Fridrix Völer

Fridrix Völer (almanca Friedrich Wöhler; 31 iyul 1800-cü il Eşersxeym23 sentyabr 1882-ci il, Hettingen) — alman kimyaçısı, təhsilcə həkimdir . Kimyanı L.Gmelindən Heydelbergdə və Y.Berseliusdan Stokgolmda öyrəndi. 1831-ci ildən Kasseldə texniki məktəbin professoru idi, 1836-cu ildən ömrünün axırına qədər Hettingendə professor idi. 1853-cü ildən Peterburq Elmlər Akademiyasının xarici müxbir üzvü idi. 1824-cu ildə turşəng turşusunu kəşf etmişdir.

Fridrix Völer
alm. Friedrich Wöhler
Doğum tarixi
Doğum yeri Frankfurt, Almaniya
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Göttengen
Elm sahəsi kimya
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Elmi rəhbərləri Yens Yakov Bertselius
Üzvlüyü
Mükafatları "Fəxri legion" ordeni kavaleri Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni
"Kopli" medalı
İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sidik cövhərinin sintezi

1824 ildə NH4CNO almaq istəyəndə, Völer ağ şəffaf kristallik maddə almışdır, hansı ki ammonium və sian turşuna qarşı heç bir reaksiya vermirdi. 1828 o qeyd etdi di bu maddə tərkib və xassəsinə görə sidik covhərilə oxşardır. Belə ki Völer ən birinci insan idi ki hansı ki qeyri-üzvi maddədən üzvi maddə sintez etmişdir, və bununla vitalistik elminin yayılmasına qədəm qoymuşdur. Ancaq sidik cövhərini sintezi yeganə faktor idi hansı ki həyat qüvvəsinə qədəm qoya bilmədi. Canlı qüvvənin kimyada yox olması ancaq 1860 ildə baş verdi, hansı ki fransız kimyaçısı P.E.M.Bertlonun sintezlərinin hesabına baş verdi.

Völerin üzvi kimya sahəsində işləri

1832-ci ildə Fridrix Völer və Yustus Libix "acı badam turşusunun" törəmələrini öyrənəndə gostərdilər ki, benzoil C7H5O radikalı heç bir dəyişiklik olmadan bir haldan o bir hala keçir,bununla belə radikal teoriyası daha da gücləndi. Völera üzvi kimya sahəsində başqa işlər də məxsusdur: sidik turşusunu və onun törəmələrinin öyrənilməsi (Libixlə birlikdə 1838), dietil tellurun (1840), hidroxinonun (1844) alınması, opia alkaloidlərinin təhqiqi (1844).

Völerin qeyri-üzvi kimya sahəsində işlər

Völerin qeyri-üzvi kimya sahəsində işləri:alüminiumum kalium və alüminium xloridlə közərmə nəticəsində alınmması (1827), bu usülla berillium və ittiriumun alınması (1828), fosforun turş fosfor kalsiumla karbon və qumun kozərtməsi nəticəsində alınması (1829), silisium və onun hidrogenləxlorla alınması (1856-1858), silisiumun nitridlərini və titanın alınması (1857-1858), kalsum karbidin alınması və onun su ilə reaksiya nəticəsində asetilenin alınması (1862). Völer böyük elmi məktəb yaratmışdır və təhsil ıdarəsini yazmışdır, hansının ki geniş arealı var idi.

Qeydlər

  1. 1823-cü ildə Margburg universiteti ona tibb elmləri doktor dərəci verdi.

Həmçinin bax

  • Vitalizm
  • Radikal nəzəriyyəsi
  1. Deutsche Nationalbibliothek Record #118634488 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.