Fransa itburnusu
Fransa itburnusu (lat. Rosa gallica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Fransa itburnusu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Roseae Cins: Növ: Fransa itburnusu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
Cənubi və Mərkəzi Avropada, Türkiyə və Qafqazada rast gəlinir.
Botaniki təsviri
Hündürlüyü 1 m-dək olan çoxillik, budaqlı koldur. Bitkinin mil kökü torpaqda bir neçə metr dərinliyə qədər uzanır. Cavan zoğları yaşıl və ya açıq yaşıl rənglidir. Qocaldıqda qonurlaşır və boz rəngli olur. Gövdələri müxtəlif ölçülü və formalı iynələrlə örtülmüşdür. Yarpaqları növbəli, uzun saplaqlı, mürəkkəb, cüt olmayan lələkvaridir. İyun-iyulda çiçəkləyir. Çiçəkləri iri, tək, sadə, yarımcoxləçəkli və ya çoxləçəkli olur. Erkəkcikləri və dişicikləri çoxsaylıdır. Meyvəsi şarşəkilli və ya yumurtavaridir.
Ekologiyası
Münbit, rütubətli torpaqlarda yaxşı bitir. İstiyə davamlıdır.
Azərbaycanda yayılması
Böyük Qafqaz və Talışda (Lerik) təbii halda rast gəlinir.
İstifadəsi
Təbabətdə ləçəklərindən alınan yağdan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edilir.
İstinadlar
- Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 492.