Ost-Hind şirkəti (Fransa)

Fransız Ost-Hind şirkəti və ya Fransız Şərqi Hindistan Şirkəti (fr: Compagnie française des Indes orientales) — 1664-cü ildə Hollandiya Şərqi Hindistan adalarındakı müstəmləkəçi Holland Şərqi Hindistan ŞirkətiBritaniya Şərqi Hindistan Şirkəti ilə rəqabət aparmaq üçün yaradılmış Fransız kommersiya korporasiyasıdır. Fransalı nazir "Jean-Baptiste Colbert" tərəfindən təşkil edilmiş və təsis edilmiş şirkət Kral XIV Lüdovik tərəfindən Şərq yarımkürəsində Fransız ticarətini inkişaf etdirmək üçün təsdiq edilmişdir[1]. 1660-cı ildə birləşən "Compagnie de Chine", "Compagnie d'Orient""Compagnie de Madagascar" adlı üç şirkət bu şirkətin əsasını təşkil etmişdir.

Ost-Hind şirkəti
Ümumi məlumatlar
Tipi ictimai şirkət
Sənaye ticarət
Təsis tarixi 1 sentyabr 1664
Bağlanma tarixi 1770
Baş qərargahın yeri
Rəhbərlik
Təsisçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şirkətin bayrağı

XVII-XVIII əsrlərdə, Hind okeanı və Şərqi Hindistanda Fransanın nəzarəti illərində (1664–1719) Fransız Şərqi Hindistan şirkəti (fransızca: "Compagnie Française des Indes Orientales"), 1719–1720-ci illərdə Hindistan şirkəti ("Compagnie des Indes") və 1720–1789-cu illər arasında Fransız Hindistan şirkəti ("Compagnie Française des Indes") adı altında digər kolonistlərlə bərabər fəaliyyətini davam etdirmişdir[2].

Daha əvvəllər də iflasa qədər gəlmiş və sonradan özünə gəlməyi bacarmış şirkət Fransa krallığı ilə İngiltərə arasında baş tutmuş olan Yeddiillik müharibədə (1756–1763) Fransanın məğlubiyyətindən və Fransanın Hindistan regionunun paytaxtı olan "Pondiçerri"nin 1761-ci ildəki süqutundan sonra son anlarını yaşamışdır[3]. 1769-cu ildə Fransanın Hindistan üzərində monopoliyasının sona çatması ilə şirkət ləğv edilmişdir.

1501–1739-cu illər arasında Hindistandakı Fransa və digər ölkələrin koloniya əraziləri.
1741–1754-cü illər Fransanın ən qüdrətli olduğu dövr

İstinadlar

  1. Yusuf Hikmet Bayur: "Hindistan tarihi, 3. cilt" Türk Tarih Kurumu Basımevi, 1950 syf. 93, 144
  2. Arxivləşdirilib 2012-04-30 at the Wayback Machine Britannica French East India Company — accesdate 21 aprel 2012  (ing.)
  3. Stuart Reid: "Armies of the East India Company 1750–1850"
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.