Fransa Dənizaşırı Bölgələr Birliyi
Fransa Dənizaşırı Bölgələr Birliyi (fr. La France d’Outre-Mer) — Avropada yerləşən Fransanın yer kürəsinin müxtəlif bölgələrində mövcud olan ərazilərinin daxil olduğu birlik. Bölgələrin statusu Dənizaşırı departament, Dənizaşırı kollektivlik olmaqla bir necə dərəcədən ibarətdir. Fransa parlamenti və senatında təmsil olunan ərazilərin bəzi məsələlərdə daxili müstəqillikləri mövcuddur. Fransa Dənizaşırı Bölgələr Birliyinin daxil olduğu ərazilərdə yaşayan şəxslər Fransa vətəndaşlığı daşıyır və başda prezident seçkiləri olmaqla, Fransada keçirilən müxtəlif səviyyəli seçkilərdə iştirak etmək hüquqları mövcuddur. FDBB-yə Fransa Qvianası, Sakit okeanı, Hind okeanı və Antarktidada yerləşən bir çox ərazilər daxildir.
FDBB | |||
---|---|---|---|
France d'outre-mer | |||
| |||
Sahəsi | |||
• Ümumi | 551394 km² | ||
Əhalisi | |||
• Əhali | 2,735,000 (2017) nəfər | ||
Vikianbarda əlaqəli mediafayllar |
Dənizaşırı departament və Dənizaşırı kollektivliklərin siyasi sərbəstlikləri eyni dərəcədə deyil. Dənizaşırı departamentlər Fransanın inzibati ərazi vahidlərindən olan departamentlərlə eyni statusa malikdirlər. Fransa Dənizaşırı Bölgələr Birliyinə daxil olan ərazilər Fransa Konstitusiyasında nəzərdə tutulmuş bütün qanunlara tabedir və ölkə hüquq sistemini tənzimləyən cinayət, vergi, sosial yönümlü qanunlar sözügedən ərazilərdə tətbiq edilməkdədir. Dənizaşırı kollektivliklər müdafiə, beynəlxalq münasibətlər, ticarət və valyuta, məhkəmə və inzibati hüquq qanunları istisna olmaqla, öz qanunlarını qəbul etməyə səlahiyyətlidirlər.
Dənizaşırı kollektivliklər yerli səviyyədə seçilmiş assambleyalar, Fransa parlamenti və Fransa hökuməti, kollektivliklərdən seçilmiş millət vəkili və senatorlar, habela Fransa Dənizaşırı Bölgələr Nazirliyi tərəfindən idarə olunmaqdadır. Fransa Dənizaşırı Bölgələr Birliyinin ərazisi 9,821,231 km² olan xüsusi iqtisadi zonaya malikdir və ölkə ərazisinin 17,8% hissəsini təşkil etməkdədir. Fransanın Cənub və Antarktika ərazilərinə daxil olan Adel Torpağı Fransa qanunlarına əsasən rəsmi şəkildə ölkənin bir parçası hesab olunsada, Antarktika haqqında konvensiyanın şərtlərinə əsasən ərazi mübahisələndirilmişdir.
Tarixi əhali | ||
---|---|---|
İl | Əh. | ±% |
1953 | 909.000 | — |
1963 | 1.194.000 | +31.4% |
1973 | 1.475.000 | +23.5% |
1983 | 1.656.000 | +12.3% |
1993 | 2.028.000 | +22.5% |
2003 | 2.414.000 | +19.0% |
2013 | 2.691.000 | +11.5% |
2016 | 2.774.000 | +3.1% |
Bütün beş xarici departamentin əhalisi 2016-cı ilin yanvar ayında 2,114,000 nəfər təşkil etmişdir. Dənizaşırı kollektivliklərdə yaşayan əhali 600.000 nəfərdir. (Sen-Pyer və Mikelon , Sen-Bartelemi , Sen-Marten , Fransa Polineziyası , Uollis və Futuna , Yeni Kaledoniya ). Departament və Kollektivliklərdə ümumi 2.774.000 nəfər yaşayır. |
Üzərində yaşayış olan departamentlər və kollektivlər
Bu siyahıya 11 bölgə daxildir:
- Fransız Konstitusiyasının 2-ci maddəsində Fransa bayrağı Fransanın yeganə qanuni bayrağı olduğu bildirilir. Yalnız Fransa Polineziyası (Dənizaşırı kollektivlik) və Yeni Kaledoniya (Dənizaşırı departament) xüsusi icazə əsasında bayraqdan istifadə edə bilər. Bu haqq Noumé Accord tərəfindən 1984-cü ilin 6 sentyabr tarixində hər iki əraziyə verilmişdir. 2007-ci ilin 23 fevralından Fransanın Cənub və Antarktika əraziləridə Fransa bayrağı əsasında hazırlanmış bayraqdan istifadə edir. Bölgələrin tarixi bayraqları bəzən istifadə edilir, lakin rəsmi şəkildə istifadəsinə icazə yoxdur. Bir çox ərazilər əraziləri təmsil etmək üçün qeyri-rəsmi bayraqları istifadə edilir. Bu cədvəldə qeyri-rəsmi bayraqlar göstərilmişdir.
Üzərində yaşayış olmayan ərazilər
(Ərazilər adətən müxtəlif elmi araşdırmalar və ekspedisiyalar üçün istifadə edilməkdədir.)
Xəritə
Dənizaşırı bölgələrdəki əsas şəhərlər
- Pointea Pit və Lezabim (Qvadelupa): 315,684 (2013)
- Sen-Deni (Reyunyon): 197,256 (2013)
- For-de-Frans (Martinika): 171,628 (2008)
- Numea (Yeni Kaledoniya): 163,723 (2009)
- Sen-Pyer (Reyunyon): 148,273 (2008)
- Papeete (Fransa Polineziyası): 131,695 (2007)
- Sen-Paul (Reyunyon): 103,008 (2008)
- Kayenna (Fransa Qvianası): 102,089 (2008)
İstinadlar
- INSEE. "Estimation de population au 1er janvier, par région, sexe et grande classe d'âge – Année 2013" (fransız). April 10, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2014.
- INSEE. "Base chiffres clés : évolution et structure de la population 2010" (fransız). September 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2014.
- ISPF. "Population des subdivisions administratives de Polynésie française" (fransız). January 7, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 26, 2013.
- INSEE. "Tableau Économique de Mayotte 2010" (PDF) (fransız). səh. 21. January 6, 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: January 31, 2014.
- INSEE. "212 600 habitants à Mayotte en 2012 - La population augmente toujours fortement" (fransız). December 19, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 26, 2013.
- ISEE. "Chiffres clés Nouvelle-Calédonie - Démographie" (fransız). July 13, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 26, 2013.
- ISEE. "Tableaux de l'Economie Calédonienne : Population, superficie et densité par commune et province en 2009" (fransız). December 25, 2018 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: January 31, 2014.
- INSEE, Government of France. "Populations légales 2011 des collectivités d'outre-mer" (fransız). February 18, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2014.
- INSEE. "Actualités : 2008, An 1 de la collectivité de Saint-Barthélemy" (fransız). January 8, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2014.
- INSEE. "Actualités : 2008, An 1 de la collectivité de Saint-Martin" (fransız). January 13, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2014.
- STSEE. "Populations légales au recensement de la population 2013 de Wallis et Futuna" (fransız). February 3, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2014.
- Ministry of Overseas France. "L'île de Clipperton" (fransız). February 27, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2014.
- Délégation générale à l'outre-mer. "Terres Australes et Antarctiques Françaises : Données géographiques et humaines" (PDF) (fransız). February 2, 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: January 31, 2014.