Fransa Hərbi Hava Qüvvələri

Fransa Hərbi Hava Qüvvələri (fr. Armée de l'air) Fransa Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. İlk olaraq 1909-cu ildə Fransa Ordusunun tərkib hissəsi olaraq fəaliyyətə başlasa da, 1934-cü ildən etibarən birbaşa Silahlı Qüvvələrə tabe olan müstəqil qurum kimi fəaliyyətini davam etdirir. Fransa Müdafiə Nazirliyinin 2014-cü ildə verdiyi məlumata görə hərbi hava qüvvələrində olan müxtəlif növ uçuş aparatlarının (təyyarə və helikopter) ümumi sayı 658 ədəddir.[2][3] Fransa HHQ-də 241 ədəd döyüş təyyarəsi silahlanmaya daxildir ki, bunun da 133 ədədi Dassault Miraj 2000 və 108 ədədi isə Dassault Rafale qırıcılarıdır. 2017-ci ilə olan məlumata əsasən Fransa Hərbi Hava Qüvvələrində 41,160 nəfər xidmət edir. Ehtiyat qüvvələrin sayı isə 5,187 nəfərdən ibarətdir.[4]

Fransa Hərbi Hava Qüvvələri
Armée de l'Air
Loqonun şəkli
Növü Hərbi Hava Qüvvələri
Yaranma tarixi 2 iyul 1934 (müstəqil qurum olaraq) - günümüzə
Ölkə Fransa Fransa
Tabedir Fransa Silahlı Qüvvələri
Daxildir Fransa Silahlı Qüvvələri
Sayı 41,160 nəfər (2017)[1]
Müharibələr Birinci dünya müharibəsi
İkinci dünya müharibəsi
Birinci Hindçin müharibəsi
Əlcəzair İstiqlaliyyət müharibəsi
Körfəz müharibəsi
Kosovo müharibəsi
Terrorizmlə mübarizə
Döyüşlər
Fərqlənmə nişanları
Komandanlıq
Komandir Ordu generalı Andre Lanata
defense.gouv.fr/air

Tarixi

Fransızlar 1909-cu ildən etibarən öz hərbi hava qüvvələrini aktiv şəkildə inkişaf etdirməyə başlamışdır. Artıq 1930-cu illərdə Fransa HHQ-nin kəmiyyət və keyfiyyət cəhətdən Lüftvaffedən geri qalması İkinci dünya müharibəsi ərzində baş vermiş Fransa müharibəsində onların almanlara məğlub olması ilə nəticələnmişdir.

İkinci dünya müharibəsi başa çatdıqdan sonra Fransa hökuməti yerli təyyarə istehsalı prosesini sürətləndirmişdir. Bu prosesə xüsusilə "Dassault Aviation" şirkəti başçılıq edirdi. Bu şirkət ilk olaraq Miraj seriyasından olan döyüş təyyarələrinin istehsalına başlamışdır. Altıgünlük müharibə, Yom Kippur müharibəsi, Folklend müharibəsiKörfəz müharibəsi kimi genişmiqyaslı müharibələrdə öz bacarıqlarını yaxşı cəhətdən nümayiş etdirməyi bacaran bu qırıcılar hələ də dünyada ən çox satılan döyüş təyyarələrinə daxildir. Fransa HHQ İkinci dünya müharibəsindən sonra AfrikaHind-Çin yarımadasında baş vermiş kolonial müharibələrdə iştirak etmişdir və hazırda da öz hava gücünü Afrikada nümayiş etdirməyə davam edir.

1964-cü ilin yanvar ayında Fransa hökuməti hərbi hava qüvvələri də daxil olmaqla bütün Silahlı Qüvvələrin yenidən təşkil olunması prosesini başlatmışdır. Yenidən təşkilolunma nəticəsində ölkə dörd aviasiya regionuna və yeddi xüsusi bölgə komandanlığına bölünmüşdür. 1962-ci ilin fevralında Hərbi Hava Nəqliyyatı Komandanlığı yaradılmışdır. Fransanın əsas strateji bombardmançı təyyarəsi olan Dassault Miraj IV Soyuq müharibə dövründə Sovet mövqelərinin bombardman olunması məqsədilə hazırlanmışdır.

Hazırda Fransa HHQ aşağıdakı beş əsas komandanlıqdan ibarətdir:[5]

  • CDAOA (hava hücumundan müdafiə və hava əməliyyatları komandanlığı)
  • CFA (hərbi hava qüvvələri komandanlığı)
  • CSFA (lojistik komandanlıq)
  • DRHAA (insan resursları)
  • SAGF (idarəetmə və maliyyə xidməti)

2014-cü ilin iyul ayında modernizasiya proqramı çərçivəsində fəaliyyətdə olan sonuncu Miraj F-1 eskadrilyası Rafale qırıcılarından ibarət eskadrilya ilə əvəz olunmuşdur.

Həmçinin bax

İstinadlar

  1. "Arxivlənmiş surət" (PDF). 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-12-16.
  2. "Annuaire statistique de la défense 2013–2014" Arxivləşdirilib 2020-05-30 at the Wayback Machine 10 iyul 2014 (fr.)
  3. "Annuaire statistiques de la défense 2012–2013" Arxivləşdirilib 2013-10-01 at the Wayback Machine 4 iyun 2013 (fr.)
  4. "Key defence figures 2014" (PDF) (fransız). Defense.gouv.fr. 13 dekabr 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  5. "The Military Balance 2013". Arxivləşdirilib 2018-10-01 at the Wayback Machine, 14 mart 2013.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.