Fransua Olland

Fransua Jerar Jorj Nikola Olland (fr. François Gérard Georges Nicolas Hollande; d. 12 avqust 1954[3], Ruan, Fransa) — fransız dövlət xadimi, Fransa Respublikasının seçilmiş 24-cü, Beşinci Respublikanın 7-ci prezidenti. Fransanın dövlət başçısı kimi Andorranın knyazı və Fəxri Legion ordeninin Ali Magistri. 6 may 2012-ci ildə seçilib, vəzifəsinin icrasına 15 may 2012-ci ildə başlayıb.

Fransua Olland
François Hollande
bayraq
Fransanın 24-cü prezidenti
bayraq2
15 may 2012 14 may 2017
ƏvvəlkiNikolya Sarkozi
SonrakıEmmanüel Makron
bayraq
Andorranın 66-cı knyazı
bayraq2
15 may 2012 14 may 2017
ƏvvəlkiNikolya Sarkozi
SonrakıEmmanüel Makron
Şəxsi məlumatlar
Doğum adı François Gérard Georges Nicolas Hollande
Doğum tarixi
Doğum yeri Ruan, Fransa Fransa
Partiya Fransa Sosialist Partiyası
Təhsili Ali Ticarət Elmləri Məktəbi, Milli İdarəçilik Məktəbi, Siyasi Tədqiqatlar İnstitutu
Fəaliyyəti dövlət xadimi
Həyat yoldaşları 1) Seqolen Ruayal (1973 — 2007)
2) Valeri Triyerveyler (2007-dən)
Uşaqları 1) Tomas (d. 1984)
2) Klemens (d. 1985)
3) Julyen (d. 1987)
4) Flora (d. 1992)
Dini katolisizm[1], Aqnostisizm
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[2]

İmzanın şəkli
francoishollande.fr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Fransua Olland 1954-cü il avqustun 12-də Fransanın Ruan şəhərində doğulub. HEC Paris Biznes Məktəbini, Paris Siyasi Təhqiqatlar İnstitutunu, Milli İdarəçilik Məktəbini bitirib. 1979-cu ildən Fransa Sosialist Partiyasının üzvüdür.

İlk iş yeri Fransa Auditorlar Palatasında olub, auditor vəzifəsində işləyib. 1981-95-ci illərdə Fransa prezidenti Fransua Mitteranın iqtisadi məsələlər üzrə məsləhətçilərindən olub.

1988-ci ildə ilk dəfə Fransa parlamentinin aşağı palatasına seçilib. 2001-2008-ci illərdə Tül şəhərinin meri olub.

1997-ci ildən yenidən Fransa parlamentinin üzvüdür.

Ailəsi

Fransua Olland heç vaxt rəsmən ailə qurmayıb. 28 il sosialist siyasətçi Seqolen Ruoyalla vətəndaş nikahında olub. Ondan 4 övladı var. Hazırda Fransua Olland özündən 10 yaş kiçik olan jurnalist Valeri Triyerveylerlə vətəndaş nikahındadır.[4]

Xarici keçidlər

İstinadlar

  1. La Croix (fr.). Paris: Bayard Presse, 2012. ISSN 0242-6056; 2263-4894
  2. Çex Milli Hakimiyyət Məlumat bazası.
  3.  (fr.) Autorité BnF Arxivləşdirilib 2019-06-09 at the Wayback Machine
  4. "Arxivlənmiş surət". 2012-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.