Fridrix Adler
Fridrix Adler (alm. Friedrich Adler; 9 iyul 1879[1][2][…], Vyana[3] – 2 yanvar 1960[4][1][…], Sürix[3]) — Avstriya Sosial-Demokrat Partiyasının liderlərindən və avstromarksizmin nəzəriyyəçilərindən biri.
Fridrix Adler | |
---|---|
alm. Friedrich Adler | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 iyul 1879[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 yanvar 1960[4][1][…] (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, jurnalist, filosof, fizik, tərcüməçi |
Atası | Viktor Adler |
Hərbi xidmət | |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[5], fizika[5] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fridrix Adler 9 iyul 1879-cu il tarixində Avstriya-Macarıstanın Vyana şəhərində, Viktor Adlerin ailəsində anadan olmuşdur. O, 1907–1911-ci illərdə Sürix İnstitutu nəzəri fizika kafedrasının privat-dosenti olarkən sosial-demokrat hərəkatına qoşulmuş, 1911–1916-cı illərdə Avstriya Sosial-Demokrat Partiyasının katibi olmuşdur. Fəlsəfə sahəsində Marksın tərəfdarı idi. Vladimir Lenin "Marksizm və empiriokritisizm" əsərində Fridrix Adlerin baxışlarını tənqid etmişdir. Adler 1914–1916-cı illərdə Avstriya Sosial-Demokrat Partiyasındakı "Marksist sol" sentrist qruplaşmaya daxil idi. O, proletariatı Birinci Dünya müharibəsində bitərəf mövqe tutmağa çağırır, öz ölkəsində kütləvi inqilabi mübarizənin zəruri olmadığını qeyd edirdi. Adler 1916-cı ilin oktyabrında hökumət başçısı Ştürqgi öldürdüyünə görə ölümə məhkum olunmuşdu (sonradan bu cəza uzunmüddətli həbslə əvəz edilmişdi). O, 1918-ci ilin noyabrında amnistiyaya əsasən azad olunaraq yenidən partiyada qızğın fəaliyyətə başlamış və açıqca reformist yol tutmuşdur. Adler İnternasionalın, Sosialist Fəhlə İnternasionalının liderlərindən olmuşdur. Ömrünün son illərində Sosialist İnternasionalının rəhbərliyi ilə sıx bağlı idi. O, kommunist hərəkatına qarşı mübarizə aparmış, fəhlə hərəkatı birliyinin təşkilinə yönəldilmiş bütün cəhdləri rədd etmişdir. Anşluss tərəfdarı olan Adler Avstriya millətinin varlığını inkar edirdi. O, 2 yanvar 1960-cı ildə Sürix şəhərində vəfat etmişdir.[6]
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Schellenberg W., SS Doctor Friedrich Adler // Sonderfahndungsliste G.B.. SS, 1940.
- Deutsche Nationalbibliothek Record #118647016 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Адлер Фридрих // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Çex Milli Hakimiyyət Məlumat bazası.
- Адлер Фридрих // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 123.
Xarici keçidlər
- Fridrix Adler // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- Работы Фридриха Адлера и о нём в Die Deutsche Bibliothek
- Lev Trotski Фриц Адлер