Frans Kafka muzeyi
Frans Kafka muzeyi – Çexiyanın paytaxtı Praqa şəhərinin Mala-Strana rayonunda, Karl körpüsünün solunda yerləşən və yazıçı Frans Kafkaya həsr olunmuş muzey. İlk Kafka sərgisi 1999-cu ildə Barselonada açılmış, 2002-03-cü illərdə Nyu-Yorkdakı Yəhudi muzeyinə transfer edilmişdir. 2005-ci ilin yayında Praqada indiki muzey açılmışdır.[1]
Frans Kafka muzeyi | |
---|---|
Franz Kafka Museum | |
| |
Əsası qoyulub | yay 2005 |
Mövzu | ədəbiyyat |
Ölkə | |
Yerləşir | Praqa, Çexiya |
Direktor | Sebasytan Pavlovski |
50°05′17″ şm. e. 14°24′38″ ş. u. | |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeydə bir çox Frans Kafka kitabları, eləcə də, orijinal məktublar, gündəliklər və rəsmlər sərgilənir. Muzeyin kitab mağazasında ziyarətçilər Kafkanın istənilən əsərini satın ala bilərlər. Muzey iki hissədən ibarətdir: Ekzistensialist məkan və Xəyali topoqrafiya.
İstinadlar
- "Franz Kafka Museum". Franz Kafka Museum (rəsmi saytı) (ingiliscə). 2012-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2017.
Xarici keçidlər
- Vikianbarda Frans Kafka muzeyi ilə əlaqəli mediafayllar var.
- kafkamuseum.cz — Frans Kafka muzeyinin rəsmi saytı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.