Frensis Bekon

Frensis Bekon (ing. Francis Bacon; 22 yanvar 15619 aprel 1626) — ingilis filosofu, tarixçisi, siyasi xadimi və yazıçısı, empirizmin banisi.

Frensis Bekon
ing. Francis Bacon
Doğum tarixi
Doğum yeri London, İngiltərə
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Haygeyt, İngiltərə
Vəfat səbəbi ağciyər iltihabı
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti filosof, yazıçı, hakim, siyasətçi, vəkil, astroloq, alim, tarixçi
Fəaliyyət illəri 1576–1626
Əsərlərinin dili ingilis dili
İstiqamət empirizm
Tanınmış əsərləri
Mükafatları Cəngavər bakalavrı
İmza
Vikimənbənin loqosu Frensis Bekon Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elmi ictimaiyyət tərəfindən qəbul edilməyən belə bir iddia mövcuddur ki, Şekspirin əsərlərinin müəllifi əslində Frensis Bekon olmuşdur.

Fəlsəfəsi

1584-ci ildə ingilis parlamentinə deputat seçilmiş, 1613-1617-ci illərdə İngiltərə və Uelsin Baş Prokuroru, 1617-1621-ci illərdə İngiltərə hökumətində ən yüksək vəzifələrdən sayılan lord-kansler, həmçinin 1617-1618-ci illərdə Böyük möhürün lord-qoruyucusu vəzifələrini tutmuşdur. 1621-ci ildə rüşvətdə ittiham edilərək məhkəməyə cəlb olunmuş, vəzifələrindən azad edilmişdir. Lakin, kral tərəfindən əfv edilmiş, bundan sonra vəzifəyə qayıtmayaraq elmi və ədəbi fəaliyyətlə məşğul olmuşdur.

F.Bekon hesab edirdi ki, fəlsəfənin başlıca vəzifəsi elmi idrakı əsaslandırmaqdır. Bekona görə, elmi bilik insana xeyir vermək məqsədi güdməlidir, təbiət qüvvələrindən insanların rifahı üçün istifadə etmək lazımdır[2].

Bekon fəalyyətə hüquqşünas kimi başlasa da, sonradan filosof və elmi inqilabın tərəfdarı kimi tanınır. Onun əsərləri elmi tədqiqatların induktiv metodologiyasının əsası və təbliğatçısı kimi tanınmağa başladı. Bu metod hal-hazırda Bekon metodu adlanır. Bu metoda görə induksiya təcrübə və müşahidə vasitəsilə ətraf mühitdən bilikhipotezlərin təsdiqini əldə edir. Qeyd etmək lazımdır ki, bu metoddan o dövrün əlkimyaçıları da istifadə edirdilər. Bekon elmin problemlərinə münasibətini 1620-ci ildə dərc edilmiş "Yeni orqanon" əsərində ortaya qoyur.

Elmi fəaliyyəti

Bekon elmin üstünlüklərini mübahisəsiz həqiqət sayırdı. Ona hal-hazırda məşhur olan "Elm-qüvvədir" və " Bilik - özü-özlüyündə qüvvədir" kəlamları məxsusdur "Knowledge itself is power". Bekonun başlıca əsərləri "Yeni orqanon", "Yeni Atlantida" və "Təcrübələr" adlanırdı. Bekona görə fəlsəfənin əsasında üç predmet durur: Allah, ruh və insan. Allah və ruh dərkedilməzdir. Yalnız insan bədənini dərk etmək olar. Bekonun dövründə elmə hücumlar çox qüvvətli idi. Bekon bu qənaətə gəlir ki, bəzi teoloqların qeyd etdiyi kimi Allah təbiəti dərk etməyi qadağan etməyib. Əksinə o insana dünyanı dərk etmək üçün ağıl veribdir. Onun fikrincə, insanlar başa düşməlidirlər ki, iki dərketmə halı var : 1) ədalət və pisliyin dərk edilməsi, 2) Allahın yaratdığı mühitin dərk edilməsi.

O bildirir ki, ədalət və pisliyin dərk edilməsi insanlara qadağan edilib. Bu insanlara Allah tərəfindən Bibliya vasitəsi ilə verilir. Ancaq yaradılmış ətrafı insan ağlı vasitəsi ilə edə bilər. Ona görə də elm "insan şahlığında" öz layiqli yerini tutmalıdır. Elmin vəzifəsi insanın qüvvəsini və gücünü artırmaq və ona təmin edilmiş və layiqli həyat təmin etməkdir. Bekon dinin toxunulmaz olub elmdən kənar durmasını tövsiyə edirdi.

Dərketmə metodu

Bekon elmin zəifliyini göstərərək bildirirdi ki, indiyə qədərki elmi kəşflər sistematik yox, təsadüfü edilmişdir. Tədqiqatçılar düzgün metodla silahlanmalıdırlar. Metod - tədqiqatların ən düzgün yoludur. Hətta topal düzgün yolla gedərsə, sağlam adamı belə ötüb keçə bilər.

Elmi dərketmənin əsasında Bekona görə induksiyaeksperiment durmalıdır. Bekon təkidlə bildirirdi ki, həqiqət və əsl bilik təcrübədən yaranır. Bu fəlsəfi metod elmdə hal-hazırda empirizm adlanır. Böyük filosof həm bu metodun yaradıcısı olmuş, həm də onu daima tətbiq etmişdir.

Ədəbiyyat

Bacon, Sylva sylvarum
  • Городенский Н. Франциск Бэкон, его учение о методе и энциклопедия наук. Сергиев Посад, 1915.
  • Иванцов Н. А. Франциск Бэкон и его историческое значение.// Вопросы философии и психологии. Кн. 49. С. 560—599.
  • Либих Ю. Ф. Бэкон Веруламский и метод естествознания. СПб., 1866.
  • Литвинова Е. Ф. Ф. Бэкон. Его жизнь, научные труды и общественная деятельность. СПб., 1891.
  • Путилов С. Тайны "Новой Атлантиды" Ф. Бэкона // Наш современник.1993.№ 2. С.171-176.
  • Сапрыкин Д.Л. Regnum Hominis. (Имперский проект Френсиса Бэкона). М.: Индрик. 2001
  • Субботин А. Л. Шекспир и Бэкон // Вопросы философии.1964.№ 2.
  • Субботин А. Л. Фрэнсис Бэкон. М.: Мысль, 1974.-175 с.
  • Material originally from the 1911 Schaff-Herzog Encyclopedia of Religion.
  • Material originally from the 1912 Schaff-Herzog Encyclopedia of Religion.
  • Benjamin Farrington, The Philosophy of Francis Bacon (Chicago: Univ. of Chicago Press, 1964). Contains English translations of
    • Temporis Partus Masculus
    • Cogitata et Visa
    • Redargutio Philosphiarum
  • James Spedding, Robert Leslie Ellis, Douglas Denon Heath, The Works of Francis Bacon, Baron of Verulam, Viscount St Albans and Lord High Chancellor of England 15 vols (London, 1857-74).
  • Əlisa Nicat. Dünya fəlsəfi irsindən nümunələr. Bakı,1991. səh.67-68.

Xarici keçidlər

  1. Whewell, William, 1794-1866 History of the inductive sciences, from the earliest to the present time (ing.). 3d ed., with additions. New York: 1873. 592 p. doi:10.5962/BHL.TITLE.23098
  2. Zeynəddin Hacıyev. Fəlsəfə. Bakı, 2012. s.69
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.