Frank Dreyk

Frank Donald Dreyk (ing. Frank Donald Drake; 28 may 1930[1][2], Çikaqo, İllinoys2 sentyabr 2022[3], Aptos[d], Kaliforniya[4])- amerikali astronom.

Frank Dreyk
ing. Frank Donald Drake
Doğum tarixi 28 may 1930(1930-05-28)[1][2]
Doğum yeri
Vəfat tarixi 2 sentyabr 2022(2022-09-02)[3] (92 yaşında)
Vəfat yeri
Uşağı 5
Elm sahələri astronomiya[5], astrofizika, radioastronomiya[5]
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Çikaqoda anadan olub, Kornel Universitetinin elektronika fakültəsində təhsil alıb. Məşhur astronom Otto Struverin planet sistemlərinin yaranması haqqında olan mühazirələrini dinlədikdən sonra, onda digər planetlərdə həyat və sivilizasiyalara maraq oyandı. ABŞ hərbi dəniz donanmasında vəzifəsini yerinə yetirdikdən sonra o, ardıcıl olaraq Milli Radio Astronomiya Rəsədxanasında, Kornell və Kaliforniya universtetlərinde işləməyə başladı. Struve Dreykin dəstəyi ilə NRAO əsasında ("Ozma" layihəsi) 28 metrlik radio teleskop tikintisini təşkil etdi — dünyanın ilk, digər planetlərdə həyatın olub-olmamasını müəyyən etmək üçün qurulan, ölçü və qeyd cihazı. "Dreyk tənliyinin" yaradıcısıdır.

Frank Dreyk — dünyada ilk digər sivilizasiyaların siqnalları üçün axtarışlara başladı — "Ozma" layihəsi, ilk digər sivilizasiyalar üçün mesaj yaratdı (Karl Saqan və başqalarının komeyi ilə) — "Pioneer Plaque" və ilk ulduzlar arası radio-mesaj göndərdi — "Arecibo Message"

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.