Fransisko Qoyya
Fransisko Xose de Qoyya (30 mart 1746[1][2][…] – 16 aprel 1828[3][2][…], Bordo[4][5]) — ispan rəssamı.
Fransisko Qoyya | |
---|---|
isp. Francisco José de Goya y Lucientes | |
Doğum tarixi | 30 mart 1746[1][2][…] |
Vəfat tarixi | 16 aprel 1828[3][2][…] (82 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | ispan |
Fəaliyyəti | rəssam, rəssam-qravüraçı[d], litoqraf, işləmə ustası, boyakar[d] |
Təhsili | rəssam Lusian-i-Martinesin emalatxanası |
Janrlar | portret rəssamlığı[d][6], mifologiya rəssamlığı[d][6], tarix rəssamlığı[5], dini rəssamlıq[d][5], portret[5], janr rəssamlığı[5], natürmort[5] |
Stillər | romantizm[6][7], rokoko[7] |
Tanınmış işləri |
Madriddə 2 may 1808 Madriddə 3 may 1808 Çılpaq Maxa |
Vikianbarda əlaqəli mediafayllar |
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Həyatı
1746-cı il mart ayının 30-da İspaniyada dünyaya göz açıb. İspan rəssamları içərisində romantiklərindən hesab edilən Qoyyanın yaratdığı əsərlərdə Pikassonun üslubunu görmək mümkündü. Rənglərdən ustalıqla istifadə və özündən əvvəlki sələflərinin üslubunu peşəkarcasına mənimsəmək bacarığı onun yaradıcılığının başlıca xüsusiyyətidir. Uşaqlığını İspaniyada keçirən rəssam ailəsi ilə birgə 1749-cu ildə Saraqosa şəhərində aldığı evə köçür. Ehtimallara görə, onun bu qədər savadlı olmasının əsas səbəbi, yaşadığı yerdə keçilən rəsm dərslərində onun fəal iştirak etməsidir.
Yaradıcılığı
Rəssam 14 yaşında Xose Luzan ilə birlikdə təhsil alır. Onun çəkdiyi rəsm əsərləri Anton Rafael tərəfindən bəyənilir. Bu isə öz növbəsində onlar arasında dostluq münasibəti yaradır.
Məşhur rəssamın o zamankı eskizləri elə də tanınmırdı. Öz sənətini davam etdirmək üçün Romaya gedən Qoyya, Parma şəhərində təşkil edilən rəsm sərgisində ikinci yerə layiq görülür. Elə həmin ildə Saraqosaya geri dönür. İlk işlərini isə rəssam kağız üzərində deyil, evlərin divarlarına çəkib. Qoyya 1773-cü il iyunun 25-də öz qohumlarından olan bir xanımla evləndikdən sonra, işə düzəlir. Bundan sonra rəssamın uğurları daha da artır. Səbəb isə çəkdiyi rəsmlərin maraq doğurması idi. Onun çəkdiyi rəsmlər arasında ən məşhuru "San Fransisko kilsəsinin atları" adlı kətan üzərində çəkilən əsər hesab edilir. İnsanlar içərisində artıq məşhurlaşan Qoyya 1783-cü ildə kral III Karlosun portretini çəkmək üçün təklif alır. Bu təklif onun həm gələcək həyatına, həm də iş karyerasına öz müsbət təsirini göstərir.
Məhz bundan sonra Qoyya zəngin ispan ailələrindən bəzi sifarişlər almağa başlayır. Yaratdığı sonsuz gözəlliklərə baxmayaraq, rəssam adı belə məlum olmayan xəstəlik ucbatından bir müddət yaradıcılığına ara verir.
Qoyyanı öz müasirlərindən fərqləndirən mühüm cəhətlər — sənətinin parlaq fərdiliyi, çılpaq həqiqətə can atması, kortəbii başlanğıcın axtarışı və insan qəlbinin qaranlıq dərinliyinə baxmaq istəyindəki qorxmazlığıdır. Yeni dövr incəsənətinin təşəkkülü realist rəssam Qoyyanın adı ilə bağlıdır. Onun yaradıcılığı XIX–XX əsrlərin dünya mədəniyyətinin nəinki rəngkarlıq və qrafika sahələrinə, həmçinin ədəbiyyat, dramaturgiya, teatr və kinoya da böyük təsir göstərmişdir.[8]
Fransisko Qoyyanın məşhur "Kral IV Karlın ailəsi" tablosu rəngkarlıq üzrə sənətşünas və tənqidçiləri heyran etmişdi. Hələ heç vaxt, heç kim saray adamlarını bu cür təsvir etməyə cəsarət etməmişdi. Qoyya hökmdarın və arvadının mənəvi eybəcərliyini, daxili puçluğunu və lovlağını kəskin surətdə ifşa etməkdən çəkinməmişdir. Kiçik qızı — Mariya İzabelin zərif obrazı isə mələyi xatırladır.
1792-ci ilin sonu, 1793-cü ilin əvvəllərində kar olan rəssamın həyat yoldaşı vəfat etir. Xanımının itkisi rəssamı sarsıldır. Həm xəstəliyi, həm çətinliklə yaşadığı həyatı, həm də həyat yoldaşının ölümü artıq Qoyyanın yaradıcılığının sonu demək idi. 1824-cü ildə İspaniyanı tərk edən rəssam 1826-cı ildə yenidən öz ölkəsinə qayıdır. Ömrünün son illərini yaşayan rəssam daha yaradıcılıqla məşğul olmur. "Onsuz da mən bu dünyanı tərk edəcəyəm" deyən rəssam 82 yaşında 1828-ci ildə vəfat edir.
Onu da qeyd edək ki, bu gün əsərləri dünya xalqları tərəfindən sevilərək maraqla qarşılanan rəssamın sümükləri 1919-cu ildə qazılaraq ölkədə kiçik bir kilsəyə verilir. Səbəb isə rəssamın yaradıcılığının əsas mövzusunun çarmıxa çəkilən insan görüntülərinin üstünlük təşkil etməsidi.
Məşhur əsərləri
- Çətir (1777)
- Od (1793)
- İblisin çırağı (1798)
- Su paylayan qız (1810)
- Aktrisa Antoniya Zarate (1811)
- Öz uşaqlarını yeyən Saturn (1823)
- Saturn oğlunu yeyir (rəsm əsəri)
İstinadlar
- Bernard M. O. y. Galería biográfica de artistas españoles del siglo XI (isp.). Madrid: 1868. Vol. 1. P. 311.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Bernard M. O. y. Galería biográfica de artistas españoles del siglo XI (isp.). Madrid: 1868. Vol. 1. P. 314.
- Harris-Frankfort E. Francisco Goya // Encyclopædia Britannica (ing.).
- RKDartists (nid.).
- https://www.theartstory.org/artist/goya-francisco/.
- https://www.nationalgallery.org.uk/artists/francisco-de-goya.
- "Arxivlənmiş surət". 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.