Friksion ötürməsi

Friksion ötürmə (lat. frictio — sürtünmə) - öz aralarındakı sürtünməni mexaniki enerjini ötürmək üçün istifadə eən kinematik cütlükdür.

Elementlər arasında sürtünmə quru, səddi və mayeli ola bilər. Mayeli sürtünmə daha əlverişli sayılır, çünki, o friksion ötürmənin uzunömürlülüyünü artırır.

Təsnifatı

Friksion ötürmələr olurlar:

  • Quruluşuna görə:
    • paralell vallarla,
    • kəsişən vallarla,
    • xarici kontaktla,
    • daxili kontaktla.
  • Ötürmə ədədinin variasiya olunma imkanlarına görə:
    • tənzimlənməyən və
    • tənzimlənəbilən.

Tətbiq sahəsi

Dayaq səthləri ilə sürtünmə qüvvəsi sayəsində kontakda olan yayma dəzgahlarının valları, friksion variatorlarla işləyn reduktorlar, nəqliyyat vasitələrinin aparıcı təkərlərində geniş tətbiq tapır.

Mənbə

  • Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik. II nəşri - Bakı, "Maarif", 2002, 596 səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.