Frensis Skott Fitscerald
Frensis Skott Fitscerald ( ing. Francis Scott Key Fitzgerald, 24 sentyabr 1896 – 21 dekabr 1940-cı il ) — ABŞ yazıçısı.
Frensis Skott Fitscerald | |
---|---|
ing. Francis Scott Key Fitzgerald | |
| |
Doğum tarixi | |
Doğum yeri |
San-Pol, Minnesota ABŞ |
Vəfat tarixi | (44 yaşında) |
Vəfat yeri |
Hollivud, Kaliforniya ABŞ |
Vəfat səbəbi | Ürəktutması - infarkt |
Vətəndaşlığı | ABŞ |
Milliyyəti | İrland |
Həyat yoldaşı | Zelda Seyr |
Atası | Edvard Fitscerald |
Anası | Molli Makkuillan |
Təhsili | Prinston Universiteti. |
Fəaliyyəti | Yazıçı |
Fəaliyyət illəri | 1920-1940 |
Əsərlərinin dili | ingilis |
Janrlar | Roman, hekayə, şer |
İlk əsəri |
"Cənnətin bu tayı" (ing. This Side of Paradise) |
Tanınmış əsərləri | |
Frensis Skott Fitscerald Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Frensis Skott Fitscerald 24 sentyabr 1896-cı ildə Minnesota ştatının Sent-Pol şəhərində, imkanlı katolik irland ailəsində dünyaya gəlmişdir. Ailədə ona qədər iki uşaq dünyaya gəlib tələf olduğuna görə Skott arzuolunan uşaq olmuşdur. Onu ABŞ himninin sözlərinin -"Ulduzlarla bəzənmiş bayrağın" müəllifinin, onun ulu babası Frensis Skott Kinin (1779—1843) şərəfinə belə adlandırmışdılar. Ana babası Filip Makkuilan ABŞ-yə İrlandiyadan mühacirət etmişdir. Onun ailəsi tezliklə varlanmış, artıq "böyük" Makkullan boyük bir firmaya sahib olmuşdur. Onun atası adlı-sanlı irland əsilzadəsi olsa da arvadı Molli Makkuillanın ailəsi kimi zəngin deyildi və böhran zamanı tamam müflisləşmişdi. Molli Makkuillanın ailəsi onun Edvard Fitscerald ilə evlililiyinə razı olmasalar da, gənc ailəni tam şəkildə himayə etməyə məcbur idilər. Buna görə də Frensis Skott Fitscerald çox yaxşı təhsil ala bilmişdir;
- 1908—1910 — Sent-Pol Akademiyası,
- 1911—1913 — ing. Newman School,
- 1913—1917 — Prinston Universiteti.
Prinston Universitetində oxuyarkən Frensis Skott Fitscerald universitet futbol komandasında oynamış, universitet müsabiqələrində qalib olan hekayə və pyeslər yazmışdır. Məhz bu zamanlar onda yazıçı olmaq, musiqili komediya əsərləri yazmaq kimi həvəs və arzu oyanmış olur. Prinston Universitetində oxuyarkən Frensis Skott Fitscerald sinfi ayrı-seçkiliklə üzləşir. O, özü ilə varlı uşaqları arasında böyük fərq olduğnu his edirdi. 1917 ci ildə könüllü olaraq orduya gedir. Orada öz karyerasına nail olaraq, XVII piyada briqada komandiri Rayanın adytantına qədər yüksəlir. Bu dövrlərdə o, varlı ailədən olan, Alabama ştatının Montqomeri şəhərinin hakiminin qızı həsəd aparılacaq qədər gözəl Zelda Seyr ilə tanış olur. O, bu gözəlliyin müqabilində romanlarındakı prototip obrazları dir neçə dəfə Zelda adlandırmışdır. Skott 1919 cu ildə ordudan tərxis olunduqdan sonra, Zelda ilə izdivaca Seyr ailəsi razılıq vermədikdə, Skott Fitscerald Nyu-Yorka gələrək reklam agentliyində işləyir. Skott ədəbiyyat aləmində tanınmaq üçün çoxlu hekayə və şerlərini dərcilərdə çap etdirir. İlk cəhdlər uğursuz olur. Onun əlyazmalarını geri qaytarırlar. Bundan sarsılaraq Skott Fitscerald içkiyə qurşanır. Sonunda işini buraxaraq valideynlərinin yanına dönür. Burada o, çapa buraxılmayan "Romantiq eqoist" romanının əlyazmaları üzərində yenidən işləyir. 26 mart 1920-ci ildə roman "Cənnətin bu tərəfində" (ing. This Side of Paradise) adıyla işıq üzü görərək ona şöhrət qazandırır. 3 aprel 1920 ci ildə nəhayət Skott Fitscerald öz romanındakı Rozalindanın prototipi olan Zelda Seyr ilə evlənir. Bu roman Skott Fitsceraldın üzünə ing. Scribner’s, ing. The Saturday Evening Post kimi prestij jurnal və qəzetlərin qapılarını taybatay açmış olur. O, tezliklə varlanaraq həyat yoldaşına dəbdəbəli həyat bəxş etmiş olur. Daha sonra onları dövrün kral və kraliçası adlandırırdılar. Həyatın kefini çəkən Skott Fitscerald deyirdi:
“Bilmirəm, biz Zelda ilə gerçəyik, yoxsa mənim hər hansı romanımın personajları.”
1930 cu ildə Zelda sinir sarsıntısı keçirir, bundan sonra ömrünün axırına qədər şizofreniyadan əziyyət çəkir. Bunun təsiri altında 1934 cü ildə Skott Fitscerald "Nəvazişli gecə" (ing. Tender is the Night) romanını yazır. Bir sıra avtobioqrafik yazılarında özünün bu "ağrıyan yarasından", nikah uğrunda mübarizəsindən bir sözlə dəbdəbəli həyatının ağır səhifələrindən söhbət açır. Lakin roman ona bir o qədər də uğur gətirmir. Qızı ilə söhbətində o, Zeldanı bütün zənginlərə ünvanladığı belə bir ifadə ilə təsvir edirdi:
“Harada möhkəm olmaq lazımdırsa, zərif, harada güzəştə getmək lazımdırsa orada sərt.”
Skott Zeldanın müalicəsi üçün Avropanın məşur klinikalarına baş çəkir. Lakin faydası olmur Zelda ilə münasibətlər daha da gərginləşərək boşanma ilə nəticələnir.
1934 cü ildə Skott Fitscerald həyatının sıxıntılı anlarını yaşayarkən "Nəvazişli gecə" (Tender is the Night) romanını yazır.
ABŞ-yə qayıdaraq Skott Fitscerald Hollivudda senarist kimi fəaliyyət göstərir. Burada o, icmalçı Şeyla Qrem ilə tanış olur və həyatının sonunu onun ilə birlikdə keçirir. Keçmiş arvadı Zelda Şimali Karolina ştatındakı Eşvill şəhərindəki Haylend xəstəxanasında - ruhi xəstələr üçün stasionarda yerləşir.
1939 cu ildə Skott Fitscerald Hollivud həyatından bəhs edən "Sonuncu Maqnat" (The Last Tycoon, 1941) romanını yazmağa başlayır. Roman yarımçıq qalır.
21.12.1940 tarixində Frensis Skott Fitscerald ürəktutmasından - infarktdan Hollivudda vəfat edir.
1948 ci ildə isə Haylend xəstəxanasında baş verən yanğın nəticəsində Zelda Fitscerald həlak olur.
Yaradıcılığı
Əsərləri
Romanlar:
- "Cənnətin bu tayı" (This Side of Paradise, 1920)
Frensis Skott Fitsceraldın 1920 ci ildə yazmış olduğu ilk klassik romanıdır. Əsərin qəhrəmanı Emori Bleyn (ing. Amory Blaine) avropa köklü zəngin amerikan ailəsindən olub, yaraşıqlı, istedatlı lakin, lovğa, özünüsevən, şöhrətpərəst və yekəxana bir adamdır. Təhsildə hədsiz uğurlu olduğundan hətta dərsə pis hazırlaşan kimi də göstərməyə çalışarmış. İlk olaraq idmanda olan bacarıqsızlığı, onu müntəzəm məşqlərə vadar edir, nəhayətində uğurlar qazanmış olur. Hələ məktəbli olarkən onun əhatəsi qızlarla dolu idi. Onun tərbiyəsində şıltaq, ikiüzlü və riyakar anası Beatrisa və onun rəfiqəsi katoloi rahibəsi monsenyor Darsinin rolu böyük olmuşdur. Emorinin yeniyetmə vaxtı həyat doktirinası — həyatda seçilmək, sosial pilləkanın ən yüksək yerinə sahib olmaq olmuşdur. Məktəbə daxil olduqdan sonra o, çətinliklərlə üzləşir. Ona qarşı müasirləri tərəfindən olan pis münasibəti anlamayan Emori özünü atılmış və bədbəxt hiss edir. Müəllimi ona eqoist (xudpəsənd) olduğu üçün sevilmədiyini, hörmət edilmədiyini anladır. Futbolda əldə etdiyi şöhrət onu universitet qəzetinin redaktoru səviyyəsinə yüksəlməsinə səbəb olur. Lakin tənbəlliyi ucbatından riyaziyyat imtahanından kəsilən Emori redaktorluqdan uzaqlaşdırılır və o get-gedə xəyal qırıqlığına uğrayaraq hamı kimi müharibəyə geir. Geri döndükdən sonra dostunun bacısı Rozalinda Konnecə vurulur. Rozalinda da ona vurulsa da keçmiş vərdiş və xasiyyətlərinə görə Emori ilə evliliyə razılıq vermir. Tam yoxsullaşan Emori sosial ədalət uğrunda mübarizə aparmalı olur. O, hesab edir ki, "bütün uşaqlar üçün əvvəldən eyni imkan və şans verilməlidir".
Romandan sitatlar:
"Təcrübələndikcə insanlar səhvlərini dilə gətirirlər." (Oskar Vayld)
"Cilalanmayan istənilən almaz böyük görünür."
"Gün işığında qızları sevmirəm…"
Emorinin "Arsen Lüpen" pyesindən oxuduğu replika: "Əgər insan möhtəşəm aktyor və ya sərkərdə olmağa qadir deyilsə, onda onun üçün ən yaxşısı möhtəşəm cinayətkar olmaqdır."
— "Bu ki, kirdir, əgər sən bunu görmürsənsə deməli sən də natəmizsən."
- "Gözəllər və lənətlənmişlər" (The Beautiful and Damned, 1922)
"Gözəllər və nəhlətlənmişlər" Frensis Skott Fitsceraldın sayca ikinci romanıdır. 1921 ci ildə Metropolitan jurnalında hissə-hissə çap olunduqdan sonra, roman kitab kimi ilk dəfə 1922 ci ildə ing. Scribner’s nəşriyyatı tərəfindən çap edilmişdir. Roman jaz dövründəki kübar amerikan həyatından bəhs edir. Güman olunur ki; romanın əksər süjetləri Skott və Zelda Fitsceraldların ailə həyatından götürülmüşdür.
Romanda 1920 ci ilin amerikan kübar cəmiyyətinin parlaq nümayəndələri Entoni Petç və onun arvadı Qlorinin həyatı təsvir edilir. Müəllif romanda azmış nəsildən: adlı sanlı və hədsiz zəngin insanlardan, onların yaxşı təhsil almış, qarşılarında heç bir məqsəd olmayan, hedonizm həyat tərzi sürən, heç bir xeyir verməyən, xoşbəxtliyi tapmayan varislərindən söhbət açır.
- "Böyük Qetsbi" (The Great Gatsby, 1925)
Böyük Qetsbi və ya Möhtəşəm Qetsbi[1] (ing. The Great Gatsby) — Frensis Skott Fitsceraldın sayca üçüncü romanı. Amerika ədəbiyyatında "Caz dövrünü" tipik əks etdirən bu roman 10 aprel 1925-ci ildə işıq üzü görmüşdür[2]. Roman amerika modernizminin əhəmiyyət kəsb edən əsərlərindən sayılır. Fitscerald romanı Avropa səfər zamanı Parisdə bitirərək dərc etdirmişdir. Romanda hadisələr 1920-ci ilin Nyu-Yorkunda, Lonq Aylend adasında cərəyan edir. Birinci dünya müharibəsi hərc-mərcliyindən sonra amerika cəmiyyəti inamlı çiçəklənmə dövrünə qədəm qoyur, ABŞ iqtisadiyyatı sürətlə inkişaf etməyə başlamış olur. Bu dövrdə ABŞ-də tətbiq olunan"Quru qanun" bir çox spirtli içki qaçaqmalçılarını və bununla məşğul olan alverçiləri milyonçi etmiş və mütəşəkkil cinayətkarlığın inkişafına təkan vermişdir. Zənginlərin füsunkarlığına heyran olan müəllif, əsərdə həmin dövrdə cəmiyyətdəki əxlaqsızlığı çılpaqlığı ilə göstərməyə çalışmışdır. Roman 24 000 tirajla nəşr edildikdən sonra Brodveydə və Hollivudda səhnələşirilsə də müəllifin sağlığında şöhrət qazana bilməmiş, unudulmuşdur. Roman ötən əsrin 50-ci illərində, müəllifin ölümündən sonra gündəmə gələrək populyarlaşmışdır. Sonrakı illərdə roman bir çox ingilis dilli orta və ali məktəblərdə ədəbiyyat dərsliyinə salınaraq məcburi bədii qirayət materialına çevrilmişdir. 1998-ci ildə roman XX əsrin 100 ən yaxşı ingilis dilli romanları arasında ikinci sırada yer almış olur[3][4]. Müəllif əvvəlki iş və gücünü ataraq 1922-ci ildə "Tərəvəz" pyesini bitirdikdən sonra 1923-cü ildə "Böyük Qetsbi" romanını yazmağı planlaşdırır. Bu romanı dönə-dönə redaktə edən müəllif əsərin ona şöhrət gətirəcəyinə əmin idi. Sonralar o yazırdı: "Mən özümdə məndə heç vaxt olmayan böyük bir qüvvə hiss edirdim". Böyük Qetsbi müəllifin sayca üçüncü, həcmcə ən qısa və ən "Böyük" romanıdır. Bu romanın sehri, onun hər il Amerikada yüzminlərlə yeni-yeni oxucu tapmasındadır.
- "Nəvazişli gecə" (Tender is the Night, 1934)
Hadisələr Avropada cərəyan edir. Amerikalı gənc istedadlı həkim-psixiatr Dik Dayver Birinci dünya müharibəsi illərində İsveçrədə klinikada işləyir. Bu zaman o, patsiyentizəngin və adlı sanlı ailədən olan Nikola vurulur və onunla evlənir. Qohumlar bu nikahı ümidsiz adlandırırlar. Nikol xəstəkanadan evə yazıldıqdan sonra Dik həkim və ər rollarını növbələşdirməli olur. O, Rivyer sahilində iqamətgah tikdirərək orada qapalı həyat sürürlər. Tezliklə onların övladı dünyaya gəlir. Dik həyatcanlı və çox aktiv bir şəxsdir. Çoxlu dostları ona tez-tez baş çəkərdilər. Bir gün evinin yanındakı mehmanxanaya on səkkiz yaşlı amerikalı aktrisa Rozmari qonaq düşür. Dik və Rozmari bir birilərinə vurulurlar, lakin onların sevgisi baş tutmur. Rozmari film çəkilişləri ilə əlaqədar getməli olur. Üstündən dörd il keçir. Bu müddət ərzində Dik doktor Frans ilə birlikdə Nikolun vəsaiti hesabına psixiatriya xəstəxanası açırlar. Təsadüfən Dik Amerikadan atasının dəfnindən geri dönərkən Romada Rozmeri ilə görüşür. Sevgililər bir neçə gün birlikdə keçirirlər və yenə uzun müddətə ayrılmalı olurlar. Dikin həyatının uğursuz günləri başlayır: Romada həbs edilir, sonra xəstəxananın işlərindəki pozuntular, və Dik xəstəxanadan getməli olur. Yaş ız işini görür, daha sonra içki. Ona daha həkim kimi müraciət edən olmur. Dikin Rozmeri ilə üçüncü gırüşü zamanı Nikol bundan şübhələnərək özünə aşiq taparaq boşandıqdan sonra ona ərə gedir. Dik isə ABŞ.a dönərək bir müddət tənha həyat sürürdükdən sonra bir qadınla tanış olaraq onunla yaşayır.
Romandan sitatlar:
"Bəla ondadır ki, ayıq olanda sən heç kimi tanımaq istəmirsən, sərxoş olanda da səni heç kim tanımaq istəmir."
"Mən qadınam; mənim vəzifəm bərkitmək və əlaqələndirməkdir."
"Bəzən özünü əzabdan məhrum etmək, zövqdən məhrum etməkdən daha çətin olur."
"Qadın isə istedadlı və bacarıqlı kişini özünə ər seçir, sonra da ona (kişiyə) onu (qadını) məğlub etmək çətin olur, arasıra o (qadını), özünü məğlub kimi göstərsə belə."
"Heç vaxt əminliklə deyə bilməzsən, yad həyatda hansı yeri tutursan."
"Əgər baş qarışıqdırsa, verilən vəd qiymətli ola bilərmi?"
- "Sonuncu maqnat" (The Last Tycoon, 1941 — bitməmiş)
1940 cı ildə Frensis Skott Fitscerald Hollivudda senarist kimi çalışarkən qələmə aldığı, amerika kinomatoqrafiyası aləmindən bəhs edən bitirilməmiş sonuncu romandır.
Hekayə:
- "Bencemin Battonun müəmmalı əhvalatı" (The Curious Case of Benjamin Button, 1921)
Bencemin fiziki olaraq 70 yaşlı insan kimi dünyaya gəlir. 12 yaşı olanda Bencemin anlayır ki o, get-gedə cavanlaşır. 18 yaşında universitetdə qeydiyyatdan keçir, lakin məmurlar onu 50 yaşlı dəli sayaraq universitetdən uzaqlaşdırırlar. İllər keçir Bencemin çətin bir yeniyetməyə çevrilir. Yaşca qocalan amma fiziki olaraq cavanlaşan və uşağa çevrilən Bencemin get-gede hafizəsini itirir, tibbacısından başqa heçkimi tanıya bilmir və nəhayət hərşey zülmətdə qərq olur.
Pyes:
- "Tərəvəz" (The Vegetable, 1923)
Əsərin qəhrəmanı aşağı səviyyəli kargüzarlıq edən, bədbəxt nikaha malik Cerri Frostdır. Öz işində nəyəsə nail olmaq üçün nə qədər çalışsa da əlləşib vuruşsa da yenə də bir şeyə nail ola bilmir.
Xatirələrdə
1950 ci ildə Ernest Heminqueyin "Həmişə səninlə olan bayram" avtobioqrafik kitabının əksər səhifələri Frensis Skott Fitsceralda həsr olunmuşdur. Burada o, Frensis Skott Fitsceraldın davranışının, həyat tərzinin təsvirinə geniş yer vermişdir.
“Günaşırı və ya iki gün sonra Skott öz kitabını mənə gətirdi. Kitabın üzlüyü alabəzək idi, yadımdadır, mənə onun belə aldadıcı, zövqsüz, sürüşkən olması narahat edici gəlirdi. O, ən pis elmi-fantastik romanın üzlüyünə oxşayırdı. Skott məndən bunlara fikir verməməyimi xahiş etdi: bu əsərin süjetində mühüm rol oynayan Lonq-Aylend şossesindəki reklam lövhəsinin təhrikidir. O, dedi ki, əvvəlcə bu üzlük onun xoşuna gəlirdi, amma indi yox. Oxumaqdan qabaq mən bu üzlüyü çıxartdım. Kitabı oxuduqdan sonra, anladım ki, Skott özünü necə aparmasından və nə etməsindən asılı olmayaraq, mən anlamalıyam ki, bu bir xəstəlikdir, ona kömək etməli və ona yaxşı bir dost olmağa çalışmalıyam. Onun çox, lap çox, tanıdığımdan da çox yaxşı dostları vardı. Və gərəkli olub olmamağımdan asılı olmayaraq mən özümü də onların sırasına aid etdim. Əgər o,"Böyük Qetsbi" kimi belə bir möhtəşəm kitab yaza bilibsə, mən heç şübhə etmirəm o, bundan da yaxşısını yaza bilər. O vaxt mən Zelda ilə hələ tanış deyildim və buna görə də hər şeyin dəhşətli dərəcədə onun əleyhinə olmasını bilmirdim. Zelda Skottu onun işinə belə qısqanırdı... Skott qəti qərara gəlmişdir ki, daha içki məclislərinə getməsin, hər gün gimnastika ilə məşqul olsun və mütəmadi olaraq işləsin. O işləməyə başlamışdır, təzəcə düzəlirdi ki, Zelda şikayətlənirdiki ona darıxdırıcıdır və onu növbəti içki məclisinə dartıb aparırdı.”[5][6] — "Həmişə səninlə olan bayram", Kərkəslər qənimətlərini bölüşmürlər, Ernest Heminquey
Ekranlaşdırılma
Vudi allenin çəkmiş olduğu filmin əsas mövzusu isə yanlış zamanda yaşadığına inanan və keçmiş zaman üçün darıxan gənc yazarın Parisdə özünü kəşf etməsidir. Parisdə özünü yalnız hiss edən Gil, şəhəri gəzərkən keçmişə səyahət edir, öz xəyal dünyasını yaradır və 1920-ci illərin Paris mühitinə düşür. Dali, Pikasso , Heminquey o cümlədən Fitscerald, Jan Kokto, o dövrün Paris mühiti və Gil Pender. Bu insanlarla tanışlıq gənc yazarın həyatına və dünya görüşünə çox fərqli təsir göstərir. Filmdə Fitscerald obrazını aktyor Tom Hiddleston canlandırmışdır.
- Böyük Qetsbi bir neçə dəfə ekranlaşdırılmışdır:
- 1926 — Böyük Qetsbi / The Great Gatsby, (Herbert Brenon tərəfindən səssiz film (nüsxəsi qalmamışdır)).
- 1949 — Böyük Qetsbi / The Great Gatsby, (Elliott Nugent tərəfindən).
- 1974 — Böyük Qetsbi / The Great Gatsby, (Cek Clayton tərəfindən (əsas rollarda Robert Redford və Mia Farrov)).
- 2000 — Böyük Qetsbi / The Great Gatsby, (Robert Markovits tərəfindən televiziya filmi).
- 2002 — G / G (Kristofer Skott tərəfindən).
- 2013 — Böyük Qetsbi / The Great Gatsby, (Baz Lurman tərəfindən (əsas rollarda Leonardo Di Kaprio, Keri Mulliqan, Tobi Maquayr və Amitabh Baççan).
Xarici keçidlər
- F. Scott Fitzgerald Papers at Princeton University
- F. Scott Fitzgerald Centenary pages—at the University of South Carolina
- Annotated Bibliography—at Scott-Fitzgerald.com
- Works by F Scott Fitzgerald at Project Gutenberg Australia
- Works by F. Scott Fitzgerald (public domain in Canada)
- Texts and Translations—at narod.ru (Russian & English)
- Online catalog of F. Scott Fitzgerald's personal library, online at LibraryThing
İstinadlar
- http://kulis.az/news/5018 Arxivləşdirilib 2021-10-24 at the Wayback Machine Qetsbi Azərbaycana gəlib dahimi oldu?
- Hoover, Bob (10 May 2013). "'The Great Gatsby' still challenges myth of American Dream". Pittsburgh Post-Gazette. Retrieved 10 May 2013.
- "100 Best Novels". Modern Library. 2007. 2012-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-23.
- "Modern.az". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-07.
- Paris, ein Fest fürs Leben, Ernest Hemingway, 5. Aufgabe April 2012, ISBN 9783498030087 (alm.)
- Arxivləşdirilib 2022-06-20 at the Wayback Machine "Həmişə səninlə olan bayram", Kərkəslər qənimətlərini bölüşmürlər, Ernest Heminquey (rus.)