Marselyeza

Marselyeza (fr. La Marseillaise) — Böyük Fransa inqilabının himni. Hazırda Fransanın dövlət himnidir. Himnin əvvəlki adı "Reyn ordusunun hərbi marşı" olmuşdur.

La Marseillaise
[la maʁsɛˈjɛz]
Marselyeza
Marselyezanın notları və sözləri (1792)
Marselyezanın notları və sözləri (1792)

Fransa Fransa rəsmi himni
Bəstəkar Klod Jozef Ruje de Lil, 25 aprel 1792
Sözlərin müəllifi Klod Jozef Ruje de Lil, 25 aprel 1792
Təsdiqi 1795, 1879, 1944-cü illərdə
Ləğvi 1804, 1940-cı illərdə
Audio nümunəsi
İnstrumental versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Sözləri və musiqisi 25 aprel 1792-ci ildə hərbi mühəndis Klod Jozef Ruje de Lil tərəfindən yazılmışdır. Məhz bu marşın sədaları altında Marsel könüllü batalyonu Parisə daxil olmuşdur.

Ruje de Lil ilk dəfə Marselyezanı ifa edərkən (İsidor Pilsin çəkdiyi rəsm)

Marselyeza 24 noyabr 1793-cü ildə Fransanın himni kimi qəbul edilir. 1848-ci ildə inqilab dalğası bütün Avropanı bürüyərkən azadlıq simvoluna çevrilən Marselyezanın sədaları İtaliyadan, Macarıstandan, Polşadan və başqa ölkələrdən gəlməyə başlayır. Daha sonra 1871-ci ildə Paris Kommunasının döyüş meydanlarında səslənən Marselyeza 1944-cü ildə yenidən Fransanın dövlət himni kimi təsdiqlənir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.