Frayberq Texniki Universiteti

Frayberq Texniki Universiteti (alm. Technische Universität Bergakademie Freiberg) — Saksoniya universiteti olub Frayberq dairəsinin mərkəzində yerləşir. O Çitau universitetindən sonra Saksoniyada ikinci kiçik universitet sayılır.

Frayberq Texniki Universiteti
Technische Universität Bergakademie Freiberg
Loqonun şəkli
50°55′06″ şm. e. 13°20′26″ ş. u.
Əsası qoyulub 1765
Tələbə sayı 4.016[1]
Ölkə
Sayt tubaf.org/home
tubaf.org/en/home
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Universitetin gerbi

Frayberq Texniki Universiteti dünyanın ən qədim dağ mədən universitetlərindəndir. O 1765-ci ildə Şahzadə Ksaver tərəfindən mədən işçilərini hazırlamaq üçün açılır ki, Saksoniya 7 illik müharibədə uduzandan sonra borclarını ödəyə bilsin.

Frayberq Texniki Universitetində iki kimyəvi element kəşf edilmişdir. Bunlardan İndium 1863-cü ildə Ferdinand Rayh və Teodor Rihter (almanca Ferdinand Reich və Theodor Richter) və Germanium 1886-cı ildə Klemens Vinkler (almanca Clemens Winkler) tərəfindən kəşf edilmişlər.

Drezden Texniki Universiteti 1871-ci ildə yaradılana qədər Frayberq Texniki Universiteti Saksoniya şahlığının ən böyük ali məktəbi sayılırdı. 1905-ci ildən Universitetdə "Doktor" elmi dərəcələrin verilməsinə icazə verilmişdir. 1940-cı ildən burada riyaziyyat, təbiət elmləri üzrə fakültələr fəaliyyət göstərir.

Frayberq Texniki Universiteti hal hazırda dağ-mədən işləri üzrə dünyada mövcud olan ən qədim təhsil ocaqlarindan biridir. Ondan qabaq yaradılmış Potosi (Bolivaya 1557–1786), Kongsberg (Norveç, 1757–1814), Banska Stiavnica (1762–1919) və Praga (1762–1772) Dağ-mədən akademiyalari isə artiq mövcud deyillər. Almaniyanin təkrar birləşməsi nəticəsində Dag-Mədən akademiyasinin fiziki ve hüquqi infrastrukturu təzədən qurulmuşdur. Son illər Frayberq Texniki Universiteti yarimkerici tədqiqatlari üzrə bacariqlarini inkişaf etdirərək bu sahədə dünyada aparıcı olan Siltronic AG, Deutsche-Solar — SolarWorld AG şirkətlərinin filiallarının Frayberqdə yaranmasına şərait yaratmışdır.

2008-ci ilin Oktyabr ayından başlayaraq Frayberq Texniki Universiteti şəhərdə yerləşən "Freundenstayn" qəsrinda dünyada "Terra mineralia" adı altında dünyada ən böyük şəxsi mineral kolleksiyasını nümayiş etdirir.

Elementar "Germanium"
"Terra mineralia" muzeyinin yerləşdiyi Freudenşatyn qəsri

Frayberq Dağ-Mədən Universitetinin xüsusi təhsil bolmələri bunlardır: Sənaye arxeologiyası, International Management of Resources and Environment(IMRE, magistr proqrami)ve International Business in Developing and Emerging Markets(IBDEM, magistr programi)

1996-cı ildə əlavə olaraq "Ətraf mühitin mühafizəsi" mərkəzi yaradılmışdır.

Universitetdə altı fakültə fəaliyyət göstərir:

  • Riyaziyyat və informatika fakültəsi (Fakültəsi 1)
  • Kimya və Fizika fakültəsi (Fakültəsi 2)
  • Yerşünaslıq, Qeotexnika və Dağ-mədəni fakültəsi (Fakültə 3)
  • Maşınqayırma, istehsal tecnologiyası və energetika fakültəsi (Fakültə 4)
  • Materialşünaslıq və materiallar texnologiyası fakültəsi (Fakültəsi 5)
  • İqtisadiyyat fakültəsi (Fakültə 6)

1996-cı ilin payizinda, əlavə "Interdisciplinary Ekoloji Mərkəzi (IÖZ) qurulmuşdur.

2009/10-cu ilin qış semestrində Frayberq Texniki Universititetinə 5000-dən çox tələbə gabul olunub, onlardan 30%-i qadın, 8%-i isə xarici tələbələrdir.

Universitetdə cəmi 25 adda müxtəlif ixtisas növləri tədris edilir. Elmi işlərdən gələn gəlir 2004-cü ildə 20 Milyon avro həddində olmuşdur. Frayberq Texniki Universitetində xarici tələbələr arasında Azərbaycandan da gəlmiş gənclər təhsil almışlar və hal-hazırda bir qismi təhsilini müxtəlif sahələr üzrə burada davam etdirirlər.

Texniki Universitet Frayberq tələbə şəhərciyinə malikdir. Onun böyük hissəsi Frayberqin şimalinda yerləşir.

Texniki Universitet Frayberq hal-hazırda dünyanın 42 universitetləri və kolleciləri ilə əlaqələr saxlayır.

Partner universitetləri

  • RWTH Axen
  • Clausthal Texniki Universiteti
  • Kömür Kolorado Maktabi (ABŞ)
  • Dağ-mədən və Metallurgiya Akademiyası, Krakov (Polşa)
  • Montan Universiteti, Leoben(Avstriya)
  • Mədən Universiteti, Moskva (Rusiya)
  • Dövlət Dag-Mədən İnstitutu Sankt-Peterburq (Rusiya)
  • Minalar və Texnologiya, Rapid City, Cənubi Dakota School (ABŞ)
  • Ostrava (Çexiya) Texniki Universiteti ə
  • Dag-Mədən və Geologiya Universiteti, Sofya (Bolqarıstan)
  • Geoelmlər, Çin Universiteti Wuhan

Tanınmış professor va tələbələri

  • August Breithaupt Johann Friedrich Təhsil (1811–1813), professor (1826–1866)
  • Bernhard von Cotta Təhsil(1827–1831), professor 1842
  • Otto Emicke (1891–1970), professor 1928–1946
  • Wilhelm Fischer (1796–1884), Təhsil 1813-cü ildan
  • Novalis(Georg Philipp Friedrich fon Hardenberg) təhsil(1797–1799)
  • Fridrih Emil Heyn, təhsil (1886−1890)
  • Julius Ambrosius Hülze, təhsil(1830−1834)
  • Aleksandr fon Humboldt, təhsil (1790–1792)
  • Herbert Jobst təhsil 1950
  • Karl Alfons Jurasky, professor (1941−1945)
  • Theodor Körner (Schriftsteller), təhsili 1808
  • Karl Gustav Kreischer, professor 1871−1891)
  • Wilhelm August Lampadius, professor (1794–1842)
  • Adolf Ledebur, professor (1874−1906)
  • Ernst Johann Traugott Lehmann (1777−1847), professor (1834−1847)
  • Karl Edwin Leuthold, professor (1876−1883)
  • Mixail Lomonosov, təhsil (1739−1740)
  • Carl Emanuel Löscher, təhsil (1775−1777)
  • Kurt Merbach, təhsil 1856
  • Curt Adolph Netto, təhsil (1864−1869)
  • Fürchtegott Leberecht von Nordenflycht, təhsil (1778–1780)
  • Carl Eugenius Pabst von Ohain Kurator (1769−1784)
  • Erwin Papperitz, professor (1892−1927) və rektor (1901–1903 və 1905–1907)
  • Georg Friedrich Prinz von Preußen, təhsil (1996−2000)
  • Ferdinand Reich Təhsil (1816–1819), professor (1824–1866)
  • Hieronymus Theodor Richter, təhsili (1843–1847), professor (1856–1896)
  • Carl Schiffner, professor (1902–1930)
  • Reinhard Schmidt, professor 2001 — *Georg Unland, professor 1993-, rektor (2000–2008)
  • Friedrich Wilhelm Schwamkrug, təhsili 1826−1830
  • Georg Heinrich Wahle, professor 1883−1891
  • Adolf Watznauer, professor 1953−1972
  • Julius Ludwig Weisbach, təhsili 1822−1826, professor 1836−1871
  • Abraham Gottlob Werner, 1769–1771, professor 1775–1817
  • Paul Wilski, professor 1905–1916
  • Clemens Alexander Winkler, təhsili 1857–1859, professor 1873–1902
  • Behbud bəy Cavanşir, təhsil aldığı illər 1902–1907
  • Əliyev Rezo Rəhim oğlu, Azərbaycan əsilli alman mühəndisi.

Həmçinin bax

  • Frayberqin azərbaycanlı tələbələri
  1. https://tu-freiberg.de/universitaet/profil/kennzahlen-rankings.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.