Frayburq-im-Braysqau

Frayburq-im-Braysqau (alm. Freiburg im Breisgau) — Almaniyanın cənub-qərbində yerləşən və Baden-Vürtemberq əyalətinin dördüncü böyük şəhəridir. Alman dilindən tərcümədə "frei" azad, "burg" isə qurulan, işlənən mənasındadır. Qara meşənin qərbindən, Ren ovalığına kimi yerləşən Frayburq, ilıq iqlimi ilə məşhurdur və Almaniyanın ən isti bölgəsidir. "Üç ölkə üçbucağında" (alm. Dreiländereck) olan şəhər, İsveçrənin sərhəddindən 60 km və Fransanın sərhəddindən 25 km uzaqlıqda yerləşir. Əhalisinin təxminən 85%'i fransızca danışır və əhalinin əsas hissəsi katolikdir.

Şəhər
Frayburq-im-Braysqau
Freiburg im Breisgau
Bayraq Gerb
Bayraq Gerb
47°59′42″ şm. e. 7°51′00″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 153,04 km² (2016)[2]
Mərkəzin hündürlüyü 278 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 236.140 nəf. (31 dekabr 2022)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu 0761, 07664, 07665
Poçt indeksi 79098–79117
Nəqliyyat kodu FR
Digər
freiburg.de
Frayburq-im-Braysqau xəritədə
Frayburq-im-Braysqau
Frayburq-im-Braysqau
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1091-ci ildə Zähringerler bir qala tikdilər. Bu qaladan başlayaraq inkişaf edən qəsəbəyə 1120-ci ildə şəhər statusu verildi. Ondan sonra müxtəlif sülalələrin nəzarətində olan Frayburq, 1386-cı ildə Habsburgluların əlinə keçdi. Orta əsrlərdə şəhərin varlı olmasına səbəb Qara meşədə mövcud olan gümüş mədənləri idi. 1457-ci ildə şəhərdə bir universitet tikildi.

Otuz illik müharibədə böyük zərərə uğrayan Frayburq, 1648-ci ildə Avstriyanın qərb əyalətinin paytaxtı oldu. Amma 1713-cü ilə qədər bir neçə dəfə Fransa tərəfindən işğal edildi. 1805-ci ildə Frayburq, Baden krallığı tərəfindən ələ keçirildi.

1940-cı ildə Frayburqda qalan yəhudilər, cənubi Fransadakı Gurs çadır şəhərciyinə və oradan da Şərqi Avropadakı "məhv etmə şəhərciklərinə" göndərilərək öldürüldülər. 1944-cü ildə Royal Air Force şəhəri bombaladı və nəticədə 2.700 sakin həyatını itirdi.

Əhali

Vətəndaşlığına görə Xarici Ölkə Rezidentləri [4]
ÖlkəƏhali (2016)
İtaliya İtaliya3,417
Rumıniya Rumıniya2,742
Serbiya Serbiya2,713
Türkiyə Türkiyə2,048
Fransa Fransa1,656
Suriya Suriya1,482
Xorvatiya Xorvatiya1,410
Polşa Polşa1,360
Kosovo Kosovo1,294
İraq İraq1,072

Mədəniyyət və təhsil

1457-ci ildə qurulan Freiburg Albert-Ludwigs universiteti, Almaniyanın ən qədim universitetlərindən biridir. Təxminən 20.000 tələbə, müxtəlif fakültələrə sahib Frayburq universitetində təhsil alırlar.

Şəkillər


İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.