Frans Şubert

Frans Piter Şubert (31 yanvar 1797[1][2][…], Himmelpfortqrunq[d], Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası[3]19 noyabr 1828[1][2][…], Vyana, Avstriya imperiyası[4]) – Avstriya bəstəkarı. 1 fevral 1797ci ildə doğulub.. 6000-ə yaxın Leyder (Leider), səkkiz tamamlanmış simfoniya, məşhur "Tamamlanmamış simfoniya", liturgik musiqi, opera və çoxsaylı kamera və solo piano musiqisinin müəllifidir. O, xüsusilə orijinal melodiyalı və harmonik musiqisi ilə məşhurdur.

Frans Şubert
alm. Franz Schubert
Ümumi məlumatlar
Doğum adı Franz Peter Schubert
Doğum tarixi 31 yanvar 1797(1797-01-31)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 19 noyabr 1828(1828-11-19)[1][2][…] (31 yaşında)
Vəfat yeri
Vəfat səbəbi tif xəstəliyi[d][3]
Dəfn yeri
  • Vyana mərkəzi qəbiristanlığı[d]
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, pianoçu, müəllim
Fəaliyyət illəri 1810-cu ildən
Janr klassik musiqi
Musiqi alətləri piano, skripka
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sağlığında yaxın dostları və tanışlarından ibarət kifayət qədər pərəstişkarı (buraya müəllimi Antoniyo Salyeri və tanınmış ifaçı Yohan Mixael Vogl da daxil idi) olmasa da, Şubert musiqisi geniş kütlələrin qəlbini ölümündən bir neçə yüzilliklər sonra ala bilmişdir. Onun hər zaman daimi işi olmuş və bəstəkar dostları və ailəsinin dəstəyi olmadan yaşamışdır.

Frans List Şubert özünü "bütün dövrlərin ən poetik musiqiçisi" adlandırmışdır.

Həyatı

Frans Şubert 1797-ci ilin 31 yanvar tarixində Avstriyanın paytaxtı Vyana şəhərində anadan olmuşdur. Atası Franz Teodor Florian moravianlı kəndlinin oğlu yerli kilsə məktəbinin müəllimi idi. Anası Elizabet Vitz dəisə dəmirçi qızı idi. Şubertlərin on altı övladından on biri körpə ikən vəfat etmiş, yalnız beşi yaşamışdır. Franz Teodor tanınmış müəllim idi və Vyannın Himmelpfortrund adlı məhəlləsindəki məktəbinin kifayət qədər çox tələbəsi var idi. O oğluna bacardığı qədər musiqi təhsili verə bilmişdir. Beş yaşında atasından mütəmadi dərslər almağa başlayır və bir il sonra Himmelpfortgrun məktəbinə daxil olur. Atası ona skipkanını əsaslarını öyrətməyə davam edir. Yeddi yaşında isə gənc Şubertə Mixael holızer dərs deməyə başlayır. Holzerin dərsləri bir qayda olaraq danışıq və məftunluğun ifadə olunmasıdan ibarıt olmuşdur. Əvəzində Şubert dostlaşdığı xarrat şagirdinin vasitəçiliy ilə qonşulqudakı fortepino anbarına yol tapır və burada daha yaxşı vəziyyətədə olan musiqi alətlərində ifa etmək imkanı əldə edir. 1808-ci ilin oktyabrında Stadtkonvikt (Kral internat məktəbi) məktəbinə daxil olur. Məhz bu məktəbədə Şubert ilk dəfəf olaraq Motsart musiqisi – onun uvertura və simfoniyaları ilə tanış olur. Motsart musiqisi ilə tanışçlıq, üstəgəl arabir operaya səfərləri onun musiqi dünyagörünüşünü formalaşdırır. Bu arada isə, Şubert istedadı özünün bəstlədiyi musiqilərədə göstərməyə başlayır. Dövrün aparıcı bəstəkarlarında olan Antonio Salyeri gənc musiqçi barədə eşidir və ona bəstəkalrlıq və musiqi nəzəriyəsindən dərs demək qərarına gəlir. Şubertin kamera musiqi haqqınada yazdığı erkən oçerki diqqəti cəlb edir.

Atasının məktəbində müəllimlik illəri

1813-cü ilin sonunda Subert Stadtkonvikt məkətəbini tərk edir və atasınını məktəbindıə aşağı siniflərər dərs deməyə başlayır. Bu arada, atası ikinci dəfə, Gumpendorfdan ipək tacirinin qızı Anna Kleyenbokla evlənir. Şubert Salyeridən fəırdi dərslər almaqda davam edir. Dostlarının dəstəyi 1815-ci il Şubertin həyatının ən məhsuldar ili olur, növbəti il isə xoşbəxtlik ilk dəfəf olaraq bəstəkarın üzünə gülür. 1816-cı ilin əvvəllərində Spaunda səhnəyə qoyulmuş Erlkünig (Meşə hökmdarı) əsərinin (D.328) (Hötenin eyniadlı əsəri əsasında) uğur gənc bəstəkarı da təəcübləndirir. Hadisədən bir neçə həftə sonra zəngin ailələrdən birinə məxsus Franz von Şober adlı gənc bir tələbə Şubertin Spaundakı musiqilərindın xəbər tutur və bəstəkara baş çəkir. Şober Şuberti məktəb qayğılardıan azad edir və yaradıcılığını rahat bir şəkildə davam etdirməsi üçün şərait yaradır. Bu təkilf Şubert üçün lap göydən düşmə olur, belə ki bir qədər öncə Laybaxda (Lyubliyana şəhərinin alma forması) kapelmeyster vəzifəsinə uğursuz müraciət edir. Atasının da razılığını asanlıqla alan Şubert baharın bitmısinə az qalmış Şoberin malikansinə köçür. Bu ara fikirlərini bir qədər də artırmaq üçün fərdi dərslər vermək qərarına gəlir, lakin tezliklə bundan imtina edir və özünü tamamilə musiqiyə həsr edir. Ona baş çəkən dostlarından birinə "Mən bütün günü yazıram. Bir parçanı bitirən kimi növbəti musiqiyə başlayıram" demişdir. Bütün bu müddət ərzində bəstəkarın dostlarının əhatəsi durmadan genişlənir. Mayrhofer onu Vyananın məşhur baritonu Yohan Mixael Voqlla tanış edir. Sonralar Voql Şuberin əsərlərini Vyananın salonlarında ifa etməklə bəstəkara böyük xidmət etmiş olur. Anselm Hüttenbrener və qardaşı Jozef Şubertin ən çılğın pərəstişkarları arasında idilər. Mükəmməl pianoçu Jozef von Qahi onun sonata və fantaziyalarını məhəbətlə ifa edir, Sonleyznerlər ailəsi isə ona evlərinə sərbət giriş hüququ verir və bəstəkarın şərəfinə sonralar Schurbertiaden adlanacaq musiqi məclisləri təşkil edirlər. Maddi ehtiyaclar demək olar ki, asanlıqla ödənilirdi. Şübhəsiz Şubert çox kasib idi, belə ki musiqi dərslərindən imtina etmiş, tamaşalarından heç nə qazana bilmirdi, lakin bununla belə dostları onun köməyinə əks Bohemiya səxavəti ilə gəlirdilər – bir dostu ona ev tapır, bir başqası başqa ehtiyaclarını ödəyir, bəstəkarı naharlarına dəvət edir və nahar pulunu da özləri ödəyərdi. Şubert həmişə iştirak etdiyi məclislərin liderinə çevrilir. Baxmayaraq Şubertin onlarlaca oxşayıcı ləqəbləri var idi, ən geniş yayılanları: kann er "üas" ("O bacararmı?") və ya "O ödəyə bilərmi?" (yemək və ya içki xərcini). Bunlar onun yeni tanışlıq zamanı verdiyi suallar idi. Bəstəkarın 1820-ci ildə yazdığı xüsusi maraq kəsb edir və üslubunun inkişafı və yetkinləşməsində dönüşü göstərirdi. Tamalanmamış Lazaruius oratoriyasına fevral yında başalayır, bunun ardınca, kiçik həcmli əsərləri, 23-cü Psalm (D.706), Gesang der Geister (D.705/714), C minorda Quartettsatz (D.703) və piano üçün "Sərsəri Fantaziyası" (D.760) bəstələnir. Bu ildə Şubertin iki operası Kartnertor teartıdan səhnəyə qoyulur. Die Züillingsbrüder (D.647) iyun ayının 14-ü, Die Zauberharfe operası isə avqutun 19-u tamaşaya qoyulur. Bu əsərlərinə qədər Şubertin ifası evində keçirilən kvaret-məclilədrədə formalaşan həvəskar orkestr ilə məhdudlaşırdı. İndi isə Şuberrt daha çox tanınır və daa böyük dinləyici kütləsinə açıq idi. Bununla belə təkilatçılar hələ də inadla tərəddüd edirdi. Bu vaxt Voqlun işə qarışması (1821-ci iin fevarın 8-də konseetdə Şubertin Erlküning əsərini ifa etdikıdn sonra) ilə Anton Diabelli tərəddüdlə də olsa bəstəkarın bızi ısırlrini sifariş ısənda nışr etdirməyə razılıq verir. İl yeddi əsəri (hamisi mahnıları olmaqla) bu şərtlər altıdna peyda olur. Lakin sonralar sifarişlər dayanır və bəstəkar yenə də cüzi qəpik-quruşa möhtac qalır. Bəstəkarın həyatı ərzində əziyyət çıəkdiyi bu cür etinzaıslıdan çox yazılıb. Bu onun dostlraının yox, dolayı da olsa Vyana ictimayətinin günahı idi. Ən çox günahlandırıla biıən inslana isə tədbirli dəllalar idi, hansılar ki bəstəkarı əsərlərini nər etdirmıkdən çəkidnirirdələr. İki dramatic parçanın yazılması Şubertin bütün diqqətni səhnəyə yönəldir və 1821-ci ilin sonlarına doğru yalnız üç ilə qədər davamlı ümidsizlik və məyusluq gətirəcəck yaradıclıqı istiqaməti götürür. Alfonso und Estrella və Fyerabras (D. 796) əsərləri rədd edilir, Die Verschüorener (D.787) seznura tərəfindın qadağa olunur (yəqin ki əsərin adı sıbıbindən), Rosamunde (D.797) əsəri də iki gecə nümayişdən sonra librettosunun lazımı sıviyədə yazılmaması sıbəbindın rədd edilir. Bunlardan ilk iki əsəri ifa üçün olduqca mürrək idi (Fierabras əsərinin əlyazması 1000 vərəqdən ibarıdir), lakin Die Verschüorenen parlaq cəledici komdeiyadır, Rosamunde əsəri isə Şubertin nə vaxtsa bəstələdəyi ən əsararəngiz musiqiyə malidir. 1822-ci ildə Şubert Veber və Bethovenlə tanış olur, lakin bu görüşlır bir o qədər yaddaqaln olmur. Sadəcə Bethoven Şubert istedadını səmimi qəlbdən etiraf edir :"Həqiqətən də, Şubertdə ilahi istedadın qığılcımı yaşayır".

Şober bir müddət Vyandan uzaqlaşır, yeni dostlar isə əvvəlkilər tək səxavetlə olmur və ümumilidkıə bu illər Şubertin həyatının ən zülmət illər olur.

1994-cü ildə musiqişünas Rita Steblin Şubertin qardaşı Karlın evlilik ərizəsini Lixtental kilsəsinin çardağından tapır. Bəstəkarın Tereza Grobla evlənmək arzusu 1815-ci ildə evliliyə dair sərt qanun səbəbindən baş tutmamışdır. Bu hadisə Şubertin 1816-cı il gündəliklərində ürəksizladıcı bir tərzdə əks olunmuşdur.

Ömrünün son illəri və şah əsərləri

1823-cü ildə Şubert Vilhelm Müllerin şerləri əsasında ilk mahnılar silislərsi, Die schöne Müllerin (Gözəl dəyirmançı qızı) (D.795) yazır. Bu əsər sonrakı "Winterreise"silislə (D.911) ilə birlikdə Leyder janrının zirvəsi sayılır. Du bist die Ruh ("Sən sülhsən") (D.776) mahnısı dab u dövrdə yazılmışdır.1824-cü ilin yazında F –də Oktet (D.803), "Böyük simfoniya üçün eskiz" əsərlərini yazır və həmin ilin yayında Zelizovçeyə qayıdır. Bu dövrdə bəstəkar macar üslubuna vaıeh olur və bu münasibətlə Divertissement a l`Hongroise (D.818) və A minorda Simli Kvartetini (D.804) bəstələyir. Deyilənə görə bü dövrdə Şubert tələbəsi qrafinya Karoline Eşterhaziyə dərin ehtiras hissləri bəsləyir, lakin hadisənin detalları tarixçilərər namılum olaraq qalır. Səhnəyə və bir qədər sonra rəsmi işlərər başı qarışmasına baxmayaraq Şubert geniş musiqi fəaliyyəti ilə də məşğul olamağa vaxt tapır. A bemolda Messa (D.678) tamamlanır və məşhur "Tamamlanmamış Simfoniya" (B minorda Simfoniya No.8, D.759) üzərində çalışmalara 1822-ci ild başlayır. Simfoniyanın nəyə görə tamamlnamaması sualı çox müzakirə olunumuş və bu vaxta qədər həll edilməmişdir. 1824-cü ildə Die schöne Müllerin silsiləsindən Trockne Blumen mahnısı və fleyta üçün variyasiyalar, eləcə də piano və arpeçiyo üçün sonata (D.821) yazılmışdır. Sonuncu müasir dövrdə violençel və ya altda ifa olunur. Son illərin uğursuzluğu 1825-ci il əznginliyi və xoşbxtliyi ilə əvəzlənir. Əsərlərinin nəşri sürətlənir, kasibçılığnın yükü bir qədər yüngülləşmişdir. Şubert yayda Yuxarı Avstriyaya unudulmaz səfər çıxır və burada ən əziz qonaq kimi qarşılanır. "Ser Valter Skotun nəğmələri" silisləsi də bu səyahət zananı yazılır. Məşhur Ellens drier Gesang (D. 839) nəğməsi bu sililəyəyə daxildir. Müasir günümünzdə əsər daha çox (v yanlış olaraq) "Şubertin Ave Mariyası" kimi tanınır. Əslində isə əsər Adam Sotrkun alman dilinə çevirdiyi Sktoun "Göl Xanımı" himnindən götürülmüşdır. Ave Mariya isə sadəəc əsərin əvəlində salamlaşma və nəqarətdə də istifadə olunan parçasıdır. Həmin il Şubert A minorda piano sontatasını (D. 845, Op. 42) və doqquzuncu simfoniyasını yazır.1826–1828-ci illərədə Şubert davamlı olaraq Vyanda yaşayır. Yalnız 1827-ci ildə Qratz şəhərinıə qəsamüddətli səfər gedir. Həyatının son üç ilindı baş vermiş ən yaddaqalan hadisələrədən biri 1826-cı ildə Geselllscharft der Musikfreundeyə həsr etdiyi simfoniyası və əzəində onıardsan qonorara lmasıdır. 1828-ci ilin baharında bəstəkar ilk və sonuncu dəfə olaraq öz əsərləindən ibarət açıq konsert verir və konsert olduqca yaxşı qarəlnaır. İfa olunan hər bir əsərinin isə pzünün kifayət qədər zəngin tarixi var. D minorda Simli Kvarteti (D. 810) 1825–26-cı illərin qışında yazılmış və ilk dəfər 1826-cı ilin yabvar ayında ifa olunmuşdur. Bir qədər sonra G majorda Simli Kvareti, piano və skripka üçün "Rondeua brilliant" əsəri (D.895, op.70) və G-də pinao sontaası (D.894, Op.78) (İlk dəfət olaraq "G-də fantasiya" adl altında nışr olunub) gəlir. Bunalra Şekspirin əsərləri əsasında üç mahnı da əlavə edilməlidir. Bunlaradn iksii – "Eşit! Eşit! Torağay! və "Silviya kimdir?" deyıləınlərə görə eyni gündə- birnici qəlyanaltıda istirahət etdiyi an, ikincisi isə axşam evə dönərkən yazılmışdır.1827-ci ildə Şubert Winterreise (D.911) mahnlılar silsiləsini, piano üçün Fanstasia və C-də skripka (D.934), iki piano triyosu (B bemolda, D.898 və E bemolda D.929) yazır. 1828-ci ildə Məryəmin mahnsısı, E-molda Mass (D.950), Tantum Ergo (E-bemolda, D.962), C-də Simli Kvintetet (D.956), son üç pinano üçün sontası və ölümündən sonra Schüanengesang (Qu quşu nəğməsi) (D.957) başlıq altımda mahnılar toplusu peyda olur. Sonuncu silislənin altı mahnısı Henrix Heynenin sözləri əsasında yazılıb. Simfoniya No.9 (D.944) 1828-ci ildə yazılır. Ömrünün son həftəlıtində yeni D-də Simfoniyasının ilk üç hərəkətini yazır.

Ömrünün son iki ilinə aid olan əsərləri bəstəkarın insan qəlbinin qaranlıq guşəsinin və insana münasibətlətinə yönəldir. Şubert xəstəlikdən sağala biləcəyi təqdirdə harmoniya və kontrapunk üslublarında yeni əsərlər yazmaq arzusunu dilinə gətirmişdir.

Vəfatı

Yaradıcılığının ən məhsuldar bir dövründə bəstəkarın sağlamlığı pisləşir. 1822-ci ildən Şubert sifilis xəstəliyi ilə mübarizə aparırdı. Son xəstəliyinin qarın yatalığı olduğu söylənilsədə də, başqa xəstəliklər də səbəb kimi göstərilmişdir. Son xəstəlik simpomları qurğuşun zəhərlənməsi ilə uyğun gəlir (qurğuşun XIX əsrdə qarın yatalığına qarşı əsas müalicə vasitəsi kimi istifadə edilirdi). İstənilən halda qəti fakir yürütməyə kifayət qədər dəlil yoxdur. Xəstəlik günlərini o mütaliə ilə keçirir və Şubert Ceyms Fenimor Kuperin çılğın pərəstişkarına çevrilir. Bəstəkar 1828-ci ilin noyabr ayının 19-da 31 yaşında Vyanada qardaşı Ferdinandın mənzilində vəfat edir. Günorta saat 3-də bəstəkar gözlərini əbədi yumur. Vəsiyyətinə uyğun olaraq o bütün ömrü boyu pərəstiş etdiyi Bethovenin yanında Üahring qəbristanlığında basdırılır. 1888-ci ildə hər iki bəstəkarın məzarları Zentralfriedhofa köçürülür. Qəbirləri Yohan Ştraus II və Yohan Bramsın yanındadır.

Filmoqrafiya

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Maurice J.E. Brown Franz Schubert // Encyclopædia Britannica (ing.).
  3. https://www.geschichtewiki.wien.gv.at/Franz_Schubert.
  4. Archivio Storico Ricordi. 1808.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.