudəki (tunc, 1963), S. Ayninin (tunc, 1964) portretləri, Düşənbədə Rüdəkinin (tunc, qranit, 1964, memar M. Hüseynov; SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı), Buxarada İbn Sinanın (tunc, qranit, açılışı 1975 ildə olmuşdur; memar H. Muxtarov) abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova şöhrət qazandırmışdır. Ömrünün son illərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini (tunc, qranit, 1973 ildə Bakıda açılışı olmuşdur; memar M. Hüseynov) yaratmışdır.

Mükafatları

Əsərləri

Mənbələr

  • Məmmədov Ə., Xalıqov F. Əbdürrəhmanov Fuad Həsən oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — Səhifələrin sayı: 502. — Səh.: 111–112. — (Ş 3804200000/658(07)-068). — 1.000 nüsx.
  • "Абдурахманов Фуад Гасан оглы - скульптор". 2012-06-15 tarixində orijinalından arxivləşdirilib.
  • "Абдурахманов Фуад Гасан Оглы".
  • "АБДУРАХМАНОВ ФУАД ГАСАН ОГЛЫ". azerbaijanworld.com. 2012-04-26 tarixində orijinalından arxivləşdirilib.
  • Наджафов М. Ф. Абдурахманов. — М., 1955.
  • Новрузова Дж. Фуад Абдурахманов. — Баку, 2004.
  • Большая советская энциклопедия. — М., 1977.
  • Большой энциклопедический словарь (БЭС). — М., 1979.
  • Большая художественная энциклопедия. — М., 2009.
  • Культура Советского Азербайджана. — Баку: Азербайджанское гос. изд-во, 1980. — С. 89. — 180 с.
  1. RKDartists (nid.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.