Fransa dofeni
Dofen (fr. Dauphin Fransızca tələffüz: [dofɛ̃]) — 1350–1791 və 1824–1830-cu illərdə Fransa Krallığının varisinə verilmiş tituldur. Bu titul Valua sülaləsindən və Burbon sülaləsindən olan Fransa krallığının varisinə verilmişdir. Ləqəb adətən varis olan böyük oğula verilirdi. "Dofen" titulu daşıyan xanıma və ya Dofenin həyat yoldaşı olan xanıma dofin (fr. Dauphine Fransızca tələffüz: [dofin]) deyilirdi.
Dofen termininin mənşəyi, Fransızca dauphin olub, Yunanca delphin (delfin) sözündən yaranmışdır. Titul Fransanın cənub-şərqindəki Dofine (Dauphiné) bölgəsindən meydana gəlmişdir. İlk dəfə 1349-cu ildə bölgənin şahzadəsi V Şarla verilmişdir. Şarl hökmdar olduqdan sonra həmin regionu və titulu ən böyük oğluna ötürmüşdür. Beləliklə, bu titul "taxta ən yaxın prens və ya prenses" mənasında, yəni "vəliəhd" mənasında işlənmişdir.
Gerblər
- Viennois Dofeni gerbi
- Kraliçasının həyat yoldaşı olaraq Şotlandiya kralı olan Fransa Döfeni Françisin (II Françis) gerbi
- Fransa Dofeni üçün Tac şəkilli gerb
Ədəbiyyatda Dofen
Mark Tvenin "Heklberri Finnin macəraları" əsərində Huck sonradan fırıldaqçı olduğu ortaya çıxan iki qəribə personajla qarşılaşır. Onlardan biri sərvətini itirən ingilis hersoqu, digəri isə itkin dofen (XVII Lüdoviq) olduğunu iddia edir.