Fringe (teleserial)

FringeCefri Ceykob Abrams, Aleks KurtzmanRoberto Orci tərəfindən ssenariləşdirilən Amerika elm-fantastik teleserialıdır. Serialda Dövlət Təhlükəsizlik Təşkilatı (Department of Homeland Security) nəzarəti altındakı FBI-ın bir qolu olan və Boston, Massaçusets mərkəzli Fringe Bölümü izah edilməkdədir. Fringe komandası qorxunc və bütün dünyaya təsir göstərə biləcək açıqlana bilinməyən hadisələri üzə çıxarmaq üçün görülməmiş elmi üsullardan və FBI istintaq üsullarından yararlanmaqdadır. Teleserialın yaranmasında, "Lost", "The x-files", "Altered States" və "The Twilight Zone" teleseriallarından ilham alınmışdır.[1]

Fringe
ing. Fringe
Loqonun şəkli
Janr Elmi fantastika
Rejissor
Prodüser Cey Cey Abrams
Bryan Burk
Alex Kurtzman
Roberto Orci
J. H. Wyman
Jeff Pinkner
Joe Chappelle
Yaradıcısı Cey Cey Abrams
Alex Kurtzman
Roberto Orci
Rollarda Anna Torv
Joshua Jackson
John Noble
Jasika Nicole
Lance Reddick
Blair Brown
Kirk Asevedo
Seth Gabel
Mark Valley
Bəstəkar Michael Giacchino (2008–2011)
Chris Tilton (2009–2013)
Mike McCready ("Northwest Passage")
İstehsalçı ölkə ABŞ ABŞ
Studiya Warner Bros. Television Studios[d], Bad Robot Productions[d]
Dil İngilis dili
İlk çıxış tarixi 9 sentyabr 2008 - 18 fevral 2013
Növü Qorxu
Dram (ədəbi növ)
Rəng Rəngli
720p (HDTV)
Mövsüm sayı 5
Seriya sayı 100
Seriya vaxtı 81 dəqiqə
Orta hesabla 50 dəqiqə (1-ci mövsüm)
Orta hesabla 43 dəqiqə (2-ci mövsüm - 5-ci mövsüm)
Telekanal Fox Broadcasting Company
IMDb ID1119644
Format Teleserial
fox.com/fringe
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Teleserialın premyerası Şimali Amerikada Fox Yayım Şirkəti tərəfindən 19 avqust 2008-ci ildə keçirilmişdir. Fringe serialı Foxun Remote-Free TV təşəbbüsünün bir hissəsi olmuşdur. Serial televiziyalardakı digər dramlara görə daha uzun çəkmişdir. Reklamlar üçün verilən ara serialın müddətini 6 dəqiqə daha uzatmışdır. Serial reklam arası verəndə ekranda reklamların nə qədər davam edəcəyini göstərən bir yazı çıxır. 1 oktyabr 2008-ci ildə serialın birinci mövsümü 22 bölümə yüksəldildi. Daha sonra bu qərar dəyişdirilərək 12 Mayda 20-ci bölümündə ilk mövsümün finalı keçirildi.[2] Serialın ikinci mövsümə başlaması qərara alındı.[3] İkinci mövsüm premyerası 18 sentyabr 2009-cu ildə keçirildi[4] Və Fox-un "Remote-Free TV" sınağı isə daha çox davam etdirilmədi.

6 mart 2010-cu ildə Entertainment WeeklyVariety jurnalları serialın üçüncü mövsümdən davam edəcəyini açıqlamışdı. Daha sonra isə bu mövsümün 22-ci bölümü olacağı açıqlandı. Serial 18.01.2013 tarixində 5-ci mövsüm 13-cü bölümü ilə finala çıxdı.

Mövzu

Fringe xüsusi agent Olivia Dunham, çılğın alim Walter Bishop və üstün zəkalı oğlu Peter Bishop-un metafizika və irəli elm ilə bağlı məsələləri araşdırmasını izah etməkdədir. Cey Cey Abrams serialın Lost-a oxşamayacağını və serialın təqibinin asan olacağını açıqlamışdır. 2009-cu ilin sentyabr ayında yayımlanan bir müsahibədə Abrams:

Lost çox qarışıq bir serial olmağına və hər seriyasına baxılmalı olduğuna görə kifayət qədər məşhurluq qazanıb. Fringe bir çox hallarda bizim üçün bir təcrübədir ki, bunun sayəsində biz anlayırıq ki, həm ümumi hekayəsi həm də planlı bir sonluğu olan bir serial yaratmaq mümkündür, Fringe isə bunun öhdəsindən tamamilə gəlir. Biz onu edə bilən bir serial yarada bilərik ki, serialın getdiyi bir istiqamət və nəql edilən əsas bir hekayəsi olsun, amma eyni zamanda sırf 4-cü seriayaya baxmaq üçün 1-ci, 2-ci və 3-cü seriyalara baxmayasan

demişdir. Serialın digər bir yaradıcısı Fringe haqqında:

The X-Files-dan ilham alındı, amma obrazlar əvvəldən sonra fərqliləşdirildi və tamamilə fərqli bir tərz oldu.

demişdir.

Mövsümlər

Birinci mövsüm

Bütün dünyada səbəbi müəyyən olunmayan və təcrübə olduğu düşünülən hadisələr (Yeni doğan bir körpənin çox sürətlə qocalıb bir neçə dəqiqə ərzində ölməsi və s). The Pattern ilə əlaqələndirilməkdədir. Olivia Dunham, Walter Bishop və oğlu Peter Bishop bu hadisələri izah etmək və əlaqələrini tapmaq üçün vəzifələndirilirlər. Pattern-dan yola çıxan komanda Massive Dynamic adlı dünya texnologiya bazarını əlində tutan şirkətlə əlaqə tapırlar və düşmənlərinin ZFT (Zerstörung durch Fortschritte der Technologie) adlı bioterrorist qrupu olduğunu öyrənirlər. Bu qrup Walter və William Bell (Walter-in keçmiş laboratoriya tərəfdaşı və Massive Dynamicin qurucusu)-in inkişaf etdirdiyi Cortexiphan adlı dərmanla paralel kainatla yaşadığımız kainatı bir-birinə bağlamaq istəməkdədirlər. Bu dərmanın sınaqları Olivia və digər uşaqların yaratdığı bir qrup üzərində sınaqdan keçirilmişdir. Birinci mövsüm Olivianın paralel dünyaya keçib William Bell ilə 11 Sentyabr terror hücumlarında dağıdılmış Əkiz Qüllələrdə çıxış etməsilə bitmişdir.

İkinci mövsüm

İkinci mövsümünün əksər bölümləri paralel kainat ilə bağlıdır. Peterin yaşadığımız kainatda uşaq ikən keçirdiyi bir xəstəlik üzündən öldüyü bu mövsümdə dəqiqləşmişdir. Walter bu hadisədən sonra digər kainata keçməyin yolunu tapmış və Peteri yaşadığımız kainata gətirmişdir və bu hadisəni heç kimə danışmamışdır. Bu hadisə paralel kainatda yumşaq nöqtələrin (Soft Spot) yaranmasına səbəb olmuşdur. Digər kainatdakı Walter (Walternate),[5] Müdafiə Naziri olmuşdur və Fringe Departamenti bizim kainatımızdakı departamentdən çox daha güclü olmuşdur. Bizim dünyamıza keçmək üçün şəkil dəyişdirmə texnologiyasını inkişaf etdiriblər və Peteri geri gətirməyə çalışmışdılar. The Observer (Gözətçi) Walter-ə daha öncə xəbərdarlıq etmiş və Peter digər kainata keçərsə, iki kainatda da böyük bir fəlakət meydana gələr demişdir. Bu fəlakətin Olivia-nın William Bell ilə çıxışını xatırlaması üzərinə Great Storm yəni iki kainatın bir-birinin içinə keçərək bir dənəsinin həyatda qalması hadisəsi olduğunu anlamışdılar.

Paralel kainatdan gələn bir üzdəyişdirici Çarli Frensisi öldürüb, onun yerinə keçib və agentlərindən biri olan Tomas Jerome Nyutonu tapmışdır. Nyutonun əlində Walter-in istəyi ilə William Bell-in beynindən çıxardığı kainatları bir-birinə bağlamaq ilə əlaqəli məlumatlar vardır. Fringe komandası Nyutonu dayandırmağa çalışarkən Olivia Cortexiphan əsaslı qabiliyyəti olan digər kainatdan gələn əşyaları daha parlaq görmək qabiliyyəti ortaya çıxmış və Piter haqqındakı həqiqəti öyrənmişdir. Walter, Oliviaya ona özünün deyəcəyini söyləyib ancaq Nyutonun fəaliyyətləri nəticəsində Piter həqiqəti öyrənmiş və qaçmışdır. Walternate Piteri tapmış və ona paralel kainata, yəni evinə qayıtmağı təklif etmişdir və Piter bu təklifi qəbul etmişdir.

Olivia və Walter Cortexiphan təcrübəsində istifadə edilən digər insanlarla birlikdə paralel kainata keçməyə cəhd edərlər və buna nail olurlar. Olivia paralel kainatda özü olan Foliviayı tapır və evində həbs edib onun yerinə keçərək Peter-a çatır. Olivia Peter-a Walternative-in kainatlarını məhv etmək üçün bir cihaz düzəltdiyini və cihazın işləməsi üçün ona ehtiyacı olduğunu deyir. Peter və Olivia, Walter və Bell ilə görüşəcəkləri yerə gedirlər amma paralel kainatdakı Fringe Komandası görüşü öyrənir və qarşıdurma çıxır. Bell yeni inkişaf etdirdiyi və əl bombasına bənzəyən cihazı istifadə edir və böyük bir partlayış baş verir. Folivia Olivia-nın yerinə keçərək digər kainata keçid edər, Olivia isə paralel kainatda Walternative tərəfindən hüceyrəyə həbs edilir.

Üçüncü mövsüm

Amy Madigan üçüncü mövsümdə Olivianın anası kimi serialda iştirak etmişdir.[6] Kevin Corrigan bir neçə seriyada daha Sam Weiss obrazını canlandıracaqdır. 3-cü mövsüm Olivianın paralel kainatda özünün Folivia (Saxta Olivia) olduğuna inandırmağa çalışması ilə başlayır. Özünə partlayışda başından aldığı zərbədən dolayı beyin tramvası keçirdiyi və bu səbəbdən beynində şübhələr yaratdığı söylənilir. Eyni zamanda özünə Walternative tərəfindən Folivianın xatirələrini transfer edən bir müalicə aparılır. Bu müalicə nəticəsində Olivia yavaş-yavaş Folivianın xatirələrini öz xatirəsi olduğunu zənn etməyə və razı olmağa başlayır. Ancaq bir müddət sonra Walter və Peter-ın xəyallarını görməyə başlayır və xatırlamadığı boşluqları onlar vasitəsilə dolduraraq əslində kim olduğunu öyrənməyə çalışır. Walternative-in əsl məqsədi isə Olivia-nın kainatlar arası keçid edərkən necə zərər görmədiyi və bunu necə etdiyini araşdırmaqdır. Bunun üçün Olivia-nı inandıraraq paralel kainatdakı öz tankına salaraq bəzi testlər edər. Bu testlər nəticəsində çox qısa müddətlərdə də olsa öz kainatına keçidlər etməyi bacarır. Bu zaman Walternative isə Olivia-nın bu keçidlərdə beynində ifraz olunan kimyəvi maddələri aşkar edərək Cortexiphan-ı əldə etmiş olur. Peter isə xəyal kimi görünməyə davam edərək Olivia keçid edəndə gördüklərinin əslində öz kainatı olduğunu və başqa kainatda olmadan bu qədər çox şeyi bilmədiyini, bacısının doğumda ölmədiyini, bacısı qızının Ella-nın da yaşadığını və doğum gününü deyir. Olivia bu qədər məlumatı beynində uydurmadığını düşünərək növbəti keçidində öz evinə zəng edərək Peter-in dediklərini təsdiqləyir. Beləliklə, artıq kim olduğunun fərqinə varmış olur. Laboratoriyadakı bütün Cortexiphan-ları da alaraq Walternative-in Harvarddakı tankına girərək öz aləminə keçid edər. Bu zaman Folivia, Olivia-nın kainatında cihazın olmayan hissələrini tapmaq üçün Nyutonla araşdırmalar apararkən bir tərəfdən də Peter ilə yaxınlaşaraq onun haqqında daha çox məlumat almağa çalışır. İlk başlarda vəzifə kimi başlayan bu yaxınlaşma Folivia-da Peter-a qarşı bir şeylər hiss etməsinə səbəb olur və birlikdə olurlar. Hamı vəziyyətdən razıdır Peter Olivia sandığı Folivia ilə çox xoşbəxtdir, ancaq Olivia paralel kainatdan etdiyi keçidlər əsnasında özünə çatması ilə Folivia-nın gerçək kimliyini öyrənir. Kimliyi üzə çıxan Folivia geri çağrılma tələb edər və Walternative tərəfindən öz dünyasına geri qaytarılır.

Öz kainatına qayıdan Olivia Peter ilə Folivia-nın birlikdə olduqlarını öyrənir və həyatının əlindən alındığını düşünərək artıq Peter ilə olmaq istəmir. Ancaq özünün də başqa kainatda ikən hər kəsin onu Folivia güman etməsi həqiqətini düşündükdən sonra bu fikrindən əl çəkir və Peter-ı bağışlayır. Bu əsnada Nina Sam Weiss-ın cihaz haqqında müxtəlif məlumatları açıqlayan "İlk İnsanlar" kitabının bütün versiyalarını yazan adam olduğunu və Sam Weiss-ın əslində göründüyündən daha yaşlı olduğunun fərqinə varır. Bütün bu hadisələr baş verərkən Walter artıq yetərsiz olduğunu və Bell-ə ehtiyacı olduğunu düşünür. Bu səbəbdən Bell-in "Soul Magnet" deyilən layihəsi Bell-i təkrar dünyaya qaytarmağa çalışır. Hərəkətverici olaraq Bell-in Nina-ya hədiyyə etdiyi zəngləri istifadə edən Walter uğursuz olduğunu düşünür. Ancaq əslində uğurlu olmuşdur və Bell-in şüuru Olivia-nın bədəninə daxil olmuşdur. Bell özünə bir ev bədən axtararkən kilsə zəngləri Bell-in şüurunun bir an üçün Olivia-dan çıxmasına səbəb olur. Ancaq Olivia bu vəziyyətdə şoka girir və xəstəxanaya aparılır. Bell-in Olivia-nın şüurundan çıxması düşündüyü qədər asan olmaz. Ən sonunda Walter Olivia-nın şüuruna daxil olaraq ona çatar. Bell isə Olivia-nın həyatda qalması üçün onun şüurundan çıxması lazım olduğunu dərk edir.

Digər tərəfdə isə Folivia Peter ilə olan yaxınlaşmasının nəticəsində hamilə qalır. Walternative isə cihazı işlədəndə öz kainatının sağ qalması üçün bunu avantaj olaraq istifadə edə biləcəyini düşünür. Folivia-nın digər kainatdan gətirdiyi parçalarla cihazı tamamlayır və işlədir. Walternative-in cihazı işlətməsi ilə kainatlar arasındakı çatlar genişlənərək kainatlar bir-birinə girməyə başlayır. Bu zaman Olivia isə cihazın bir şəkildə özü ilə də əlaqəli olduğunu və cihazın açılıb bağlanmasını yalnız özünün edə biləcəyini öyrənir. Beləliklə Walternative-in işlətdiyi cihazı söndürərək Peter-ın cihazın içinə girməsinə kömək edər. Peter isə cihaza daxil olduqdan sonra Walternative-in kainatının məhv edildiyi yaxın gələcəkdə tapar özünü. Gələcəkdə verdiyi bu qərardan ötrü Olivia Walternative tərəfindən öldürülür. Hansı kainatın sağ qalmasını seçim edərsə etsin, bir kainat olmadan digərinin də sağ qalmadığı və Olivia bütün mümkün gələcəklərdə öldüyü gerçəyini görən Peter iki kainatı bir-birinə bağlayan bir keçid düzəldər. Ancaq bu keçid Peter-in zamandan silinməsinə səbəb olur.

Dördüncü mövsüm

Olivia-nın agent Lincon-a paralel kainatlar arasındakı körpünü göstərməsi ilə başlayır. Zaman cizgisindən silinən Peter-i güzgülərdə görən Walter Bishop əvvəlcə bunun xəyal olduğunu zənn edəcək daha sonra bunun xəyal olmadığına qərar verəcəkdir və Olivia ilə birlikdə Peter-in yenidən qayıtmasını təmin edəcəklər ancaq zaman xətti dəyişmiş olduğundan və Peter silinmiş olduğundan əvvəlcə heç kəs Peter-i tanımayacaq Peter da yanlış bir paralel kainatda olduğunu düşünəcək. Peter-in bu fikri September-in xəbərdarlığı dəyişəcək və Cortexifanın təsirilə Olivia da zamanla Peter-i xatırlamağa başlayacaq. Bu arada silindikdən sonra yenidən ortaya çıxdığı öz paralel aləmində bir sifət tapa bilməyən Peter Mavi Paralel Kainata keçərək müdafiə naziri olan alternativ Walter ilə tanış olacaqdır, ancaq keçən səfərin əksinə dəyişən zaman xəttindən yeni Walternatif zalım deyil, son dərəcə mehriban bir quruluşa malikdir və şübhələndiyi kimi şəkil dəyişdiriciləri öz paralel aləminə göndərən adam Walternatif deyil. Bu mövsümdə şəkil dəyişdiricilər daha da inkişaf etmiş vəziyyətdədir və yaralandıqda, yaxud öldürüləndə bədənlərindən civə yerinə qan axır. Bu səbəblə bu organometalik süni zəkaya malik üstün biomühəndislik uğuru Bell-in dizaynı olan robotları, cildinə girdikləri insanlardan ayırd etmək xeyli çətindir.

Mövsümün sonlarına doğru necə geri gəldiyi aydın olmayan William Bell, Dr. Robert Jones-u istifadə edərək Olivia-nı aktiv etmək üçün bir sıra plan həyata keçirəcək bunların nəticəsində Olivia-nın aktivləşməsi ilə yaratdığı özünəməxsus Paralel Kainatda yenidən ortaya çıxacaqdır. Bu yeni paralel kainat dünyanın ilk halına bənzəyir və fərqli növ dinozavrlar mövcuddur. Bundan başqa, William Bell bu kainatda yaşaması üçün yeni növ insan inkişaf etdirməyə çalışır və Olivia ilə Peter-i yeni kainatın Adəm ilə Həvvası kimi dəyərləndirir, özünü ilahiləşdirmə səyindən əl çəkmir. Ancaq Walter Bishop-un Olivia-nı başından vurması ilə William Bell-in qurduğu yeni kainat ortadan qalxacaqdır. Qurduğu paralel kainatın yox olması ilə birlikdə William Bell yenə yox olacaqdır. Ölən Olivia isə Cortexifanın terapevtik təsiri ilə yenidən oyanacaq. William Bell və Dr. Jones-ın planı iki paralel dünya arasında körpü istifadə edərək kainatları toqquşdurmaq olduğundan iki paralel kainatın toqquşmasını qarşısını almaq üçün paralel kainatlar arasında körpü quran maşın bağlanılacaqdır. Maşın həm dağıtma, həm də yaratma funksiyasına malik olduğundan maşın açıq ikən Walter-ın Peter-ı geri gətirməsi ilə xarab olmağa başlayan mavi kainat yenidən yaxşılaşmağa başlamışdır. Körpünün qapadılması ilə yaxşılaşma prosesi dayanacaq ancaq dağıntı da davam etməyəcək. Beləliklə, hər iki dünya xilas olmuş olacaq.

Beşinci mövsüm

Bu mövsüm, gözətçilərin zəbti ilə başlayır əvvəlcə bütün Fringe komandası kəhrəbanın içinə həps olunmuş vəziyyətdədir, ancaq yenə də bir FBI agenti olan və o dövrün Fringe bölümündə çalışan Olivia və Peter-ın qızı Henrietta tərəfindən Fringe üzvləri bir-bir kəhrəba içindən çıxarılacaqdır. 4-cü mövsümün sonunda yoxa çıxan William Bell də kəhrəba içində görülməkdədir. Walter Bishop-a dostu William Bell tərəfindən alınıb gizlədilən beyin hissələri Nina-nın köməyilə Henrietta və Henrietta-nın dostu tərəfindən yenidən yüklənəcəkdir və gözətçilərə qarşı Walter və Sentyabrın birlikdə hazırladığı ancaq gözətçilərin Walter-ın düşüncələrini oxumaması üçün sonradan düşüncə əsasında bölünən bir planın ardına fringe üzvləri düşəcəkdir. Planı kasetlərə qeyd edən Walter, kəhrəba içindən çıxaran kasetlərdə planları Fringe üzvlərinin də köməyi ilə həyata keçirməyə çalışmaqdadır. Mövsüm, düşüncələri oxuyan və bəzən işıq sürətində və zamanın içində və ya zamandan müstəqil hərəkət edə bilən gözətçilərə qarşı Fringe komandanın müharibəsi ilə keçməkdədir. Gözətçilərin dünyanı zəbt etməsi səbəbi ilə 700 il sonra havanı, torpağı zəhərləyərək yaşayış sahəsi buraxmamaları olaraq göstərilir. Gözətçilərin beynində normal insanlardan fərqli olaraq onların beyin fəaliyyətlərini çox sürətləndirən bir növ korteks aparatı var. Henrietta-nın ölümü ilə birlikdə Peter bu qurğunu beyninə taxıb bir növ gözətçi insan hibridinə çevrilərək gözətçilərin komandanı vəziyyətindəki Windmark-ı öldürməyə çalşacak ancaq qurğunun insanın duyğularını da məhv etməsindən ötrü Olivia-nın istəyi ilə Peter bu qurğunu beynindən yenidən çıxaracaqdır. Planın bir parçası olan, əvvəlki mövsümlərdə üstün empatiya qabiliyyətilə gördüyümüz uşaq gözətçi isə Walter tərəfindən yaradılan bir cib kainatda saxlanmaqda isə də cib kainata gedən Fringe komandası empat uşaq gözətçini burada tapmayacaq ancaq buradakı bir radiodan izlədikləri siqnallar sayəsində bir ailənin yanına gedərək, ailə tərəfindən Maykl adı verilən uşağı tapacaqlar. Empat sayəsində Donald adlı xarakterin əslində Sentyabr olduğu anlaşılacaq, empatı qorumaq üçün Nina özünü fəda edəcəkdir. Finala doğru Agent Broyles nəzarətçilər tərəfindən ifşa ediləcək, ancaq Peter və Olivia tərəfindən azad ediləcəkdir. Empatın Sentyabrın oğlu olduğu anlaşılacaq və tamamlanan cihaz sayəsində 2167 ili ilə 2036 arasında keçid yaradılacaqdır. Bəhs edilən planın məqsədinin Empat kimi tanınan uşağın hissləri yox etmədən də insan zəkasının inanılmaz dərəcədə inkişaf etdirilə biləcəyini gözətçilərin yaradıcısı olan 2167-ci ildəki alimə sübut etmək olduğu və beləcə zamanı resetləyərək gözətçilərin heç var olmadığı bir zaman zolağı formalaşdırmağa çalışdığı aydın olur. Bu sayədə 2167-ci ildə alim insanın beynində hisslərdən məsul hissəsi rasyonal məlumat üçün fəda etməyəcək və gözətçilərin təbiəti yolunda ilk addımı atmayacaq; Nəticə olaraq gözətçilər duyğusuz halları ilə heç vaxt var olmayacaqdır. Sentyabr, uşağının bu qabiliyyətlərini zamanda səyahət etməsini təmin edən qurğu hələ başında ikən anlamamışdır, sonradan gözətçilər Sentyabrın beynindən bu qurğunu çıxarıb onu normal insan halına gətirmişdi, bunu edə biləcəyini anlamışdır, ancaq artıq zamanda irəli gedə bilmədiyindən Walter ilə bu planı hazırlamışlar. Başlanğıcda Sentyabrın planı uşağı Walter-ın gələcəyə doğru aparmasıdır və bu səbəblə zamanda səyahət keçirilməsini təmin edən peyvəndi Walter özünə illər əvvəl etmişdir ancaq Sentyabr insani duyğulara sahib olunca ehtiyat vaksini özünə vuraraq Walter yerinə şəxsən özü uşaqla birlikdə gələcəyə getmək üçün qərarından dönsə də baş verən münaqişədə öldürülür və Walter yenidən dövrəyə girərək uşaqla birlikdə 2167-ci ilə keçid edir. Walter artıq gələcəkdə yaşayır. Sonda zaman xətti sıfırlanır və 2015-ci ilə yəni işğalın başladığı ilə qayıdılır. Peter və Olivia təkrar piknik səhnəsində görülür, ancaq Peter Ettaya sarılır və gözətçilər görülməz, plan uğurlu olmuşdur (Beləliklə Windmark tərəfində 2036-cı ildə öldürülən Etta zaman xəttinin sıfırlanmasından dolayı geri gəlir, yəni bu hadisə baş verməmiş olur. Bundan başqa, Nina Sharp-da geri gəlmişdir.) Final səhnəsində sıfırlanmadan ötürü Peter və Olivia heç bir şeydən xəbərdar olmadığı görülür. Ancaq Peter son səhnədə xoşbəxt bir həyat sürdüyü evində özünə Walter tərəfindən göndərilən zərfi açır, Walter ona bağışlanmanın və ümidin rəmzi olan lalə göndərmişdir.

Rollarda

Baş rollarda

  • Anna Torv — Olivia Dunham (Birinci mövsümdən bəri davam edir.) FBI-da xüsusi agent və Fringe komandasında işləyir.
  • Joshua Jackson — Peter Bishop (Birinci mövsümdən bəri davam edir.) FBI-a qanunsuz olaraq girmişdir və zəkası ilə hər şeyi asanlıqla qavrama qabiliyyətinə malikdir. Bu sayədə hadisələrin həll edilməsində olduqca köməkçidir və atası ilə birlikdə Fringe komandasında məsləhətçi kimi işləməkdədir.
  • John Noble — Walter Bishop (Birinci mövsümdən bəri davam ediyor.) çılğın alim və Fringe komandasında məsləhətçidir. Üstün zəkası və yaradıcılığı ilə hadisələri elmi olaraq açıqlamağa çalışır.
  • Lance Reddick — Phillip Broyles (Birinci mövsümdən bəri davam edir.) Fringe komandasında FBI komandanlığındakı ən yüksək zəncir halqasıdır.
  • Jasika Nicole — Astrid Farnsworth (Birinci mövsümdən bəri davam edir.) Olivia və Walter-in assistentidir.
  • Blair Brown — Nina Sharp (Birinci mövsümdən bəri davam edir.) Walter-in keçmiş ortağı William Bell-in şirkətində CEO-dur və hadisələrin həll edilməsində komandaya lazımı yardımı təmin edir.

Təkrar obrazlar

  • Leonard Nimoy — William Bell (Birinci, ikinci və üçüncü mövsüm), Walter-in keçmiş laboratoriya həmkarı və Massive Dynamic-in qurucusudur.
  • Michael Cerveris — The Observer (Mr. Gemini) (Birinci mövsümdən bəri davam edir.) Zamanda səyahət edə bilən əsrarəngiz bir qrupa üzvdür.
  • Kevin Corrigan — Sam Weiss (İkinci mövsümdən bəri davam edir.) Olivia-nın həvəskar psixoloqu və Boulinq zalı sahibidir.
  • Ryan McDonald — Brandon (İkinci mövsümdən bəri davam edir.) Massive Dynamic-də alimdir.

Keçmişdəki əsas obrazlar

  • Kirk Asevedo — Charlie Francis (Birinci, ikinci və üçüncü mövsüm), Olivia yaxın dostu və FBI-da xüsusi agentdir.
  • Mark Valley — John Scott (Birinci mövsüm), Olivia-nın keçmiş sevgilisi və gizli agentdir.

İstinadlar

  1. "Director Set for J. J. Abrams' 'Fringe' Pilot" (İngilis Dilində). Zap2it. Com. 27 noyabr 2007. 27 may 2013 tarixində mənbəyindən arxivləndi. Çıxış tarixi: 9 iyul 2010.
  2. "Fox Immediate Release"Fox Flash. 27 dekabr 2013 tarixində mənbəyindən arxivləndi. Çıxış tarixi: 2010–07-09.
  3. "Fringe To Continue Its Freaky Ways" IGN.com. IGN Entertainment. 4 avqust 2012 tarixində mənbəyindən Arxivləşdirilib 2018-02-06 at the Wayback Machine arxivləndi. Çıxış tarixi: 2010–07-09.
  4. "Fringe - Season 2 Premiere Date Confirmed". 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-05.
  5. "Over There (Part 1 of 2)".FOX. 2010–05-14. 24 sentyabr 2010 tarixində mənbəyindən arxivləndi. Çıxış tarixi: 2010–05-26.
  6. "Fringe Casts Amy Madigan as Olivia's Mother". TVGuide.com. 28 iyul 2013 tarixində mənbəyindən Arxivləşdirilib 2021-07-30 at the Wayback Machine arxivləndi.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.