Fransa Müqavimət Hərəkatı
Fransa müqavimət hərəkatı (fr. Résistance) — İkinci dünya müharibəsi dövründə Avropanın digər ölkələrində olduğu kimi Fransada da müqavimət hərəkatı geniş xarakter almışdır. Hərəkatın başlıca istiqaməti alman faşist işğalçılarının Fransa ərazisində mövcud olan Vişi hakimiyyəti idi. 1940-cı ilin iyunun 20-də Vişi hökumətini devirmək məqsədilə Moris Torisin və Jak Dyuklonun imzaları ilə Kommunist Partiyasının manifesti elan olundu. Manifestdə göstərilirdi ki, "Vişi hökuməti Fransa xalqı üçün böyük təhlükədir və Fransa xalqı özünün azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmalı və qul kimi yaşamamalıdır". 10 iyul 1940-cı il manifesti bütün ölkədə böyük əks-səda doğurdu və Fransada müqavimət hərəkatının əsasını qoydu. İlk günlərdə Fransa Kommunist Partiyası xalqın vahid mübarizəsini təşkil etmək məqsədilə bir sıra ciddi addımlar atdı. Belə ki, Fransada nəşr olunan "Humaniti" qəzeti 14 milyon nüsxə buraxıldı ki, bu da partizan hərəkatının formalaşmasına ciddi təsir göstərdi. 1940-cı ilin sonlarında müqavimət hərəkatının güclənməsinə təkan verən amillərdən biri noyabr ayının 11-də on minlərlə tələbənin iştirakı ilə izdihamlı nümayişin keçirilməsi oldu. Məhz həmin gün 1918-ci ildə Kompeyn meşəsində Almaniyanın təslim olması ilə başa çatan çox mühüm hadisə baş vermişdir. Nümayiş iştirakçıları Marselyeza himnini ifa edərək faşist işğalçılarına qarşı dərin hiddətlərini bildirirdilər. Lakin hitlerçilər nümayiş iştirakçılarına atəş açaraq onları qanlarına qəltan etdilər. Toqquşma zamanı 12 nəfər həbs olundu, 50 nəfər yaralandı, 800 nəfər isə həbs edildi. Nümayişçilərdən 10 nəfəri ölüm hökmünə məhkum olundu.
Fransa Müqavimət Hərəkatı | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Yaranması
Fransa vətənpərvərləri artıq 1940-cı ilin sonlarına doğru çox böyük təşkilatlarda, xüsusi ilə döyüş təşkilatlarında birləşməyə başladılar. Həmin dövrdə Fransa Kommunist Partiyasının üzvlərinin onda bir hissəsi həmin təşkilatın üzvü idi. Ancaq faşist rejimi həbsləri davam etdirir və beləliklə də müqavimət hərəkatının genişlənməsinə mane olmağa cəhd edilirdi. Qeyd etmək lazımdır ki, 1941-ci ilin yazından etibarən Fransa Kommunist Partiyası müqavimət hərəkatına yeni-yeni qüvvələri gətirərək onu gücləndirməyə çalışırdı. Xüsusilə 1941-ci ilin mayın 15-də partiyanın Mərkəzi Komitəsinin müraciəti elan olunduqdan sonra Fransanın azadlığı və müstəqilliyi uğrunda Milli cəbhənin yaradılması məsələsi mühüm hadisə oldu. Fransa Kommunist Partiyası hesab edirdi ki, müqavimət hərəkatına yalnız Fransa Kommunist Partiyası rəhbərlik edə bilər və bütün cəbhələrdə aparıcı və rəhbəredici rol məhz ona məxsus olmalıdır. Həmin dövrdə paytaxt Parisdə, Marseldə, Leonda və başqa Fransa şəhərlərində bir sıra gizli qruplar, təşkilatlar formalaşırdı ki, bu təşkilatlar öz ətrafında ziyalıları və zabitləri, habelə burjua ünsürlərini birləşdirirdi. Müqavimət hərəkatı təşkilatçıları sırasında Sosialistlər, Katoliklər, millətçilər digərlərini birşəldirirdi. Bu dövrdə həmçinin "Komba" (Mübarizə), "Fran-Tizer" (Azad atıcılar), "Liberrasson" (Azadlıq) adlı təşkilatlar da yaradılmışdır. Fransanın azadlığı uğrunda mübarizə aparan təşkilatlar sırasında Azad Fransa Təşkilatı xüsusi ilə fərqlənirdi. Bu təşkilat 1942-ci ilin iyulundan etibarən "Döyüşən Fransa" adı ilə fəaliyyət göstərmişdir. Onun rəhbəri general Şarl de Qoll olmuşdur. Şarl de Qoll peşəkar hərbçi, birinci dünya müharibəsinin iştirakçısı, siyasi baxışlarına görə katolikliyə yaxın olan və alovlu vətənpərvər idi. Şarl de Qoll siyasi fəaliyyətə başladığı andan etibarən fransa xalqının azadlığına çalışıb. 1940-cı ilin yayında O, hələ Fransada tank diviziyasının komandiri idi. Tezliklə, baş nazir Reyno onu hərbi nazirin müavini vəzifəsinə təyin edir. Lakin 10 gün sonra Reyno tutduğu vəzifədən istefa verir və Şarl de Qoll sona qədər mübarizə aparır. İngiltərənin baş naziri Vinston Leonard Spenser Çörçill tanış olduqdan sonra Londona köçərək burada mübarizəni davam etdirir. 1940-cı ilin iyun ayının 18-də radio ilə çıxış edir.
O, faşist Almaniyasına qarşı Fransız xalqının dönməz mübarizəsini ifadə edir. Beləliklə, Şarl de Qoll inanırdı ki, Fransa xalqı ABŞ və İngiltərə ilə birlikdə faşizm üzərində qələbə çalacaqdır. 1940-cı il avqustun 7-də Şarl de Qoll Vinston Leonard Spenser Çörçildən İngiltərə ərazisində fransız vətənpərvərlərindən ibarət silahlı dəstələrin yaradılmasına razılıq alır. Eyni zamanda Şarl de Qoll öz təşkilatını da bir qədər möhkəmləndirməyə müvəffəq olur. Həmin dövrdə Azad Fransa Təşkilatının 7 minə qədər silahlı qüvvəsi var idi. Çox keçmədən Azad Fransa Təşkilatı və Fransanın kaloniyaları, o cümlədən Çad, Kamerun, Konqo və başqaları Şarl de Qollun ətrafında sıx birləşərək onu müdafiə edirlər. Azad Fransa Təşkilatı ingilis ordusu ilə 1941-ci ilin yayında bir sıra hərbi əməliyyatlarda, xüsusi ilə Suriya ərazisində aparılan hərbi əməliyyatlarda birgə iştirak edir. Azad Fransa Təşkilatı həmçinin ABŞ tərəfindən hərbi əməliyyatlarda da iştirak edir. Məhz buna görə idi ki, ABŞ hökuməti 1941-ci ilin noyabrına kimi Vişi hökumətini tanımadı. 1941-ci il iyunun 22-də faşist Almaniyasının SSRİ-yə hücumu ilə Böyük Vətən müharibəsi başlandı. Bununla da beynəlxalq vəziyyət tamamilə dəyişdi və ikinci dünya müharibəsi dövründə antifaşist hərəkatı özünün ən yüksək həddinə çatdı. 1941-ci il dekabr ayında Yaponiyanın ABŞ hərbi hava qüvvələrinin bazalarına zərbə endirməsi SSRİ-ABŞ-İngiltərə birliyininin yaranmasına və formalaşmasına böyük təsir göstərdi. Bu hadisə həmçinin işğal olunmuş ölkələrdə, xüsusilə Fransada müqavimət hərəkatının gedişinə ciddi təsir göstərdi.
1941-ci ilin yayından etibarən Azad Fransa Təşkilatının Moskva ilə əlaqəsi yaranır. Sovet İttifaqı Fransa xalqının azadlığı uğrunda mübarizə aparan Azad Fransa Təşkilatının fəaliyyətini alqışlayır və Fransanın tamamilə azad edilməsi uğrunda mübarizədə təşkilata əzmkarlıq arzulayırdı. Eyni zamanda, Şarl de Qoll SSRİ-yə cavabında bildirirdi ki, "Fransa xalqı da Sovet İttifaqı ilə sona kimi həmrəy olacaqdır". Bu əməkdaşlığın simvolu kimi Normandiya- Neman eskadrası yaradıldı və həmin eskadrası böyük uğurlar qazandı. Habelə Sovet İttifaqının ordeni ilə təltif edildi. Fransa müqavimət hərəkatının iştirakçıları Böyük Vətən müharibəsinin başlanmasından dərhal sonra müxtəlif cəbhələrdə fəal mübarizə aparmağa başladılar. Fransanın paytaxtı Parisdə və ölkənin şimal rayonlarında hərəkat daha geniş xarakter aldı. Müxtəlif dairələrin nümayəndələri hərəkata cəlb olunur və beləliklə də müqavimət hərəkatı daha da dərinləşir. Eyni zamanda ayrı-ayrı departamentlərə rəhbərlər təyin edilir. 1941-ci il avqust ayının 23-də polkovnik Faben ilk alman zabitini öldürdü. Nor və Padekale departamentlərində partizan dəstələrinə Şarl de Qoll başçılıq edirdi. 1941-ci ilin iyulundan başlayaraq Milli Cəbhə öz ətrafında fəhlələri, ziyalıları, sənətkarları birləşdirirdi. Elə həmin dövrdən etibarən Milli Cəbhənin Təşkilat Komitəsi yaradılır ki, bu, bütün qüvvələri birləşdirmək məqsədi daşıyırdı. Bu dövrdə Həmkarlar təşkilatları, habelə Gənclər və Fransa Vətənpərvər Qadınları daha sıx birləşərək böyüklərin rəhbərliyi altında mübarizəni davam etdirirdilər. Milli Cəbhənin qarşısında 3 başlıca vəzifə vardır:1) Hitlerçilər məhv edilməli və Fransa ərazisindən qovulmalı; 2)Düşmən və onun müttəfiqlərinin təqib edilməsi; 3) Xalq hakimiyyətinin bərpa edilməsi və demokratik seçkilərlə hakimiyyətin yaradılması. Bu demokratik platformada Fransa xalqının bütün siyasi qüvvələri birləşmişdi və müqavimət hərəkatının güclənməsinə ciddi təsir göstərdi. Hitlerçilər tezliklə müqavimət hərəkatının iştirakçılarına qarşı terroru gücləndirir və beləliklə də Vişi hökumətinə hərbi yardımlar edərək hərəkat iştirakçılarına divan tutmağa başladılar. 1941-ci il iyulun 18-də Piyuşi Vişi hökumətinin daxili işlər naziri təyin edildi. O, tezliklə xüsusi tribunal yaradaraq 13 min vətənpərvəri həbs etdirir. Bu tədbirlərdə bir sıra təşkilatlar, o cümlədən Milli Xalq Birliyi və Fransa Milli Partiyası fəal iştirak edirdi. 1941-ci il sentaybrın 30-da verilmiş əmrə görə fransızlar məhkəməsiz həbs edilə və təqiblərə məruz qala bilərdi. Ümumiyyətlə, həmin dövrdə 75 minə qədər Fransa Kommunist Partiyasının üzvü həbs edildi. Bu, bütövlükdə partiya üzvlərinin 25 % -i idi. Lakin, bütün bunlara baxmayaraq müqavimət hərəkatı uğurla davam edirdi. 1941-ci ilin sentyabrında Sovet hökuməti Londonda fəaliyyət göstərən Fransa Milli Komitəsini tanıyır və onunla əməkdaşlığa başlayır. 1942-ci il noyabrın 8-də ingilis-amerikan ordusunun generalı Eyzenhauerin başçılığı altında Mərakeş və Əlcazairə daxil oldu. Gözlənilmədən Şimali və Qərbi Afrikada Vişi kalonoyal adminstrasiyası müttəfiqlərin tərəfinə keçir, onun başçısı admiral Darlan hələ müttəfiqlərin hücumu ərəfəsində Əlcazairə gəlir və ABŞ-la gizli əlaqə yaradır. Çox keçmədən Darlan qətlə yetirilir və onun ölmündə bir sıra fərziyyələr irəli sürülür. Belə ki, onun Qollistlər tərəfindən öldürülməsi ehtimal olunurdu. Fransa ordusu general Jironun komandanlığını qəbul edir və beləliklə də onun hərbi faəliyyəti ABŞ tərəfindən müdafiə edilir. Belə mürəkkəb şəraitdə alman hərbi komandanlığı Cənubi Fransanı mühasirəyə alır və bura 3 linkorn, 8 kreysler, 16 minamiyot və 60-a yaxın köməkçi hissələr yerləşdirilir.
Alman və İtalyan hərbi birləşmələri Tunisə göndərilir və burada da ingilis-amerikan qoşunlarına qarşı hərbi əməliyyatlar genişləndirilir. Şimali Afrikada aparılan hərbi əməliyyatlar onu göstərdi ki, müqavimət hərəkatı iştirakçıları çox böyük uğurlar qazanmış və beləliklə də Vişi hökumətinin çökməsində mühüm rol oynamışdılar. Eyni zamanda, Vişi hökumətinin nazirlərinin bir hissəsi istefa verir, digər bir hissəsi isə Əlcəzairə qaçdı. Ümumiyyətlə, Vişi hökuməti formal olaraq Fransa müqavimət hərəkatına qarşı cəbhənin mərkəzi kimi fəaliyyət göstərirdi. Bu dövrdə alman hərbi sənayesini möhkəmlətmək məqsədilə xüsusi qanun qəbul edildi. Bu qanuna görə 19–20 minə yaxın qoşun Almaniyaya göndərilməli və həmin şəxslər alman hərbi sənayesinin inkişafında iştifadə olunmalı idilər. Ələ keçirilmiş müqavimət hərəkatının üzvləri Almaniyaya göndərilmiş şəxslərin içərisində idi. 1942-ci ilin sonlarında müqavimət hərəkatının gedişində çox mühüm dəyişikliklərdən biri də ondan ibarət idi ki, Fransa Kommunist Partiyasının Mərkəzi Komitəsinin rəhbərliyi ilə Şarl de Qollun rəhbərlik etdiyi Komitə birləşdi və bununla da həmin dövrdən etibarən Fransanın tamamilə azad edilməsi məqsədilə Milli üsyana hazırlıq haqqında birgə faəliyyətə dair saziş imzalandı. Beləliklə, 1941–1942-ci illərdə Qərbi Avropanın ən böyük dövlətlərindən biri olan Fransada müqavimət hərəkatı formalaşma mərhələsinə qədəm qoydu. Bu mərhələdə alman faşizminə qarşı və eləcə də onun Fransada dayağı sayılan Vişi hökumətinə qarşı müqavimət hərəkatına rəhbərlik edən Fransa Kommunist Partiyası və Azad Fransa Təşkilatı ətrafında milli fransız vətənpərvəri sıx birləşə bildi. Doğrudur, ilk dövrlərdə rəhbərlik edən bu qüvvələr müqavimət hərəkatına birbaşa başçılıq etməklə, xüsusi mübarizə aparmağa cəhd göstərsələr də, tezliklə hərəkatın gedişində əsaslı dəyişikliklər baş verdi. Beləliklə, Fransa Kommunist Partiyası və Azad Fransa Təşkilatının birliyi təmin olundu. Bütün bunlar ona gətirib çıxardı ki, müqavimət hərəkatının gedişində 1942-ci ilin sonu −1943-cü ilin əvvəllərində yeni mərhələ başlandı.
Fransada müqavimət hərəkatının geniş vüsət alması
1943-cü ilin əvvəllərindən etibarən faşist Almaniyasına qarşı Fransada müqavimət hərəkatı yeni mərhələyə qədəm qoyur. Bu, onunla bilavasitə bağlı idi ki, artıq müharibənin gedişində əsaslı dönüş yaranmış və bütün cəbhələrdə faşist işğalçılarına qarşı əks hərbi əməliyyatlar gücləndirilmişdir. Belə şəraitdə Fransa Kommunist Partiyası və "Döyüşən Fransa" daha uğurlu hərbi əməliyyatlar aparmaq üçün bir neçə dəfə tarixi görüşlər keçirir və beləliklə işğalçılara qarşı mübarizə əzmi möhkəmlənirdi. 1943-cü ilin yanvarında Fransa Kommunist Partiyası Mərkəzi Komitəsinin səlahiyyətli nümayəndəsi F. Qreniye Londonda yerləşən Fransa Milli Komitəsinin rəsmi rəhbəri Şarl de Qolla görüşə gəlir. Bu, artıq Fransada mövcud olan ayrı-ayrı dairələrin, geniş xalq kütlələrinin faşist Almaniyasına qarşı birliyinin ifadəsi idi. 1943-cü ilin aprelində Kommunistlər Ümumi Əmək Konfederasiyasını ləğv edərək ölkədə vahid Əmək Konfederasiyasının yaradılmasına razılıq verir. Bununla bütün ictimai-siyasi təşkilatlar vahid cəbhədə birləşdi. 1943-cü ilin may ayında Milli Müqavimət Şurası yaranır ki, onun tərkibinə Şarl de Qoll tərəfdarları – Qollistlərlə yanaşı Kommunistlər də daxil olur. Bu hadisə Fransada antihitlerçi qüvvələrin güclənməsi istiqamətində mühüm addım oldu. 1943-cü ilin yayından etibarən Şarl de Qollun rəhbərliyi altında Milli Müqavimət Şurası daha da möhkəmlənir. Həmin ilin iyulun 3-də Fransa Milli Azadlıq Komitəsi təşkil edilir ki, onun rəhbəri Şarl de Qoll və Jiro idi. Bu Komitə Fransa Müvəqqəti Hökuməti oldu. Tezliklə, Fransa Müvəqqəti Hökuməti ABŞ, İngiltərə və Sovet İtttifaqı tərəfindən rəsmən tanındı. Belə ki, 1943-cü il iyun ayının 26-da Sovet İtttifaqınin rəhbəri İosif Stalin Uniston Çörçilə teleqram göndərərək bildirir ki, "ümid varam ki, Britaniya rəhbərliyi Şarl de Qollun başçılığı altında antihitlerçi qüvvələri müdafiə edəcək və "Döyüşən Fransa" ətrafında birləşməyə kömək göstərəcəkdir".
Avqustun 26-da isə Sovet İtttifaqı rəhbərliyi Fransa Milli Azadlıq Komitəsini rəsmi şəkildə tanıdığını bildirdi. Elə həmin gün ABŞ və İngiltərə rəhbərliyi də Komitəni tanıdıqlarını bildirdilər.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Fransa Milli Azadlıq Komitəsi Əlcazairdə formalaşmışdır. Ümumiyyətlə, Sovet İtttifaqı rəhbərliyinin Fransa Milli Azadlıq Komitəsini tanıması Sovet-Fransa, habelə müttəfiqlərlə Sovet İtttifaqı arasında münasibətlərə böyük təsir göstərdi. Bunun bariz nümunəsi idi ki, SSRİ Ali Soveti Rəyasət Heyəti 1943-cü il oktyabrın 5-də A. Y. Boqolomovu Sovet hökumətinin Fransa Milli Azadlıq Komitəsi ilə əməkdaşlıq məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin etdi. Bütün bunlar nəticə etibarilə Sovet –Fransa münasibətlərinin yüksək səviyyədə inkişafına təsir göstərdi. Hələ 1943-cü ilin aprelin 15-də Fransada nəşr olunan "Humaniti" qəzeti Fransanın tamamilə azad edilməsi ilə Milli üsyana hazırlıq üçün ali direktiv nəşr etdirir. Həmin direktivdə göstərilirdi ki, Fransada mövcud olan bütün silahlı qüvvələr, xüsusi ilə Frantriyerlər və partizan dəstələri birləşməli və beləliklə də vahid cəbhədən çıxış etməlidirlər.1943-cü ilin 6 ayı ərzində Fransa vətənpərvərləri 1200-ə qədər obyekti məhv edə bilmişdilər. Bəyannamədə göstərilirdi ki, nəinki obyektlər, eyni zamanda dəmir yol nəqliyyatı da məhv edilməli və bu məqsədlə də partizan dəstələri də öz fəaliyyətlərini gücləndirməlidirlər.1943-cü ilin oktyabrına qədər artıq Korsika vətənpərvərləri üsyan qaldırmalı və faşist alman işğaçılarından azad edilməli idi. Digər tərəfdən isə həmin dövrdə Fransanın müxtəlif müəssisələri tətil hərəkatına keçmişdir ki, bu da alman sənayesini kəskin şəkildə böhran qarşısında qoymuşdur. Bu baxımdan Nor və Padekale departamentlərinin 50 min şaxtiyoru tətil etdi. Tezliklə, həmin rayonlara həmrəylik əlaməti olaraq Paris rayonunun bütün müəssisələri tətil hərəkatına qoşuldular. Beləliklə, artıq 1943-cü ilin sonlarına doğru hərəkat daha da dərinləşməklə, bütün ictimai-siyasi qüvvələri əhatə etməyə başladı.
1944-cü ilin əvvəllərində Fransa müqavimət hərəkatının gedişində çox mühüm hadisələrdən biri də bütün silahlı qüvvələrin vahid ad altında – "Fransa Daxili Qüvvələri" adı ilə birləşməsi idi. İlk aylarda Fransa Daxili Qüvvələrinin sayı 500 minə çatırdı. Hərbi qüvvələrin qərargah rəisi general Süenvil təyin edildi.
Bəhs olunan dövrdə çox mühüm hadisələrdən biri də 1944-cü ilin martın 15-də Milli Müqavimət Şurasının proqramının qəbul edilməsi idi. Proqramın başlıca məzmunu ondan ibarət idi ki, bütün silahlı qüvvələr gecikmədən faşist işğalçılarına və Vişi rejiminə qarşı birləşməli, Fransanın xalq kütlələri ilə hərbi qüvvələrin koordinasiyası yaradılmalı, düşmənin silah anbarları məhv edilməli idi. Bundan başqa həmçinin göstərilirdi ki, Fransanın müstəqilliyinin qorunub saxlanması üçün Müvvəqqəti Hökumət yaradılır, milli sənaye sahələri, habelə iri banklar bərpa olunur, kooperativlərin inkişafına təminat verilir, müstəmləkə xalqlarının hüquqları genişləndirilir. Bütün bunlar nəticə etibarilə demokratik qüvvələrin möhkəmlənməsinə əsaslı şəkildə təsir göstərir. Məhz həmin dövrdən etibarən Şarl de Qoll təkbaşına Fransa Milli Azadlıq Komitəsinin rəhbəri seçilir. Jiro Komitə üzvlüyündən uzaqlaşdırılır.1944-cü il aprelin 3-də Fransa Kommunist Partiyasının 2 nümayəndəsi Fransua Biyer və Fernan Qrenye Fransa Milli Azadlıq Komitəsinin üzvü olur. Fransa Kommunist Partiyası Fransa Milli Azadlıq Komitəsinin hərbi proqramını həyata keçirmək üçün 5 şərt irəli sürür:1)Bütün qüvvələr faşist Almaniyasına qarşı vahid cəbhədə birləşməklə, güclü antihitler ordusu yaradılmalı, vətənpərvərlər tamamilə silahlandırılmalı; 2) Fransa Milli Azadlıq Komitəsinin rəhbərliyi təmizlənməli və faşist rejimi ilə gizli əlaqəsi olanlar uzaqlaşdırılmalı; 3) Aparılan müharibəni Ümumxalq mübarizəsinə çevirmək, beləliklə, Milli Azadlıq müharibəsini müvəffəqiyyətlə keçirmək; 4) Fransa kaloniyaları ilə geniş əlaqələr yaradılmalı və həmin qüvvələrdən istifadə olunmalı idi; 5) Millətlər Birliyində Fransanın rolu möhkəmləşdirilməli və Fransanın müttəfiqlərlə birgə vahid cəbhədə mübarizəsi təşkil edilməli idi.1944-cü ilin iyunun 3-dən etibarən Fransa Milli Azadlıq Komitəsi Fransa Respublikasının Müvəqqəti Hökuməti adı ilə fəaliyyətə başlayır.
Qeyd etmək lazımdır ki, 1945-ci ilin 5 ayı ərzində müqavimət hərəkatı iştirakçıları düşmənə çox böyük zərbə vura bildi. Belə ki, düşmənin 319 eşalonu sıradan çıxarılıb, 520 parovoz, 3120 vaqonu dağıdılmışdır. Bundan başqa minlərlə alman hərbi dəstələri və patrul xidməti hissələri məhv edilmişdir. Bütün bunlar ona gətirib çıxarmışdır ki, ən azından Fransanın vətənpərvər qüvvələri Fransa Milli Azadlıq Komitəsinə daxil olmaqda davam edirdi. Artıq bu dövrdən etibarən Milli Üsyana hazırlıq sürətləndirildi. Belə şəraitdə müttəfiq orduların 1944-cü il iyunun 6-da general Eyzenhauerin başçılığı altında şimal-qərbi Fransadan-Normandiya ərazisindən hərbi əməliyyatlara başlamaqla II Dünya müharibəsi gedişində İkinci Cəbhəni açırlar. Hərbi əməliyyatların ilk iki ayı ərzində Fransanın bir çox əraziləri faşist işğalçılarından azad edilir. ABŞ və İngiltərənin hakim dairələri çalışırdılar ki, yalnız Şarl de Qollun başçılığı altında Fransa Müvəqqəti Hökuməti müqavimət hərəkatının rəhbəri kimi möhkəmləndirilisin. Beləliklə, Fransanın azad edilməsini başa çatdırsınlar. Elə həmin gün Şarl de Qoll Londondan radio ilə yenidən çıxış edir və O, bütün Fransa xalqını müttəfiq ordusu ilə bir cəbhədə vuruşmağa çağırır. Bu dövrdə Fransa vətənpərvərlərinin sayı artır və ayrı-ayrı partizan dəstələrində döyüşçülərin sayı 25 mindən 250 minədək yüksəlir.1944-cü ildə Fransada 40-a qədər sovet partizan dəstələri vuruşurdu. Həmin partizan dəstələrində sovet döyüşçülərinin ümumi sayı 4 minə çatırdı. Artıq milli hərəkat Fransanın 40 departamentindən 90 departamentinə yayılmışdı.28 departament isə müttəfiqlərin ordusu daxil olmadan milli müqavimət hərəkatına cəlb olunmuşdu. Milli hərəkat müvəqqəti hakimiyyətin mövqeyini möhkəmləndirir və çox sayda fransız vətənpərvərlərinin yetişdirilməsi üçün işlər görür. Artıq alman faşizminin dayağı olan Vişi rəhbərliyi müqavimət göstərmək gücündə deyildi. Şarl de Qoll hərəkatın rəhbəri kimi və eyni zamanda, müvəqqəti hökumətin başçısı kimi Fransanın paytaxtı Parisdə başalanacaq üsyana böyük əhəmiyyət verirdi.1944-cü ilin avqustunun 10-da Paris şəhərətrafı dəmiryolçuları tətil etdilər. Artıq bu milli üsyana böyük çağırış idi. Avqustun 15-də Paris polisi tətilçilərə qoşuldu. Elə həmin gün Fransanın cənubunda çox böyük hərbi əməliyyatlar başlayır ki, bu, "Envil" əməliyyatı idi.1944-cü il avqustun 15-də 6-cı amerikan ordusunun hissələri cənubi Fransadan hərbi əməliyyatlara başlayır ki, bu ordu ilə yanaşı birinci Fransa ordusu da amerikan ordusuna qoşuldu. Bu orduya Şarl de Qollun silahdaşı general Qelyatr komandanlıq edirdi. Cənubdan başlanan hərbi əməliyyatlar müqavimət hərəkatını daha da gücləndirir və avqustun 19-da Fransanın paytaxtı Parisdə milli üsyan başlanır. Üsyana Kommunist Partiyası və Paris Komitəsi rəhbərlik edir. Tezliklə üsyan bütün tətil edən qüvvələri öz ətrafında birləşdirir və hərəkat uğurla başa çatır. Paris Komitəsinin rəhbərlərindən olan A. Tolle bütün antifaşist partiyaları vahid cəbhədə birləşdirir və beləliklə, Milli Müqavimət Şurasının hərəkatını uğurla başa çatdıra bilir. Avqustun 20-də Parisdə hərbi rəhbərlik qurulur və faşist komandanlığı müttəfiqlərlə və qollistlərlə danışıqlara başlayır. Lakin, bu danışıqlar onların tamamilə təslim olmasına gətirib çıxarmadı. Belə ki, avqustun 25-dək hərbi əməliyyatlar davam edir və Şarl de Qoll tələb edir ki, müttəfiq ordusu Paris istiqamətində hücumu davam etdirsin. Bütün bunlar avqustun 24-də Parisə əlavə qüvvələrin gətirilməsinə səbəb oldu. Artıq həmin gün Parisin çox böyük hissəsi faşistlərdən azad edildi. Nəhayət, avqustun 25-də Paris alman işğalçılarından azad edilir və həmin gün milli üsyan başa çatır. Çox keçmədən Şarl de Qollun başçılığı altında Müvəqqəti Hökumət Parisə köçür. Ümumiyyətlə, Parisin azad edilməsi əməliyyatında müttəfiqlərin tabeliyi altında 25 hərbi diviziya var idi. Fransanın azad edilməsindən sonra müvəqqəti hökumətin qarşısında çox böyük vəzifələr dururdu. Qeyd etmək lazımdır ki, müqavimət hərəkatı dövründə Fransa iqtisadiyyatına ağır zərbələr vurulub. Belə ki, 1938-ci illə müqayisədə sənaye məhsullarının istehsalı 33 faiz aşağı düşmüşdür. Yüzlərlə sənaye müsəssisəi dağıdılmış, dəmiryol nəqliyyatı isə sıradan çıxmışdır. Vişi rejimi Fransa xalqını faşist Almaniyasında asılı vəziyyətə salınır və bu da nəticə etibarilə Fransa iqtisadiyyatını böhran vəziyyətə gətirir. Artıq 1944-cü ilin avqustundan sonra Fransa xalqının faşist Almaniyası ilə mübarizə dövrü başlayır. Belə ki, Fransanın azadlığına nail olan Milli Müqavimət hərəkatı nəinki Fransanın bütün rayonlarının faşistlərdən azad edilməsi uğrunda mübarizəni davam etdirdi, habelə Avropa xalqlarının azadlığı uğrunda mübarizə apardı. 1944-cü ilin avqustun 28-də Şarl de Qoll xüsusi dekret verərək bütün hakimiyyətin Müvəqqəti hökumətin başçılığı altında birləşəcəyini bəyan etdi. Müvəqqəti hökumətin tərkibində bir sıra siyasi qüvvələr birləşmişdir ki, bu siyasi qüvvələr Şarl de Qolla bir qədər də yaxın qüvələr idi. 1944-cü il sentyabrın 10-da Parisdə yerləşən Müvəqqəti hökumət SSRİ, ABŞ və İngiltərə tərəfindən rəsmən tanındı və onun başçısı general Şarl de Qoll qəbul olundu. 1944-cü ilin sentyabrından etibarən Şarl de Qoll Müvəqqəti hökumətini möhkəmləndirmək və Avropa müqavimət hərəkatı ilə birləşdirmək məqsədilə bir sıra tədbirlər görür. Belə ki, Vətənpərvər Milis heyəti yaradılır. Onun tərkibinə fransa kəndliləri və fəhlələrin nümayəndələri daxil oldu. Lakin həmin dövrdə Müvəqqəti hökumətdə burjua dairələrinin üstünlük təşkil etməsi və habelə onların rəhbəredici rolu Fransa Kommunist Partiyasının və habelə Milli Müqavimət Şurasının etirazına səbəb oldu. Belə ki, onların fikrincə, Milli Müqavimət bütün ictimai-siyasi qüvvələri öz ətrafında birləşdirməli idi. 1944-cü ilin dekabrın 10-da müqavimət həərəkatının başçısı Şarl de Qoll Moskvaya gəlir. Burada Sovet ittifaqı ilə Fransa ordusu arasında qarşılıqlı yardım haqqında saziş imzalanır. Bu saziş azad edilmiş Fransanın müqavilə bağladığı ilk saziş idi. Sazişin tarixi əhəmiyyəti ondan ibarət idi ki, SSRİ ilə Fransa arasında münasibətlər yüksək səviyyədə təmin edilir və bundan sonra Sovet- Fransa münasibətləri bütün sahələrdə inkişaf etdirilməli idi. Eyni zamanda, Şarl de Qoll bağlanmış müqavilənin əhəmiyyətini belə ifadə edirdi: "Fransa və Rusiya üçün birlik yaradılmış, demək qüvvələrimiz birləşmişdir və bu, Böyük Fransanın yaradılması üçün tarixi bir aktdır". Fransa Müqavimət hərəkatının həlledici dövrü 1944-cü ilin sonu və II dünya müharibəsinin başlanmasına qədər olan mərhələdir. Belə ki, Fransa silahlı qüvvələri müttəfiqlərlə birlikdə 1944-cü ilin ikinci yarısı və 1945-ci ildə faşist Almaniyası və Yaponiyaya qarşı hərbi əməliyyyatlarda böyük uğrular qazana bildi. Müqavimət hərəkatını daha uğurla başa çatdırmaq məqsədilə Müvəqqəti hökumət bir sıra ciddi tədbirlər həyata keçirdi. 1944-cü ilin dekabrında Nor və Padekale rayonlarında mövcud olan kömür mövzəsi milliləşdirildi. 1945-ci ilin yanvarında Reno avtomobil zavodu, martında isə Qnon və Ron aviamotor zavodları, iyunda isə aviasiya zavodları milliləşdirildi ki, bu tədbirlərin böyük əhəmiyyəti oldu. Habelə 1945-ci ilin əvvəllərində Fransa Milli Bankı milliləşdirildi və 4 Depozit bank: Lion Kredit Bankı, Baş Cəmiyyət, habelə Ticarət və Sənaye Kredit Bankları da milliləşdirildi. Bundan başqa, Paris-Niderland, Hind-Çin-Paris İttifaq bankı və Rotşiet bazarı yaradılır ki, bütün bunlar Müqavimət hərəkatının iqtisadi qüdrətini daha da artırır. 1945-ci ilin əvvəllərində Ralnonlarda gedən hərbi əməliyyatlarda Fransa döyüşçüləri fəal iştirak edirdi. 1945-ci ilin mayında Böyük Vətən müharibəsinin başa çatması və habelə II dünya müharibəsinin qələbə ilə başa çatmasında Fransa döyüşçülərinin xidmətləri böyük oldu.
Önəmli rolu
Ümumiyyətlə, Avropa Müqavimət hərəkatı tarixində Fransa müqavimət hərəkatı çox böyük rol oynadı. Bu hərəkat həm Fransanın yeni tarixində, həm də ümumdünya tarixində böyük əhəmiyyət daşıyır. Belə ki, müqavimət hərəkatının nəticəsində ölkə faşizmdən azad edildi, faşizmin Fransada dayağı olan Vişi hökuməti ləğv edildi, demokratik qaydalar və Fransanın azadlığı təmin edildi. Müqavimət hərəkatı gedişində yaradılan Milli Cəbhə hərəkatın qələbə ilə sona çatmasında həlledici əhəmiyyət daşımışdır. Təbii ki, həmin dövrdə Fransa Kommunist Partiyası da geniş xalq kütlələrinin Almaniyaya qarşı mübarizəsində böyük xidmətlər göstərmişdi. Belə ki, 10 minlərlə kommunist Fransanın azadlığı uğrunda aparılan mübarizədə həlak oldu. Partiyanın bir qisim üzvü isə təbliğat-təşviqat işlərinin müvəffəqiyyətlə aparılmasında əzmkarlıq göstərdilər. Müqavimət hərəkatı həmçinin ölkənin bütün dairələrini, xüsusi ilə Sosialist Partiyasını, Həmkarlar İttifaqlarını , bütün sol qüvvələri, demokratik və antifaşist dairələri vahid cəbhədə birləşdirə bildi. Müqavimət hərəkatı göstərdi ki, Fransanın siyasi arenasında bütün siyasi qüvvələrin faşizmə qarşı mübarizədə birləşməsi mümkündür. Müqavimət hərəkatının həm də tarixi əhəmiyyəti olndan ibarət idi ki, Sovet-Fransa əməkdaşlığı möhkəmləndi. SSRİ ilə Fransa arasında münasibətlər elə həmin dövrdən etibarən yüksək səviyyədə inkişaf etməyə başladı. Bundan başqa, Fransa xalqı ilə Sovet xalqı arasında sıx münasibətlər yarandı. Şarl de Qoll bunu aşağıdakı kimi ifadə edirdi: "Sovet Rusiyası olmadan azadlıq hərəkatını müvəffəqliyyətlə başa çatdırmaq olmazdı".
Müqavimət hərəkatının tarixi əhəmiyyətlərindən biri də müharibədən sonrakı dövrdə Fransanını sosial-iqtisadi və siyasi inkişafının yeni istiqamətdə qurulması məsələsi idi. Belə ki, müqavimət hərəkatının ayrı-ayrı üzvləri arasında siyasi və sosial-iqtisadi quruluşa dair ideyada siyasi mübarizə başlayır. Bu, özünü ölkə konstitusiyasının hazırlanmasında da göstərdi. Müqavimət hərəkatının üzvləri hesab edirdilər ki, müharibədən sonra Fransada yalnız müqavimət hərəkatına yaxın olan siyasi partiyalar fəaliyyət göstərməlidir. Hökumətdə, Parlamentdə və dövlət aparatında rəhbəredici vəzifələrə həmin şəxslər təyin olunmalı idi. Müqavimət hərəkatının təcrübəsinin Fransa iqtisadiyyatının, Fransanın ənənələrinin mübarizəsində əvəzsiz töhfə kimi qəbul olunması da xarakterik hal idi. Nəhayət, Fransada müqavimət hərəkatı Fransanın Afrikada olan müstəmləkələrində Milli Azadlıq hərəkatını alovlandırdı. Belə ki, 1945-ci ilin avqust-sentyabr aylarında Vyetnamda başlanan hərəkat Laos və Kambocada da hərəkatı gücləndirdi. Kaloniyal rejim sarsıldı. Digər tərəfdən isə Fransanın mandatlığı altında olan ərazilərə müqavimət hərəkatının təsiri yayıldı. Xüsusi ilə Suriya və Livan kimi mandatlarda silahlı mübarizə gücləndi, mandatlıq sistemi dağıldı. Qərbi Avropa müqavimət hərəkatının Fransa mərhələsi Avropa xalqlarının azadlığına gətirib çıxardı. Müttəfiqlərlə müqavimət hərəkatının birliyini təmin etdi, habelə beynəlxalq sülh və təhlükəsizliyin təminatına yardım göstərdi. Fransa müqavimət hərəkatı habelə Fransa tarixində yeni mərhələnin başlanğıcını qoymaqla, ölkənin yeni istiqamətdə inkişafını təmin etdi.