Fransa Avroviziya Uşaq Mahnı Müsabiqəsində

Fransa Avroviziya Uşaq Mahnı Müsabiqəsində ilk dəfə 2004-cü ildə iştirak etmişdir. Norveçin Lillehammer şəhərində keçirilən müsabiqədə Tomas Pontyenin ifa etdiyi "Si on voulait bien" mahnısı ilə təmsil olunan Fransa 18 iştirakçı ölkə arasında altıncı yeri tutsa da, növbəti ildə Fransa televiziyası müsabiqədə iştirakdan imtina etmişdir. Fransa bir daha Avroviziya Uşaq Mahnı Müsabiqəsinə 13 illik fasilədən sonra 2018-ci ildə geri dönmüşdür. "Jamais sans toi" mahnısı ilə Fransanı müsabiqədə təmsil edən Anjelina nəticədə 203 xalla 2-ci yeri qazanmışdır.

Təmsilçilər

  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yer
Xal
2004 Fransızca Tomas Pontye "Si on voulait bien" 6 78
2018 Fransızca, İngiliscə Anjelina "Jamais sans toi" 2 203
2019 Fransızca, İngiliscə Karla "Bim bam toi" 5 169

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.