Fuad İbrahimov

Fuad İbrahimov (Fuad Natiq oğlu İbrahimov; 2 sentyabr 1982, Şuşa, DQMV) — azərbaycanlı dirijor, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru (2023-cü ildən), Münhen Yeni FilarmoniyasınınBakı Kamera Orkestrının baş dirijoru (2014-cü ildən), Azərbaycan Respublikasının əməkdar artisti.

Fuad İbrahimov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Şuşa, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Dirijor
Fəaliyyət illəri 2006–h.h.
Janrlar opera, simfonik və kamera musiqisi
Təhsili Bakı Musiqi Akademiyası
Köln Ali Musiqi Məktəbi
Üzvlüyü Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru
Mükafatları Yevgeni Svetlanov adına dirijorların IV beynəlxalq müsabiqəsinin qalibi (Paris)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

İbrahimov Fuad Natiq oğlu 1982-ci ilin 2 sentyabr tarixində Azərbaycan Sovet Sosialist Respublikasının Şuşa şəhərində anadan olmuşdur. Ailəlidir, 2 övladı var.

Karyerası

Musiqi təhsilinə 12 yaşında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasında oxuyarkən başlamışdır. Orada professor Tofiq Aslanovun sinfinə daxil olub (1994-1998), daha sonra Teymur Göyçayevin dirijorluğu ilə “Tutti” gənclərin simli orkestrinin üzvü olub. 1998-ci ildə VII Respublika Musiqi Müsabiqəsinin (Bakı) qalibi olub. 15 yaşında olarkən Maestro Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinə viola ifaçısı kimi qəbul olunub və 2001-ci ilə qədər orkestrdə çalışıb.

1998-ci ildə o, həmçinin Bakı Musiqi Akademiyasına professor Bayandur Mehdiyevin viola sinfinə daxil olmuş, 2001-ci ildə isə Heydər Əliyev Fondunun dəstəyi ilə Köln Ali Musiqi Məktəbinə (Almaniya) professor Rayner Muqun sinfinə daxil olmuşdur. Bu müddət ərzində İbrahimov “Azərbaycan Mədəniyyətinin Dostları” Fondunun təqaüdünə, eləcə də Dr.Karl Dörken-Verner Riçard adına təqaüdlərə layiq görülüb, Yehudi Menuhin Xeyriyyə Fondunun himayəsi altında Almaniyanın bir çox şəhərlərində konsertlər verib. Fransada Berlioz mükafatına layiq görülüb.

Fuad İbrahimov dirijor kimi gənc karyerasında Kral Filarmonik Orkestri (İngiltərə), Orchester Symphonique de Mulhouse (Fransa), Şimali Çexiya Filarmoniyası, MDR Leipzig Simfonik Orkestri, Staatskapelle Halle, Göttingen və Nurem, Berlin Filarmonik, Staatskapelle Berlin, Staatskapelle Drezden, Cənub-Vestfaliya Filarmoniyası (Almaniya), Vyana Kamera Orkestri və bir çox başqa orkestrlərin musiqiçilərindən ibarət olan "Das kritische Orchester Berlin®" Simfonik Orkestri kimi orkestrlərdə çıxış etmişdir. 2012-ci ildə Gürzenich Orkestri (Almaniya) ilə Köln Operasında qonaq dirijor kimi ilk müstəqil opera əsərini götürdü. 2011-ci ilin iyun ayında o, Maestro Fabio Luisi tərəfindən Yaponiyada keçirilən “Sakit Okean Musiqi Festivalı”na dəvət olunub. 2006-cı ildə İbrahimov Köln Musiqi Akademiyasında professor Maykl Luiqlə dirijorluq təhsilinə başlayıb və 2008-ci ildən Köln şəhərində yerləşən “Sinfonietta” tələbə simfonik orkestrinin musiqi rəhbəri kimi fəaliyyət göstərir. 2010-cu ildə DAAD tərəfindən xüsusi istedadlı əcnəbi tələbələrə verilən xüsusi mükafata layiq görülüb.

2014-cü ilin noyabr ayından Fuad İbrahimov Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen Yeni Filarmonik Orkestrinin və Bakı Kamera Orkestrinin baş dirijorudur.

2018-ci ildə Parisdə keçirilən Yevgeni Svetlanov adına Beynəlxalq Dirijorlar Müsabiqəsinin həmqalibi Fuad İbrahimov növbəti ilin aprelində keçiriləcək Rostropoviç Festivalında Monte-Karlo Filarmonik Orkestri, Sinfonia Varsovia və Orchester d’Auvergne dirijorluğu üçün dərhal dəvət olunub.

Mükafatları

  • 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.[1]
  • Fuad İbrahimov 2013-cü ildən Azərbaycan Respublikası Prezidenti təqaüdçüsü, 2017-ci ildən isə Azərbaycan Respublikasının Əməkdar artistidir.
  • 2019-cu ildə "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunmuşdur.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.