Frederik Vinslou Teylor
Fredrik Teylor (ing. Frederick Winslow Taylor; 20 mart 1856[1][2][…] – 21 mart 1915[1][2][…], Filadelfiya, Pensilvaniya[3]) — amerikan mexanika mühəndisi və menecer. Sənaye məhsuldarlığını artırmaq üçün sistemli şəkildə işləyən ilk insan olaraq tanınır. Menecment elminin atası hesab olunur. Fredrik Teylorun tədqiqatları və inkişaf etdirdiyi Elmi idarəetmə prinsipləri sənaye mühəndisliyinin əsaslarından biri olmuşdur.
Frederik Vinslou Teylor | |
---|---|
ing. Frederick Winslow Taylor | |
Doğum tarixi | 20 mart 1856[1][2][…] |
Vəfat tarixi | 21 mart 1915[1][2][…] (59 yaşında) |
Vəfat yeri | |
Uşağı | 3 |
Elm sahələri | erqonomika |
Təhsili |
|
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fredrik Teylor 20 mart 1856-cı ildə Pensilvaniya ştatının Germantaun şəhərində imkanlı ailəin uşağı kimi anadan olmuşdur. İlk təhsilini Germantaunda aldıqdan sonra, 1869-1870-ci illəri Fransa və Almaniyadakı məktəblərdə təhsil alaraq keçdi. Bundan sonra 1,5 il İtaliya, İsveç, Norveç, ingiltərə, Fransa, Almaniya və Avstriyaya səfər etdi. Sinif birincisi olduğu Ekseterdə Harvard Universitetində hüquq üzrə təhsil almaq üçün iki il hazırlıq keçdi. Buna baxmayaraq, sağlamlıqla bağlı problemləri olduğu üçün universitetdə təhsil almaqdan imtina etməyə məcbur oldu. 1874-cü ildə maşınistin yanında şagirdlik etməyə başladı. Bu müddət ərzində mühəndis olmaq üçün axşam təhsilinə davam etdi.
1878-ci ildə Midveyl Polad şirkətində fəhlə kimi işə başladı və altı il kimi qısa müddət ərzində işində yüksələrək 1884-cü ildə baş mühəndis oldu. 1880-1883-cü illərdə Stivens İnstitutunda mühəndislik dərslərinə axşam gedərək, mexanika mühəndisi kimi məzun oldu.
Fredrik Teylor daha sonra Midveyl Polad şirkətində idarəçi oldu. Sənaye məhsuldarlığının artması üçün təkmilləşdirdiyi müxtəlif düşüncələrini burada tətbiq etdi və şirkətin inkişaf etməsində rol oynadı. Fredrik Teylorun Midveyl Polad şirkətindəki ən önəmli mühəndislik işi müəssisənin və avadanlıqların böyük hissəsinin dizaynını hazırlamaq oldu. Bura ABŞ-dakı ən böyük buxar mühərriki də daxildir. Bu tamamilə yeni və özünəməxsus dizayn idi və Fredrik Teylor 1890-cı ildə onun patentini almışdı.
1890-cı ildə Manufakturinq İnvestment şirkətində (ing. Manufacturing Investment Company) baş direktor oldu. Burada ağac gövdəsindən Mitçerliç üsulu ilə sulfit xəmiri istehsal olunurdu. Eyni vaxtda Fredrik Teylor iki böyük dəyirman inşa etdi. 1893-cü ildə şirkətlə müqaviləsi başa çatdığı üçün əlaqəsini kəsdi. 1901-ci ilə qədərki vaxtını öz idarə sistemini müxtəlif istehsal və mühəndislik müəssisələrinə tanıdaraq keçirdi. Manufakturinq İnvestment şirkətində işləyərkən dəftər tutma sistemini təkmilləşdirdi və bir çox şirkətə bu məsələdə öndərlik etdi.
Betlehem Polad şirkətində işlədiyi müddətdə qəlib poladı kəsməklə bağlı bir sıra təcrübələr həyata keçirdi. Bu təcrübələrin nəticəsində Teylor-Vayt yüksək sürət qəliblərini emal metodu meydana çıxdı. Fredrik Teylorun Metal kəsmə sənəti adlı kitabı bu təcrübələri özündə əhatə edir. 1900-cü il keçirilən Paris sərgisi Fredrik Teyloru bu kəşfinə görə qızıl medalla mükafatlandırdı. Bundan başqa, Franklin İnstitutu tərəfindən Eliot Kresson medalına layiq görüldü.
Əsərləri
Kitablar
- 1903,[4] 1911. Shop management, by Frederick Winslow Taylor ... with an introduction by Henry R. Towne .... New York, London, Harper & Brothers.
- 1911. The Principles of Scientific Management. New York and London, Harper & brothers.[5]
- 1911. A treatise on concrete, plain and reinforced: materials, construction, and design of concrete and reinforced concrete. (2d ed). New York, J. Wiley & sons.
- 1912. Concrete costs. New York, J. Wiley & sons.
Seçilmiş məqalələri
- 1894. "Notes on Belting," Transactions of the American Society of Mechanical Engineers, Vol. XV, 1893, pp. 204–259.
- 1895. "A Piece-rate System" in: The adjustment of wages to efficiency; three papers ....
- 1903. "Shop management," Transactions of the American Society of Mechanical Engineers 24: 1337-480
- 1906. "On the Art of Cutting Metals," Transactions of the American Society of Mechanical Engineers, Vol. XXVIII, 1906, pp. 31–350.
Həmçinin bax
Xarici keçidlər
- Works by Frederick Winslow Taylor at Project Gutenberg
- Works by or about Frederick Winslow Taylor at Internet Archive
- Special Collections – F.W. Taylor Collection , Stevens Institute of Technology has an extensive collection at its library
Ədəbiyyat siyahısı
- Aitken, Hugh (1960), Taylorism at Watertown Arsenal. Scientific management in action, 1908-1915, Harvard UPCompara
- Boddy, David (2002). Management: An Introduction (2nd ed.). New York: Pearson Education. ISBN 0-273-65518-3.
- Copley, Frank Barkley, Frederick W. Taylor, Father of Scientific Management (Harper and Brothers, 1923) 2 vols. online at Archive.org
- Kakar, Sudhir (1970). Frederick Taylor: a study in personality and innovation. Cambridge: University of Wisconsin Press.
- Nelson, Daniel (1970). Frederick W. Taylor and the Rise of Scientific Management. Madison: MIT Press. ISBN 0-299-08160-5.
- Nelson, Daniel (ed.) (1992). A Mental Revolution: Scientific Management Since Taylor. Columbus: Ohio State University Press. ISBN 0-8142-0567-4.
- Taylor, Frederick Winslow (1903). "Shop Management". New York, NY, US: American Society of Mechanical Engineers. OCLC 2365572. "Shop Management" began as an address by Taylor to a meeting of the ASME, which published it in pamphlet form. The link here takes the reader to a 1912 republication by Harper & Brothers. Also available from Project Gutenberg.
- Taylor, F. W., On the Art of Cutting Metals, American society of Mechanical Engineers (1906)
- Taylor, Frederick, Scientific Management (includes "Shop Management" (1903), "The Principles of Scientific Management" (1911) and "Testimony Before the Special House Committee" (1912)), Routledge, 2003, ISBN 0-415-27983-6
- Weisbord, Marvin R. (2004). Productive Workplaces Revisited (Chapter 2: Scientific Management Revisited: A Tale of Two Taylors; Chapter 3: The Consulting Engineer: Taylor Invents a New Profession.). ISBN 0-7879-7117-0.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Mee J. F. Frederick W. Taylor // Encyclopædia Britannica (ing.).
- Deutsche Nationalbibliothek Record #11880149X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Shop management, by Frederick Winslow Taylor Arxivləşdirilib 2022-01-21 at the Wayback Machine first edition in Transactions of the American Society of Mechanical Engineers, v.24 1903. 1337-1480.
- Taylor, Frederick Winslow (1911). "The Principles of Scientific Management" Arxivləşdirilib 2023-07-20 at the Wayback Machine. New York, NY, US and London, UK: Harper & Brothers. LCCN 11010339. OCLC 233134.