Fransanın Rusiyaya hücumu
Fransa-Rusiya müharibəsi (rus. Отечественная война 1812 года; fr. Сampagne de Russie pendant l'année 1812) — 1812-ci ildə Rusiya və Fransa imperiyaları arasında baş vermiş müharibə.
Fransa-Rusiya müharibəsi | |||
---|---|---|---|
Napoleonun Rusiyaya hücumu | |||
Tarix | 12 iyun — 14 dekabr 1812 | ||
Yeri | Rusiya imperiyası | ||
Nəticəsi | Rusiyanın qələbəsi, Napoleon ordusunun məğlubiyyəti | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Müharibənin səbəbləri Rusiyanın, Napoleonun İngiltərəyə qarşı Rusiyanın maraqlarını nəzərə almadan Avropa dövlətlərinə qarşı həyata keçirdiyi Kontinental blokada siyasətini aktiv dəstəkləməməsi idi.
Müharibənin ilk mərhələsində (iyun-sentyabr 1812-ci il) rus ordusu Rusiya sərhədlərindən Moskvaya geri çəkildi, Borodino döyüşündə Moskvanı verdilər.
Müharibənin ikinci mərhələsində (oktyabr-dekabr 1812) Napoleon ordusu ilk növbədə müharibə ilə maraqlanmayan ərazilərdə qış mənzillərinə getməyə səy göstərdi və sonra Rusiya ordusu, aclıq və don hadisələri ilə Rusiyanın sərhədlərinə çəkildi.
Müharibə Napoleon ordusunun, Rusiya ərazilərinin azad edilməsi və 1813-cü ildə Varşava və Almaniya torpaqlarına hərbi əməliyyatların ötürülməsi ilə tamamilə məhv edildi. Napoleon ordusunun məğlubiyyətinin səbəbləri arasında rus tarixçisi N. Troitski müharibədə rus ordusunun qəhrəmanlığını, ümumilikdə geniş ərazilərdə və Rusiyanın təbii-iqlim şəraitində hərbi əməliyyatlar üçün fransız ordusunun hazır olmaması və rus komandiri Mixail Kutuzovun və digər generalların hərbi istedadları ilə izah edir.
Tarixi
Napoleon Bonapart Avropada Rusiya kimi güclü bir dövlətin mövcudluğu ilə barışmaq istəmirdi. 1810-cu ildən Fransa Rusiyaya qarşı müharibəyə hazırlaşmağa başladı. Rusiyadan sonra Napoleon İngiltərəni məğlub etmək və dünya ağalığı planını həyata keçirmək niyyətində idi. Rusiya Fransanın ona qarşı müharibəyə hazırlaşdığını bilirdi, digər tərəfdən, Avropada öz mövqelərinin zəifləməsini istəmirdi. 1812-ci ilin fevralında Fransa Prussiya ilə gizli saziş imzalamışdı. Prussiya Rusiyaya qarşı 20 minlik qoşun göndərməli idi. 1812-ci ilin martında Avstriya Fransa ilə saziş bağlayıb Ukraynaya 30 min nəfər qoşun göndərməyi vəd etdi. Rusiya üzərində qələbədən sonra Pribaltika Prussiyaya, Volın Avstriyaya verilməli idi. Avstriya və Prussiya könüllü şəkildə Rusiyaya qarşı müharibə etmək fikrində deyildi. Fransa İsveçi və Türkiyəni Rusiyaya qarşı müharibəyə qoşmaq istəyirdi, lakin buna nail olmadı. İsveç 1812-ci ilin fevralında Rusiya ilə gizli saziş imzalamışdı. 1812-ci ilin iyulun 18-də Rusiya ilə İngiltərə arasında müqavilə imzalanmışdı. 1812-ci ilin mayında Rusiya Türkiyə ilə Buxarest sülhü imzaladı.
Napoleon Rusiyaya hücum üçün 600 minlik qoşun hazırlamışdı. Rusiyanın sərhəd boyu dağınıq vəziyyətdə yerləşən ordusu isə 220 min əsgər və zabitdən ibarət idi.1812-ci ilin iyunun 24-də Fransa ordusu Rusiyaya hücum etdi. Napoleon Rusiya qoşunlarını sərhəddə mühasirəyə alıb məhv edə bilmədi, Smolensk döyüşündən sonra Rusiya ilə ilk dəfə danışıqlara cəhd etdi. Lakin Rusiya bu təklifə Borodino döyüşü və partizan hərakatı ilə cavab verdi. Napoleonun planının əksinə olaraq Rusiya qoşunu böyük döyüşə girməyib ölkənin içərilərinə geri çəkildi. 7 sentyabr 1812-ci ildə Borodino çölündə baş vermiş döyüşdə Fransa ordusu 60 min nəfər, Rusiya ordusu isə 40 min əsgər itirdi. Döyüşdən sonra Rusiya ordusu geri çəkilməkdə davam etdi. Borodino döyüşü “Böyük Fransa ordusu”nun məğlubedilməzliyi haqqında əfsanəyə son qoydu.
1812-ci ilin sentyabrın 14-də Fransa ordusu Moskvaya daxil oldu, lakin Napoleon Moskvada olarkən üç dəfə I Aleksandra Rusiya üçün əlverişli şərtlərlə danışıqlara başlamağı təklif etdi. I Aleksandr bu təklifləri qəbul etmədi. Fransa ordusu bir neçə döyüşdə məğlubiyyətə uğrayıb Rusiya ərazisini tərk etdi. Geriyə çəkilən Fransa qoşunları müttəfiq orduları tərəfindən təqib edilirdi. Fransaya qarşı yaradılan altıncı koalisiyaya Rusiya, İngiltərə, Prussiya, İsveç və Avstriya daxil idi. Napoleon Leyptsiqdə 1813-cü ilin oktyabrında baş vermiş döyüşdə məğlub olub Reynin arxasına və Parisə qaçdı. Müharibənin son məqsədlərinə müttəfiqlərin münasibəti müxtəlif idi. Rusiya və Prussiya Fransada Bonopartları hakimiyyətdən salmaq istəyirdilər. İngiltərə Fransada Burbonların hakimiyyətə qayıtmasını təklif edirdi. Napoleon Fransanın inqilabdan əvvəlki sərhədlərə qayıtması şərti ilə müttəfiqlərin danışıqlara başlamaq təklifini qəbul etmədi. 1814-cü ilin martın 1-də İngiltərə, Avstriya, Rusiya və Prussiya Şomon müqaviləsini imzaladılar. Bu dövlətlər tam qələbəyə qədər Fransa ilə gizli müqavilə bağlamamalı idi. Onlardan üçü Fransaya qarşı 150 min qoşun göndərməli, İngiltərə isə hər il 5 milyon funt sterlinq pul verməli idi.
Xarici keçidlər
- Степанищев А. Т. "Интерактивный тест на знание истории Отечественной войны 1812 года". Министерство обороны Российской Федерации. 2012-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-15.
- Rammacher, Wolfgang. "Napoleon und das Wetter 1812" (alman). 2011-12. 2012-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-29.
- Schneider, Wolfgang. "Napoleons großes Gemetzel" (alman). Welt Online. 2012-04-23. 2012-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-29.
- "1812. Интернет-проект". 2012-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-19.
- Верне, Гораций. "История Наполеона". 2012-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-03.
- "Война 1812 года. Сражения, схемы, планы". 2012-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-19.
- "«День Бородина»". Государственный Бородинский военно-исторический музей-заповедник. 2012-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-28.
- "Мемориал Отечественной войны 1812 года". 2012-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-30.
- Калина В. "Тобольчане увидят уникальный снимок участника Бородинского сражения". ФедералПресс. 2010-02-19. 2012-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-27.
- Маркин А. С. "Г. М. Курин и отряд самообороны вохонских крестьян в 1812 году". 1999. 2012-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-07.
- Микаберидзе А. "Лев русской армии". 2012-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-30.
- "Отечественная война 1812 года". Проект Хронос. 2012-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-20.
- Подмазо А. А. "Краткая хронология войны 1812-1814 гг. и кампании 1815 г." 2012-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-05.
- Попов А. И. "Партизаны и народная война в 1812 году". Отечественная война 1812 года. Источники. Памятники. Проблемы. 2012-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-18.
- "Русская армия накануне Отечественной войны 1812 г." Научно-исследовательский институт (военной истории) Военной академии Генерального штаба ВС РФ. 2012-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-30.
- Сироткин В. Г. "Судьба пленных солдат и офицеров Великой Армии в России после Бородинского сражения". Отечественная война 1812 года. Источники. Памятники. Проблемы. 2012-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-23.
- Тепляков С. А. "Болезни, ранения, лечение и военная медицина в наполеоновскую эпоху". 2012-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-20.
- Хлёсткин В. "Канун Бородина. Военно-исторический очерк". Русское Воскресение. 2012-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-20.
- "Французы занимают Штральзунд и берега Шведской Померании (31 января 1812 года)". 2012-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-03.
- Понасенков Е. Н. Экономические предпосылки кризиса тильзитской системы в России (1807—1812 гг.) и причины войны 1812 г.
- Манифест «О принесении Господу Богу благодарения за освобождение России от нашествия неприятельского». 25.12.1812. Arxivləşdirilib 2017-09-28 at the Wayback Machine // Проект Российского военно-исторического общества «100 главных документов российской истории».